Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:25

'Aşurbəy' məscidində təmiri dindarlar 'bağlama bəhanəsi' sayırlar


Ləzgi məscidi: "Dövlət orqanları bizə təzyiq edir"
Gözlə

No media source currently available

0:00 0:03:39 0:00

Ləzgi məscidi: "Dövlət orqanları bizə təzyiq edir"

►“Sabaha kimi bizə vaxt veriblər. Namaza gələnlərə deməliyik ki, iyulun 26-dan etibarən məscid təmirə bağlanacaq”.

Bunu “Azadlıq Radiosu”na İçəri şəhərdəki “Aşurbəy” məscidinin təmsilçisi (“Ləzgi məscidi” də adlanır) Faiq Mustafa bildirib.

Faiq Mustafanın deməsinə görə, xəbərdarlığı Səbayel Rayon Polis İdarəsi verib. O, məscidin təmir ediləcəyinə şübhə ilə yanaşır:

“Fikrimcə, bu bir bəhanədir. Sadəcə bu adla məscidi bağlamaq istəyirlər. Məscidin daxili yaxşı vəziyyətədir. Bu haqda əlimizdə sənəd də var. Bayır hissədən nəyisə təmir etmək istəyirlərsə, məscidi bağlamadan da etmək olar”.

“Biz harada ibadət edəcəyimizi soruşanda, bizə "bilmirik" cavabı veriblər. Deyirlər ki, bu bizim işimiz deyil, bununla bağlı başqa qurumlara müraciət etməliyik. Hələlik vəziyyət belə qalır ”- deyə F.Mustafa bildirib.F. Mustafa deyib ki, hətta məscid təmirə bağlanacaqsa belə, bu sənədləşdirilməli, təmirin başlanacağı və bitəcəyi tarix açıqlanmalıdır.

Bu deyilənlərə, Səbayel Rayon Polis İdarəsindən və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən, hələlik, münasibət öyrənmək mümkün olmayıb.

Bakıda “Şəhidlər məscidi” də, hələ, 2008-ci ildə təmir adı ilə bağlanıb.

Ancaq, məscid indiyə kimi, dindarların üzünə açılmayıb.

Buna da bax: Faiq Mustafa: 'Qafqaz Müsəlmanları İdarəsi kimdir ki?'

XS
SM
MD
LG