Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:30

Kerry Əliyev və Sarkisian-la danışıb


John Kerry bu ayın əvvəllərində hər iki prezidentlə Vaşinqtonda görüşmüşdü
John Kerry bu ayın əvvəllərində hər iki prezidentlə Vaşinqtonda görüşmüşdü

Aprelin 25-də keçirilmiş telefon müzakirəsi zamanı ABŞ dövlət katibi münaqişənin dinc vasitələrlə həllinə çağırıb.

-

Yerevandan alınan xəbərlərdə deyilir ki, ABŞ-ın dövlət katibi John Kerry və Ermənistan prezidenti Serzh Sarkisian telefonla Dağlqı Qarabağ münaqişəsi zonasında yaranmış vəziyyəti müzakirə ediblər.

Ermənistan tərəfinin verdiyi xəbərə görə aprelin 25-də keçirilmiş telefon müzakirəsinin təşəbbüsçüsü ABŞ dövlət katibi olub.

Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatında deyilir ki,“Azərbaycanın atəşkəs rejimini aprelin əvvəlində kobud surətdə pozması ilə əlaqədar yaranmış vəziyyət müzakirə olunub. Prezident Sarkisian söhbət zamanı deyib ki, Bakının məsuliyyətsiz addınları danışıqlar prosesinə ciddi ziyan vurub”.

Xəbərlərdə deyilir ki, John Kerry Vaşinqtonun dinc nizamlama prosesini dəstəklədiyini bildirib.

Yerevandan verilən xəbərdə deyilir ki, Kerry və Sarkisian münaqişənin dinc yolla həllinə alternativin olmadığını vurğulayıblar.

Tərəflər ATƏT-in Minsk qrupunun münaqişənin çözümündəki rolunun mühümlüyünü qeyd ediblər.

Bu arada RİA Novosti saytı xəbər verib ki, ABŞ dövlət katibi John Kerry Azərbaycan prezidenti İlham Əliyevə də zəng edib.

Bu barədə məlumatı Dövlət Departamentinin sözçüsü John Kirby təsdiq edib.

Kirby deyib ki, dövlət katibi prezidentləri danışıqlar prosesinin bərpasına çağırıb.

XS
SM
MD
LG