Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:40

"Nə qədər ki Elman Rüstəmov getməyib, heç nə alınmayacaq"


►Xalq sualı: “Balama qurban sərçələr... Manat nə vaxt dirçələr?”

Prezident İlham Əliyev Nazirlər Kabinetinin aprelin 9-da keçirilən iclasında devalvasiyadan qaynaqlanan problemlərə toxunub. O, əmanətlərin dollarlaşmasından təssüfləndiyini bildirsə də, tam sığortalanma haqqında qərarının önəminə diqqət çəkib:

“Bu, həm sosial xarakter daşıyır, həm də, əlbəttə, bank sektoruna əhalinin inamını artırır. İndi bütün əmanətlər sığortalanıb. Hesab edirəm ki, gələcəkdə dollarlaşma meyillərinin qarşısı alınacaq. Əfsuslar olsun ki, indi əmanətlərin böyük hissəsi dollarla saxlanılır. Bu da, əlbəttə ki, ölkə iqtisadiyyatı üçün müsbət hal deyil”.

“Dövlət və hökumət elə addımlar atmalıdır ki...”

Prezident manatla əmanətlərə inam yaradılmasının vacibliyini vurğulayıb:

“Manatın məzənnəsi sabitləşib. Hesab edirəm ki, tədricən bu istiqamətdə də vəziyyət müsbətə doğru inkişaf edəcək. Ancaq bu, təbii prosesdir. Əlbəttə, yerli valyutaya inam daha da artdıqca insanlar özləri öz qərarlarını verəcəklər. Burada heç kim heç kimi məcbur edə bilməz. Sadəcə, dövlət və hökumət elə addımlar atmalıdır ki, insanlar öz əmanətlərini manatla saxlamaqda daha da maraqlı olsunlar”.

Dollarlaşma devalvasiyanın nəticələrindən biridir. İlk devalvasiyadan – ötən il fevralın 21-dən bəri əhali bank əmanətlərini dollara dəyişməyə başladı. İndi banklardakı 1 milyard 467 milyon 800 min manatlıq əmanətin 1 milyard 52 milyon 900 min manatı dollardadır. Bu halda prezidentin tapşırığını – manatı inamı qaytarmaq üçün nə etmək lazımdır?

“Nə vaxtadək ki Mərkəzi Banka Elman Rüstəmov rəhbərlik edir...”

Bank məsələləri eksperti Əkrəm Həsənovun fikrincə, bütün əmanətlərin manatla saxlanması yaxşı olardı:

“Bütövlükdə ölkədəki bütün əqdlərin milli valyutada olması hər cəhətdən müsbətdir. Hökumət addımlar atmalıdır ki, belə də olsun. Bu, inam məsələsidir və prezident də haqlı olaraq qeyd edir ki, məcburiyyət mümkün deyil bu məsələdə”.

Onun sözlərinə görə, inamı artırmağın ilk meyarı manatın sabitləşməsidir:

“Ancaq nə vaxtadək ki Mərkəzi Banka (MB) Elman Rüstəmov rəhbərlik edir, inamı artırmaq mümkün olmayacaq”.

___________________________________________________________

Bunlara da bax:
"Boko Haram" qızları buraxmağa 50 milyon istəyir
Gül bayramının formatı dəyişib

___________________________________________________________

Ekspert martda bu məsələ ilə bağlı prezidentə müraciət ünvanladığını yada salır:

"Maliyyə sistemimizin əsas problemlərindən biri dollarlaşmadır. Təəssüf ki, cəmiyyətdə manatın növbəti devalvasiyası gözləntisi böyükdür. MB-nin sakitləşdirici bəyanatları da əks reaksiya doğurur. Məsələ burasındadır ki, bank sistemi etimad əsasında qurulub. MB-nin indiki rəhbərliyi bu etimadı itirib. Buna görə də nə bəyanat versə də, inanan azdır. Zənnimcə, mövcud vəziyyətdə MB rəhbərliyinin dəyişdirilmə zərurəti olduqca böyükdür."

“Hökumətdən daha çox özəl banklar çalışmalıdır”

Ekspert Nicat Hacızadə isə indiki hökumət siyasətinin manata inamın qaytarılmasını hədəflədiyini deyir:

“Nəzərə alsaq ki, artıq manat “üzən məzənnə” rejimindədir və dəyəri bazardakı tələb-təklif əsaslnda formalaşır, demək, manata inamın qaytarılmasında hökumətdən daha çox özəl kommersiya bankları çalışmalıdır. Əvvəllər dövlətin burda birbaşa əlinin olmasını qeyd edə bilərdik. İndi isə hökümət ancaq kənardan müəyyən dəstək göstərə bilər. Hökumət əhaliyə təsir edə bilməz ki, əhali gedib manat alsın və manata olan inamı artırsın. Burada hökumət sırf dəstəkləyici rol oynaya bilər və indi o rolu oynayır”.

“Buna uzun zaman lazımdır”

N. Hacızadənin sözlərinə görə, milli valyutaya inamın artırılması bazarda manat bazasının artırılması, manatla kreditlərin dövriyyəyə buraxılması və əhaliyə daha çox depozit faizinin təklif olunması ilə reallaşdırıla bilər:

“Bundan əlavə, yerli valyutaya inam baxımından Rusiya təcrübəsindən yararlanmaq olar. Rusiya rubluna baxsaq, 2 dəfədən çox dəyərsizləşsə də, hələ də əsas etimad onadır. O üzdən, kommersiya bankları və MB manata inamın qaytarılması üçün tədbirlərə başlamalıdır. Buna zaman da lazımdır. Yerli istehsalın artırılması, xaricdən gətirilən xammalın ölkədə hazırlanması da manata olan müsbət təsirləri dolayı yolla gücləndirəcək. Qeyd etdiyim ki, buna da uzun zaman lazımdır”.

Buna da bax: Bu kəndin cəmi bir sakini var...

Bu kəndin cəmi bir sakini var...
Gözlə

No media source currently available

0:00 0:02:43 0:00

XS
SM
MD
LG