Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:45

Keçmiş nazir müavini məhkəmədə: “Lazım gəlsə..."


Mehman Səlimov
Mehman Səlimov

"Həmin şəxslər mənim əleyhimə ifadə veriblər. Lazım gəlsə, mən o şahidləri Naxçıvandan gətizdirərəm. Onların məhkəmədə dindirilməsini tələb edirəm".

Bunu dekabrın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan sabiq müdafiə naziri Səfər Əbiyevin müavini 1996-1999-cu illərdə müavini olmuş Mehman Səlimov dedi.

Mehman Səlimov məhkəmənin nəzərinə çatdırdı ki, ibtidai istintaq vaxtı onun əleyhinə ifadə vermiş şahidlər məhkəmədə dindirilməyib. Məhkəmə həmin şəxslərin ibtidai istintaqa verdikləri ifadələrə əsaslanacaq ki, o da bununla razı deyil.

Bu arada qeyd edək ki, Mehman Səlimov nazir müavini vəzifəsindən azad edildikdən sonra tikinti şirkəti yaradıb. Keçmiş müdafiə naziri Səfər Əbiyevlə aralarında razılığa gəliblər ki, hərbi hissələrdəki bəzi təmir-tikinti işlərini onun şirkəti həyata keçirsin. Səfər Əbiyev nazir vəzifəsindən çıxarıldıqdan sonra ötən ilin noyabrında Mehman Səlimov həbs olunub. Ona təmir-tikinti işləri vaxtı dövlətin pulunu mənimsəməsi, dələduzluq etməsi kimi ittihamlar irəli sürülüb.

Buna da bax: Sahibkarlara seçim haqqı verildi...

“İFADƏLƏR SÜBUTLAR SİYAHISINDAN ÇIXARILSIN”

Hakim Zeynal Ağayev məhkəmədə bildirdi ki, cinayət işində adı olan iki şahid Naxçıvanda olduqları üçün məhkəməyə gələ bilmirlər. Mehman Səlimov və vəkilləri həmin şahidlərin mütləq məhkəmədə dindirilmələrini tələb etdilər. Mehman Səlimov bildirdi ki, o şahidlər ittiham tərəfinin şahidləridir. İbtidai istintaqa verdikləri ifadələr də saxtadır. İndi gəlib məhkəmədə ifadələrinə aydınlıq gətirməlidilər.

Mehman Səlimovun vəkili Ağaveys Şahverdi bildirdi ki, əgər şahidlər məhkəməyə gəlmirlərsə, onların ifadələri sübutlar siyahısından çıxarılsın:

“Biz həmin şahidlərin ifadələrinin elan olunmasına razı deyilik. Ötən məhkəmə iclasında bizim təkidimizlə bir şahid gəldi – Rauf Aşurov. Özünüz də gördünüz ki, ibtidai istintaqa Mehman Səlimovun əleyhinə verdiyi ifadədən məhkəmə zalında imtina etdi. Bəlkə elə bu şahidlərdən də təzyiq altında ifadə alınıb”.

Hakim şahidlərin məcburi gətirilmələri barədə qərar çıxardı.

Qeyd edək ki, Mehman Səlimovun məhkəməsindəki şahidlərin çoxu məcburi gətirilmə qərarı ilə məhkəmədə iştirak edir.

Buna da bax: «Məni tutmaq üçün atamı girov götürüblər»

“YA RƏDD EDİN, YA TƏMİN EDİN”

Vəkillər məhkəmə iclasında vəsatət qaldırdılar ki, Mehman Səlimovun rəhbəri olduğu "S.T.Ş." MMC- nin həyata keçirdiyi layihələrlə bağlı təkrar ekspertizalar təyin olunsun. Vəsatət baxılmamış saxlanıldı. Vəkillər ikinci vəsatət qaldırdılar ki, Mehman Səlimovun həbsindən sonra şirkətin yarımçıq qalan işlərinin hansı podratçı təşkilat tərəfindən görüldüyü aydınlaşdırılsın. Həmin şirkətlərin sahibləri məhkəmədə əlavə şahid qismində dindirilsinlər. Hakimin bu vəsatəti də baxılmamış saxlaması vəkil Ağayevs Şahverdini əsəbiləşdirdi:

"Bizim vəsatətləri ucdantutma hamısını baxılmamış saxlayırsız… Araşdırmırsız... Belə olmaz... İttiham tərəfinin bütün istəkləri yerinə yetirilir. Ancaq bizə çatanda, bir kəlmə deyirsiz ki, vəsatət baxılmamış saxlanılır. Ümumilikdə baxılmamış saxlamaq kimi anlayış yoxdur, ya rədd eləyin, ya da təmin edin”.

Vəkil dedi ki, belə getsə, hakim heyətinə etiraz etməli olacaqlar.

"Biz məsləhətləşib gələn məhkəmə iclasında bu hakim heyətinə etiraz edəcəyik. Cinayət işinə belə baxılmır".

Hakim növbəti məhkəmə iclasını dekabrın 18-nə təyin etdi.

XS
SM
MD
LG