Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:21

Azərbaycan internetdə ‘azad olmayan’ kateqoriyasında qalır


Freedom House təşkilatının bu il üçün hesabatında da Gürcüstan və Ermənistan “azad ölkələr” kateqoriyasında qalıblar

ABŞ-da mənzillənmiş insan haqları təşkilatı Freedom House-un 2022-ci il üçün hesabatında Rusiya internet azadlığına görə 70 ölkə arasında 65-ci yeri tutub.

İnternetə Avtoritar Müdaxiləyə Qarşı (Countering the Authoritarian Overhaul of the Internet) adlı hesabatın kriteriyasına görə Rusiya bir il ərzində 7 bal itirib və 2009-cu ildən bəri ən pis nəticəsini göstərib və “azad olmayan” ölkə kateqoriyasında qalıb.

Hesabat müəllifləri bildirirlər ki, Kreml Ukraynaya müdaxilədən sonra internet azadlığının kəskin məhdudlaşdırılmasına nail olub.

Rusiyada müxtəlif media saytları, o cümlədən sosial media platformaları - Facebook, Instagram və Twitter, ümumilikdə 5 min sayt bloklanıb.

Müharibəni "əməliyyat" adlandırmaq

Hesabatda deyilir ki, Kreml rusiyalıları Ukraynaya qarşı tammiqyaslı müharibəni “xüsusi hərbi əməliyyat” adlandırmağa və bu barədə yazarkən yalnız rəsmi məlumatlardan istifadəyə məcbur edib.

Bu, bir çox KİV-ləri bağlanmağa, ölkədən getməyə və ya müharibə haqqında yazmamağa vadar edib.

Bu da qeyd olunur ki, Rusiyada bloklanmış saytlara dolayısı ilə girişin bağlanması üçün 20-dək VPN xidməti də bloklanıb.

Hesabat müəlliflərinin qeyd etdiyinə görə, bütün dünya boyunca internet azadlığı 12-ci ildir ki, azalmaqda davam edir.

Son bir il ərzində internet azadlığı 28 ölkədə pisləşib, 26 ölkədə yaxşılaşıb.

Reytinq cədvəlində ən yüksək yeri 100 baldan 95 balla İslandiya tutub. Sonrakı pillələri Estoniya, Kosta-Rika və Kanada tutublar.

Qonşuları “azad”, özü “qeyri-azad”

Azərbaycan internet azadlığına görə hesabatda 38 bal toplayıb. Ümumiyyətlə “azad olmayan” ölkələr kateqoriyasındakı ölkələrin balları 39-la 10 arasında dəyişir. Azərbaycan ümumiyyətlə internet azadlığına görə 51-ci yeri tutub.

Hesabatda Azərbaycanda bu ilin fevralında qəbul edilmiş media qanunu məhdudlaşdırıcı müddəlarına görə pislənir.

Qanun medianın xaricdən maliyyələşməsini məhdudlaşdırır və media operatorlarının ölkə ərazisində olmasını tələb edir.

Bakıya qaçan ruslar: 'Gördük hamını müharibəyə aparırlar'
Gözlə

No media source currently available

0:00 0:03:20 0:00

Qeyd edilir ki, sözü gedən qanun internet mediası üçün onsuz da məhdud olan mühiti daha da daraldıb, bir çox Azərbaycan jurnalistlərini xaricdə fəaliyyət göstərməyə məcbur edib.

32 balla Qazaxıstan, 30 balla Türkiyə, 28 balla Belarus, 27 balla Özbəkistan, 16 balla İran da “azad olmayan” kateqoriyasındadır.

Freedom House təşkilatının bu il üçün hesabatında da Gürcüstan və Ermənistan “azad ölkələr” kateqoriyasında qalıblar.

Gürcüstanın 78, Ermənistanın 74 balı var. Gürcüstan reytinq cədvəlində 7-ci, Ermənistan isə 14-cü pilləni tutub.

XS
SM
MD
LG