Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:28

İ.Əliyev: «Sarkisian bir cümlədə 4 yalan deyib»


Serzh Sarkisian və İlham Əliyev
Serzh Sarkisian və İlham Əliyev

-

«Ermənistan rəhbərliyi çalışır ki, dünyanı aldatsın. İlk olaraq öz xalqını, daha sonra dünya ictimaiyyətini aldatsın. İndi isə gülünc vəziyyətə düşüblər».

«Report»un xəbərinə görə, prezident İlham Əliyev bunu bu gün Bakıda başlayan Dünya Azərbaycanlılarının IV Qurultayında deyib.

İ.Əliyev Ermənistan rəhbərliyini aprel savaşları ilə bağlı dünyanı aldatmaqda qınayıb.

«Çox təəccüblüdür ki, Ermənistan rəhbərliyi bu situasiyada çalışır dünyanı aldatsın. İlk olaraq öz xalqını, daha sonra dünya ictimaiyyətini aldatsın. İndi isə gülünc vəziyyətə düşüblər. Deyirdilər ki, guya onlar heç bir torpaq itirməyib. Gah da deyirdilər ki, onlar əksinə, Azərbaycan torpaqlarını zəbt ediblər. Yaxud da qələbə qazandıqlarını deyirdilər. Bundan başqa, bildirirdilər ki, itirdikləri torpaqların onlar üçün əhəmiyyəti yoxdur, ancaq Azərbaycan həmin torpaqları geri qaytarsın. Əgər həmin torpaqların əhəmiyyəti yoxdursa, Azərbaycan niyə həmin torpaqları qaytarmalıdır?! Yəni, onlar tamamilə özlərini itiriblər», - dövlət başçısı qeyd edib.

İ.Əliyev deyib ki, əslində, yalan danışmaqla onlar özlərini ifşa edirlər: «Bunun son nümunəsini Ermənistan prezidenti bu yaxınlarda Avrasiya İttifaqının zirvə görüşündə ifadə etdi. Onun sözləri təxminən belə idi ki, Azərbaycan apreldə bu əməlləri edib, «Dağlıq Qarabağ ordusu» vəziyyəti nəzarətə alıb və Azərbaycan Rusiyadan xahiş edib ki, döyüşlər dayandırılsın. Bu cümlədə o, dörd dəfə yalan danışıb».

Qarabağ cəbhəsində aprelin 2-dən 5-dək hərbi əməliyyatlarda hər iki tərəfdən onlarla hərbçi həlak olub. Aprelin 5-də tərəflər Moskvada hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə ediblər. Ancaq yenə bir-birlərini atəşkəsi pozmaqda ittiham ediblər. Yaranmış gərginliyi aradan qaldırmaqdan ötrü Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olan ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Həmin görüşdə atəşkəsin gücləndirilməsi müzakirə edilib.

Həmçinin baxın - AzadlıqRadiosu Youtube Kanalında izləyin:

XS
SM
MD
LG