Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:32

Devalvasiya hesabına dolan büdcə


►"Baxın, devalvasiya hökumətin əlində belə bir qüdrətli silahdı - vətəndaşın gəlirlərini yeyir, hökumətin gəlirlərini artırır”

Dövlət Neft Fondunun büdcəsi yenə də gecikmə ilə təsdiq edilib. “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nın 4.4 bəndində deyilir:

“Neft Fondunun büdcəsi hər il 1 dekabr tarixindən gec olmayaraq təsdiq edilir”.

Prezident İlham Əliyev DNF-nin 2016-cı il büdcəsini dekabrın 29-da təsdiq etdi. Bununla da fondun büdcəsi 29 gün gecikmə ilə təsdiq edildi.

Qanunvericiliyin bu tələbi DNF yaranandan bu günədək yerinə yetirilməyib. Bir çox hallarda fondun büdcəsinin təsdiq olunmasına dair prezident fərmanı növbəti ilin 3-cü ayına kimi (4 ay) uzadılıb. (Ardı aşağıda)

Valyutadəyişmə məntəqələri ləğv edilərsə...
Gözlə

No media source currently available

0:00 0:03:36 0:00

Buna da bax: Rusiyanın turizm sektorunda ajiotaj

GƏLİRLƏR 2 DƏFƏYƏDƏK AZALIB

2016-cı ildə fondun gəlirləri 6 milyard 711 milyon 564,1 min manat proqnozlaşdırılır. Bu 2014-cü ilin gəlirlərindən 6.7 milyard manat azdır.

Fondun gəlirləri xarici valyutada - dollarla olur. Dolların manata nəzərən ciddi dəyər qazanmasını nəzərə alsaq, gəlirlərin azalmasının ciddi olduğunu görərik.

Əgər, 2014-cü ildə fondun gəlirləri 16 milyard 231 milyon dollar olubsa, gələn il isə 4.3 milyard dollar olacağı proqnozlaşdırılır. (Ardı aşağıda)

Dolların qara bazarı...(VİDEO, ŞƏRH)
Gözlə

No media source currently available

0:00 0:02:43 0:00

Buna da bax: Lənkəranın «qara bazar»ında 1 dollar 3 manatadır

“BÜDCƏ DEVALVASİYA HESABINA DOLUR”

İqtisadçı ekspert Rövşən Ağayev deyir ki, hökumət son 10 ili büdcəni yüksək neft qiymətləri hesabına doldurdu:

“İndi neft ucuzlaşıb, büdcə devalvasiya hesabına dolur”.

Ekspert son 2-3 ilin məlumatlarının təhlil edir:

“Neft Fondunun gəlirlərinin 95-96%-i neft-qaz satışından (əsasən də neftdən) formalaşır. Son illərdə hasilatın pay bölgüsü sazişləri çərçivəsində çıxarılan təxminən 32 milyon tonluq neftin 21-22 milyonu fonda çatıb”.

Ekspert əlavə edir ki, bu həcmin gələn il də qorunacağını nəzərə alsaq, müxtəlif qiymət ssenarilərində fondun dollarla gəlirlərinin aşağıdakı kimi olacağını gözləmək olar:

1) Neftin orta dünya bazar qiymətlərinin 35-45 dollar olacağı tədqirdə - gəlirlər 5-6 milyard dollar intervalında;

2) Neftin orta dünya bazar qiymətlərinin 45-50 dollar olacağı təqdirdə - gəlirlər 6.5-7 milyard dollar intervalında gözlənir.

Rövşən Ağayev bunu belə izah edir:

“Bu, o deməkdir ki, hətta manatın dollara hazırkı məzənnəsi (1.6 manat=1 dollar) gələn il qalsa belə, Neft Fondunun yuxarıda göstərdiyim ən pis qiymət ssenarisi üzrə gəlirləri 8-9 milyard manat, ən yaxşı qiymət ssenarisi üzrə gəlirləri 10-11 milyard manat olacaq”.

DEVALVASİYA – QÜDRƏTLİ SİLAH

Ekspert xatırladır ki, neftin orta illik qiymətinin 110-115 dollar olduğu illərdə də fondun gəlirləri manat ifadəsində 11-12 milyard manat olmuşdu:

“İndi 50 dollar olanda da təxminən o qədərdir. Baxın, devalvasiya hökumətin əlində belə bir qüdrətli silahdı - vətəndaşın gəlirlərini yeyir, hökumətin gəlirlərini artırır”

XS
SM
MD
LG