Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:53

Londonda «Sən kiminsən ay şirkət» sualı dildən düşməyib


Əliyevlərin Londonda üç imarəti
Gözlə

No media source currently available

0:00 0:04:27 0:00

Əliyevlərin Londanda üç imarəti

►Postsovet məkanında yalnız üç ölkədə şirkətlərə dair bilgi məhdudiyyəti var

Londonda gerçəkləşən Birinci Antikorrupsiya Sammi çox ciddi çağırışlarla yadda qalıb.

Daşınmaz əmlak və şirkət sahibləri, onların son xeyirgötürəni barədə məlumatların ictimaiyyətə tam açıq və əlçatanlığı əsas hədəflər kimi açıqlanıb.

Gürcüstanda şirkətlərə dair məlumatlar ayrıca sayta yerləşdirilib

Gürcüstanın sammitə qatılan baş naziri Giorgi Kvirikashvili ölkəsindəki şirkətlərin son sahiblərinin adlarının açıqlanacağı məlumat bazasının yaradılması imkanlarının araşdırılacağına söz verib.

Bu ölkədə şirkətlərə dair məlumatlar ayrıca internet səhifəsində yerləşdirilib və beləcə, ofşor bölgələrdə yaradılan şirkətləri məhz kimlərin qurması məsələsi gündəmə gəlib.

AzadlıqRadiosu Azərbaycanın bu mötəbər sammitdə təmsil olunub-olunmamasıyla bağlı məlumat əldə edə bilməyib. 2012-ci il iyulun 1-dən Azərbaycanda şirkət təsisçiləri, onların pay bölgüsü barədə məlumatlar «kommersi sirri» qrifiylə qorunur. Bu, ölkədə fəaliyyət göstərən bəzi şirkətlərin prezident İlham Əliyevlə bəzi yüksək vəzifəli məmurların ailə üzvlərinə məxsusluğu barədə mediada gedən səs-küylü araşdırmalardan sonra baş verib.

Azərbaycan, Özbəkistan və Türkmənistandan başqa...

Azərbaycandan başqa Özbəkistanda da şirkət təsisçilərinə dair məlumatlar məxfi sayılır. Türkmənistanda isə, ümumiyyətlə, belə bir məlumat bazası yoxdur. MDB-nin digər ölkələrində həmin məlumatlar ictimaiyyətə açıqdır. Ukraynalı araşdırmaçı jurnalist Oleg Khomenok belə deyir.

Rövşən Ağayev
Rövşən Ağayev

«İqtisadi Təşəbbüslərə Yardım» İctimai Birliyi sədrinin müavini Rövşən Ağayevin fikrincə, Azərbaycan Britaniyanın təşəbbüsünə qoşulmalı, ölkədə mülk alan bütün insanların adları açıqlanmalı, bu məqsədlə xərclənən vəsaitin mənşəyi bəyan edilməlidir:

«Qanuna təcili əməl olunmalıdır»

«Rəsmi şəxslərin gəlir bəyannaməsi təqdim etməsini nəzərdə tutan qanuna təcili əməl olunmalıdır. Üstəlik, bu qanun yalnız məmur və deputatlara deyil, bütün dövlət şirkətlərinin vəzifəli şəxslərinə şamil edilməlidir. Onlar gəlir və əmlak durumlarını ictimaiyyətə açıqlamalıdırlar. Bəyannamədə yalan məlumat göstərən şəxslərə qarşı sərt cəza tətbiq edilməlidir».

____________________________________________________________

Bunlara da bax:
Polisdə ölən gəncin atası: Oğlumu onlar öldürdü
Su bahalaşdı - Tarif Şurası

____________________________________________________________

Ekspert şirkət təsiçiləri barədə məlumatı kommerisiya sirri sayan qanuni qadağaya da toxunaraq, bu qadağanın ləğvi vaxtının çatdığını, kommersiya müəssisələri reyestrinin ictimaiyyətə tam açıq olması zamanının da yetdiyini deyir.

«Şirkət sahibləri barədə məlumat niyə sirr sayılmalıdır ki?»

«Ekonomiks» Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov elə düşünür ki, Azərbaycan beynəlxalq birliyin tutduğu şəffaflıq yoluyla getməlidir:

«Məncə, dövlət sirri, hərbi sirr və müəyyən kommersiya sirri daşıyan məlumatlardan başqa bütün digər bilgilərdən gizlilik pərdəsi qaldırılmalıdır. Şirkət sahibləri barədə məlumat niyə sirr sayılmalıdır ki?».

«Gerçək sahiblər şirkəti hansısa işçisinin adına rəsmiləşdirəcək və…»

Hüquqşünas Rafiq Abdullayev AzadlıqRadiosuna deyib ki, Azərbaycan təcrübəsində şirkətlər, o cümlədən dövlətlə şirkətlər arasında tərəfdaşlıqda şirkətlərin rəsmi sahibliyi heç bir rol oynamır:

«Qeyri-rəsmi qaydada hamı bilir ki, ölkədə orta və yuxarı biznes sahələrində hansı şirkət kimə məxsusdur. Bu üzdən, şirkətlərin rəsmi sahibliyinin məcburi açıqlanacağı halda da heç nə dəyişməyəcək, çünki gerçək sahiblər şirkəti hansısa işçisinin adına rəsmiləşdirəcək və iş bununla bitəcək».

Buna da bax:

Əliyevlər "Panama Papers"də... (detallar, video)

Əliyevlər "Panama Papers"də... (detallar, video)
Gözlə

No media source currently available

0:00 0:17:31 0:00

DİNLƏ: Günün əsas hadisələri AzadlıqRadiosunun radio proqramında (13 may)

Britaniyada mülk sahibləri adlarını açıqlamalı olacaqlar
Gənc fəalların həbsinə beynəlxalq reaksiyalar

BAX: Günün əsas hadisələri AzadlıqRadiosunun TV proqramında (13 may)

Vergilər Naziri olsaydın nə qərarlar verərdin?

XS
SM
MD
LG