Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:41

“MTN-də dedilər, Səfər Əbiyevin üzünə dur..."


Səfər Əbiyev
Səfər Əbiyev

►“Məni dəfələrlə Milli Təhlükəsizlik Nazirliyinə çağırdılar. Dedilər, “ya Səfər Əbiyevin üzünə dur, əleyhinə ifadə ver, ya da gedirsən içəri...”

Mən də onların istədiklərini etmədim. Həbsimin əsl səbəbi budur. Yoxsa mənim indi burda nə işim vardı... Harada görünüb ki, tikinti işləri üçün alınmış avansa görə adamı həbs edələr...”

Bunu oktyabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində mühakiməsi davam edən keçmiş müdafiə nazirinin müavini olmuş Mehman Səlimov deyib.

Əvvəlcə məhkəmə Müdafiə Nazirliyinin mənzil-istismar idarəsinin əsaslı tikinti və istismar şöbəsinin keçmiş rəisi Firuz Cumayevi dindirib.

Buna da bax: İranda məhərrəmlik- [Fotolar]

İŞDƏ GECİKMƏLƏR

O, ifadəsində göstərib ki, Mehman Səlimovu keçmiş müavin kimi 2007-ci ildən tanıyır. 2010-cu ildə Mehman Səlimovun Nazirliyin hərbi şəhərciyindəki tikinti işlərini həyata keçirən podratçı şirkətin sahibi kimi daha yaxından tanıyıb. Şirkət keyfiyyətli işləsə də, müqavilə üzrə öhdəliklərdə gecikmələrə yol verib:

"İşi keyfiyyətli görürdü. Sadəcə müqavilələr üzrə işləri vaxtında başa çatdırmırdı."

Mehman Səlimov:

– İşləri ona görə başa çatdıra bilmirdim ki, mənə pul vermirdilər. Mənə tikinti başlayanda ümumi məbləğin 30 faizini avans olaraq verdilər. 2013-cü ilin may ayında idarə məndən Səfər Əbiyevə şikayət yazdı ki, “işləri təhvil verə bilmirəm”. Mən də Səfər Əbiyevlə birlikdə həmin tikinti yerlərinə getdim. Görülən işləri göstərdim, başa saldım ki, tikinti işləri şimal zonasında aparıldığına görə binalarda nəmişlik əmələ gəlir, görülən işlərimiz də zay olur. Dedim ki, “bu binalar üzlənməlidir, ağlay vurulmalıdır”. Mənə ağlayın da pulu verilmədi. Hətta hərbi şəhərciklərdən birində iki iri hovuzu da özüm tikdirdim. Heç onun da pulunu vermədilər. Səfər Əbiyev işdən çıxarılandan sonra başladılar məni çək-çevirə salmağa. Mən də tələsik ev-eşiyimi, əmlakımı satışa çıxardım, işləri başa çatdırdım.

Buna da bax: MTN-in bir neçə zabiti işdən çıxarılıb

Azadliq A-Live programı

Azadliq A-Live programı

HAVA KÜLƏKLİ OLUB

Mehman Səlimovin dediyinə görə, Müdafiə Nazirliyinin sifarişlərinin yerinə yetirilməsindəki gecikmə tikinti apardıqları ərazilərdə havaların küləkli keçməsi ilə bağlı olub.

Məhkəmə iclası oktyabrın 30-da davam edəcək.

Mehman Səlimov ötən ilin noyabrında həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb və barəsində həbs-qətimkan tədbiri seçilib.

İttihama görə, 2006-cı ildən başlayaraq, M.Səlimovun sahibi olduğu “STŞ” MMC-də Müdafiə Nazirliyinin sifarişi əsasında aparılmış tikinti işlərində külli miqdarda mənimsəməyə yol verilib. Təqsirləndirilən şəxsə qarşı qanunsuz sahibkarlıq, mənimsəmə və digər maddələr üzrə ittiham irəli sürülüb. İstintaq orqanının qənaətinə görə, Mehman Səlimovun təşkilatçılığı ilə saxta şirkətlər yaradılaraq dövlət tərəfindən hərbi şəhərcikdəki tikinti işlərinə ayrılan xeyli maddi vəsait mənimsənilib.

Mehman Səlimov 1995-1999-cu illərdə müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini vəzifəsində işləyib. İşdən çıxarılandan sonra “STŞ” şirkəti yaradaraq tikinti işləri ilə məşğul olub.

XS
SM
MD
LG