Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:20

İmran Xan beş il dövlət vəzifəsi tuta bilməyəcək


İmran Xan tərəfdarlarının mitinqi, arxiv fotosu
İmran Xan tərəfdarlarının mitinqi, arxiv fotosu

Hüquqşünasların fikrincə, seçki komissiyasının qərarından dolayı Xan parlamentdəki yerini də itirəcək

Oktyabrın 21-də Pakistanın seçki komissiyası keçmiş baş nazir İmran Xanı beş il müddətinə dövlət qulluğunda çalışmasını qadağan edib. O, hakimiyyətdə olduğu dövrdə dövlət başçılarından aldığı hədiyyələri qanunsuz satmaqda ittiham olunur.

Xan həmçinin bəzi hədiyyələrin satışından əldə etdiyi pulu gizlətməkdə suçlanır. Seçilmiş rəsmilər qanunla bütün gəlirlərini bəyan etməlidirlər.

Müharibədə həlak olanların ailələri yetərincə diqqət görürmü?
Gözlə

No media source currently available

0:00 0:07:09 0:00

Cinayət işi başlana bilər

Pakistanda hökumət rəsmilərinə müəyyən dəyərdən aşağı hədiyyələri saxlamağa icazə verilir.

Vəkil Gohar Xan isə deyib ki, Pakistanın Seçki Komissiyasının qərarından İslamabad ali məhkəməsində iddia qaldırılacaq.

Komissiya Xana qarşı cinayət işi başladılması göstərişi verib.

Keçmiş baş nazirin Tehriki İnsaf (PTI) partiyası komissiyanın qərarını dinc şəkildə pisləmək üçün tərəfdarları küçələrə çağırıb.

“Bu qərarı qəbul etmirik. Pakistan xalqı bunu qəbul etməyəcək. Adamları küçələrə çıxaraq qərar verənləri qovmağa çağırırıq”, – Xanın sözçüsü Favad Çaudri deyib.

Parlamentdəki yerlər

Hüquqşünasların fikrincə, seçki komissiyasının qərarından dolayı Xan parlamentdəki yerini də itirəcək.

O, 2018-ci ildən bu ilin aprelində etimadsızlıq səsverməsi keçirilənəcən baş nazir olub.

70 yaşlı Xan isə iddia edir ki, o, ABŞ-ın gizli planına uyğun olaraq, indiki baş nazir Şahbaz Şərif hökuməti tərəfindən devrilib.

Şərif və Vaşinqton iddianı rədd ediblər.

Xanın PTI partiyası bu həftə parlamentdəki səkkiz mümkün yerdən altısını qazanıb. Keçmiş kriket ulduzu həftəsonu keçirilən növbədənkənar seçkini özünün populyarlıq referendumu adlandırıb.

XS
SM
MD
LG