Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:24

"Formula-1 də Eurovision kimi olsa, batdıq”- [Fotolar]


►“Gələnlər iranlılar, ərəblərdir. İngilis turistləri axırıncı dəfə bilmirəm nə vaxt görmüşəm”

Əynində yapıncı, başında çoban papağı olan şəxs milli suvenirlər satılan mağazanın qarşısında hər kəsin diqqətini cəlb eləyir.

Əcnəbilər, yerlilər bu maraqlı geyimli adama yaxınlaşıb yapıncısına toxunmaq, papağından qoyub şəkil çəkdirmək istəyirlər.

Son vaxtlar satılan suvenirlər içərisində diqqəti cəlb eləyən çoban papağının qiyməti 45-50 manatdır.

Alan çox olmasa da, 1 manat, ya da 50 qəpik verib şəkil çəkdirənlər çoxdur. Çoban geyiminin canlı reklamçısı deyir ki, bu geyim həm də satılır:

“Bu, keçi dərisindəndir, papaq 60 manat, yapıncı 500 manatdır, çox keyfiyyətlidir”.

Ancaq neçə müddətdir burda olsa da, çoban paltarına hələ müştəri çıxmayıb.

60 manatlıq kəlağayını alan yoxdur

Başqa günlər Bakıda çox turist olmasa da, Novruz bayramına görə gələnlər var. Onlar da ilk öncə milli suvenirlərin satıldığı dükanlara üz tutur. Suvenir satan satıcıların da az-çox bu günlərdə üzləri gülür.

Gözlə

No media source currently available

0:00 0:01:43 0:00

Neçə illərdir suvenir satan Vüqar kimi:

“Əvvəlki günlər günə 70 manat qazanırıqsa, bu günlər gəlirimiz 150 manata qədərolur. Bu vaxt gələn turistlər iranlılar, bir də ərəblərdir. Daha çox milli suvenirlər, Qız Qalasının, Bakının əksi olan maqnitli suvenirlər alırlar. Bunların qiyməti 1 manat 50 qəpik, 2 manatdır. İranlı turistlər deyir bahadır. Çünki onlarda hər şey ucuzdur, ona görə elə fikirləşirlər. Ancaq bunu bir ingilis alsa, onun üçün ucuzdur. Heç ingilis turistləri axırıncı dəfə bilmirəm nə vaxt görmüşəm”.

Vüqar deyir ki, indi daha çox 2 -3 manatlıq maqnitlər, araqçınlar satılır. 60 manatlıq kəlağayı, ya da 50 manatlıq çoban papağı alan çətin tapılır:

“Milli papaqlardan 45 manata da var, 20 manata da. Əl işidir, ona görə bahadır. Kimsə ona 3 gün əlinin əməyini sərf edib, satmağa 5 manata verməyəcək ki. Əlbəttə, bunlar baha olmalıdır”.

__________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

5-15 manata daraqlar

Alıcılar, bəzək-düzəyindən asılı olaraq, daha çox 2-4 manata olan araqçınlar, 5-15 manatlıq daraqlar alır. Arada yerlilər sakinlər də nəsə alır. Kəmalə Əmirli deyir ki, o, həmişə üstündə miniatürlər əks olunan qablara, şəkillərə pul verir:

“Miniatür, qədimlik, bunların dəlisiyəm. Pulum olduqca gəlib alıram. Bunlar başqa bir aləmdir”.

İranlı turist Əbdüqəni isə üstündə Bakı təsvirləri olan maqnitli suvenir alır:

“Xırım-xırda suvenirlər almışam. Həmişə aldıqlarımdan. Ordakılar üçün alıb aparıram”.

“Əvvəl turist gəlmişdi ki, indi də Formula 1-ə ümid eləyək?”

Satıcı Kamal isə deyir, gəlib baxanlar çox olsa da, bu günlər alıcısı çox deyil:

“Vallah, bir azdan dükanı bağlayacağam. Səhərdən oturmuşam. Hamı baxır, hələ alan görməmişəm. İndi də deyirlər, Formula 1-ə görə turust gələcək. “Eurovision”-a, ya da Avropa Oyunlarına görə turist gəlmişdi ki, indi də Formula 1-ə ümid eləyək?”

Qonşu dükanın satıcısı da Kamalın fikrilərini bölüşür:

“Avropa Oyunlarından çox şey gözləyirdik. Çünki səhərdən axşamacan təbliğat vardı ki, daha burada turist əlindən tərpənmək olmayacaq. Ancaq nə oldu ki? Bakının turizm yeri buradırsa, biz heç kimi görmədik. Formula 1 də onun kimi olsa, batdıq”.

Bizm suvenir bazarı 365 günə yayılmış bazar deyil

Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanovun sözlərinə görə, milli suvenirlərin istehsalı turizmin əsasını təşkil etdiyindən son vaxtlar ölkədə buna çox diqqət ayrılır. Hətta suvenirləri xarici ölkələrdə də istehsal edib Azərbaycana gətirirlər:

Gözlə

No media source currently available

0:00 0:00:45 0:00

“Novruz günlərində suvenir bazarı fəallaşır, gəlirlər artır. Turistlər daha ucuz almaq istəyə bilər. Çünki doymuş turizm şəhərlərindəki “bir avroya nə istəyirsən al” məntiqi ilə gözləntiləri ola bilər. Bakıda isə belə mağazalar yoxdur. Bizim suvenir bazarı 365 günə yayılmış bazar deyil. Suvenir istehsalçıları da mövsümlərdən, bayramlardan maksimum dərəcədə istifadə etməyə çalışırlar. Bəzən daha çox əldə etmək ehtirası coşur. Ancaq marketinq baxımından “alıcı həmişə doğrudur” məntiqilə işləmək lazımdır. Ona görə satıcılar daha çox işlər görməlidirlər. Maya dəyəri daha az, daha ucuz məhsullar da təklif eləməlidirlər”.

Eldar Aslanov deyir ki, Turizm İnstitutu da milli suvenirlərin daha fərqli qruplara və müxtəlif qiymətlərə təklif olunması, tələbənin də, iş adamının da Bakdan nəsə alıb apara bilməsindən ötrü layihələr həyata keçirməyi planlaşdırır.

Buna da bax: Gürcüstan prezidenti:"Zəngin intim həyatım var"

Gürcüstan prezidenti:"Zəngin intim həyatım var"
Gözlə

No media source currently available

0:00 0:00:59 0:00

XS
SM
MD
LG