Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:26

Ekspert: 'Təhsildə fundamental problemlərin cəzası müəllimlərə kəsilməməlidir'


'Hamı bilir ki, direktorlar vakant yerləri gizləyib pulla satır'
Gözlə

No media source currently available

0:00 0:05:07 0:00

'Hamı bilir ki, direktorlar vakant yerləri gizləyib pulla satır'

4 minə yaxın müəllim təkrar sertifikatlaşdırma imtahanında keçid balını toplamayıb.

Elim və Təhsil Nazirliyinin açıqlamasına görə, iyunun 8-də baş tutan imtahanda 7 min 296 müəllim iştirak edib: "İlkin nəticələrə əsasən, bu il ölkə üzrə 3 min 424 ibtidai sinif, 485 Azərbaycan dili və ədəbiyyat müəllimi təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinin müvafiq keçid balını toplamayıb".

Keçən il ölkədə təkrar sertifikatlaşdırmadan 743 müəllim keçməmişdi. Bu müəllimlərdən bir çoxu Bakıda Nazirlər Kabinetinin binası qarşısında etiraz aksiyası keçirmişdilər. Onlardan bəziləri imtahanda üzrlü səbəbdən iştirak edə bilmədiklərini, bəziləri isə suallardan narazı olduqlarını bildirmişdilər.

"Vaxt məhdudiyyəti bir çox müəllimi narahat edir"

Ötən il sertifikatlaşma imtahanında 30-dan az bal toplayan, adının çəkilməsini istəməyən müəllimlərdən biri AzadlıqRadiosuna bildirib ki, bu il də təkrar test mərhələsində iştirak edib: "Vaxt məhdudiyyəti bir çox müəllimi narahat edir. İki saat vaxt verilir, bu da çox azdır. Məsələn, bu il riyaziyyat müəllimləri sertifikatlaşmadan keçəcək. Onlar üçün bu vaxt məhdudiyyəti lap azdır. Eyni zamanda, məntiq üzrə imtahan test yox, intervü üsulu ilə aparılır. Bu da artıq insan faktoru deməkdir".

Azərbaycanda müəllimlər üçün sertifikatlaşdırma 2021-ci ildən aparılır. O, iki mərhələdən (test və müsahibə mərhələsi) ibarətdir. Bu prosesdən keçən müəllimlərin maaşlarına 10-35 faiz əlavələr olunduğu bildirilib.

Müəllimlər imtahana etiraz edir: 'Sertifikasiya əzbərçilikdən başqa bir şey deyil'
Gözlə

No media source currently available

0:00 0:03:45 0:00

Nazir: "…Qürur hissi ilə xitam vermirik"

Yerli medialara müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev də demişdi ki, sertifikatlaşdırma məsələsində diqqət edilməli əsas vacib nüans imtahanda uğur qazanan müəllimlərin 80 faizinin əməkhaqqısının artmasıdır. O əlavə edib ki, hər beş müəllimdən biri 50 baldan yuxarı, üçü 30-50 bal, biri isə uğur qazana bilmir: "Təbii ki, həmin şəxslər ilə imzalanan əmək müqaviləsinə qürur hissi ilə xitam vermirik. Anlayırıq ki, bu, ayrı-ayrı insanların sosial həyatına mənfi təsir edən qərardır. Lakin onu da başa düşməliyik ki, ölkəmizin gələcəyinin inkişafı naminə bu addım nə vaxtsa atılmalıdır".

Onun sözlərinə görə, həmin insanların tədrisə cəlb olunmadan sosial pedaqoq kimi təlim-tərbiyə prosesinin təşkilində iştirakı təmin edilir.

"Müəllimlərin sosial vəziyyətinin yaxşılaşmasına xidmət edir"

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən isə "Turan"a bildirilib ki, artıq ölkədə 31 mindən çox müəllimin imtahanların nəticələrindən asılı olaraq əməkhaqqısı artırılıb: "8 min müəllimin əməkhaqqına 35 faiz, 23 min nəfərin əməkhaqqına 10 faiz əlavələr ödənilir".

2022 və 2023-cü illərdə sertifikatlaşdırma imtahanlarına 31 min 227 ibtidai sinif, 9 min 247 Azərbaycan dili və ədəbiyyat müəllimi qatılıb.

Agentlikdən vurğulanıb ki, cari ildə 30 mindən çox təhsilverən sertifikatlaşma prosesinə cəlb ediləcək: "...Eyni zamanda, bu proses müəllimlərin sosial vəziyyətinin daha da yaxşılaşmasına xidmət edir".

Yeni metodlarla dərs deyən astaralı müəllim
Gözlə

No media source currently available

0:00 0:03:33 0:00

"Təhsildəki köklü problemlər həll edilməlidir"

Təhsil eksperti Fərid İmanov isə məsələyə fərqli yanaşır. O hesab edir ki, Azərbaycanda sertifikasiya imtahanı keçirilməməlidir: "Təhsil sistemimdə fundamental problemlər var ki, bunun cəzası müəllimlərə kəsilməməlidir. Müəllimlərin təhsil sisteminə, həmin fundamental problemlərə təsiri minimaldır. Birinci növbədə bu problemlər həll edilməlidir, sistematik dəyişikliklərə gedilməlidir".

Ekspertin sözlərinə görə, bir sıra müəllimlərin sertifikasiyalaşmanı uğurla keçə bilməməsindən bəzi məktəblərdə şagirdlər müəllimsiz qalıb və dərsə girə bilmirlər: "Əlbəttə ki, orta məktəblərdə dərs deyən müəllimlərin müəyyən bir hissəsi qoyulan kriteriyalara cavab vermir. Amma Azərbaycan təhsil sistemi bu müəllimlərin əvəzinə kadrların yetişdirilməsi məsələsində çox da uğurlu deyil".

F.İmanov düşünür ki, sertifikatlaşmanın təhsilin keyfiyyətinə təsiri o qədər də böyük deyil: "Keyfiyyətli təhsil üçün müəllimlərin sertifikatlaşması yetərli deyil, ilk növbədə təhsildəki köklü problemlər həll edilməlidir".

XS
SM
MD
LG