Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 10:43

1500-dək ABŞ vətəndaşının hələ də Əfqanıstanda qaldığı bildirilir


Kabildə Taliban komandirlərinin və bayraqlarını satışı
Kabildə Taliban komandirlərinin və bayraqlarını satışı

Dünya Bankının Əfqanıstanda 20-dən çox layihəsi var, 2002-ci ildən əsasən qrantlar şəklində 5.3 milyard dollar ayırıb

ABŞ dövlət katibi Entoni Blinken avqustun 25-də deyib ki, ABŞ administrasiyasının təxminlərinə görə hələ də 1500-dək Amerika vətəndaşı Əfqanıstanda qalır.

ABŞ-ın 12 gündür ki, davam edən hava evakuasiyası vasitəsilə indiyədək 4500 amerikalı öz ölkəsinə təxliyə olunub.

ABŞ və Taliban arasında əldə olunmuş razılaşmaya əsasən avqustun 31-i evakuasiyanın son günü olmalıdır.

Blinken bildirib ki, Dövlət Departamentinin rəsmiləri Əfqanıstanda qalmaqda davam edən amerikalıların 500-ü ilə əlaqə yarada biliblər.

Dövlət katibi deyib ki, qalan 1000 ABŞ vətəndaşı ilə əlaqə qurulması üçün bütün rabitə vasitələrindən istifadə olunur.

Blinken əlavə edib ki, ABŞ öz vətəndaşları ilə yanaşı ölkəsini tərk etmək istəyən minlərlə əfqanın evakuasiyasına da çalışır.

Təxliyələr davam edir. Dünya Bankı pulu kəsir

Rusiya Əfqanıstandakı 500-dən artıq vətəndaşını çıxarmaq üçün dörd hərbi nəqliyyat təyyarəsindən istifadə edəcək. Rusiyanın xəbər agentlikləri bu haqda avqustun 25-də Müdafiə Nazirliyinə istinadla xəbər yayıblar.

Taliban ölkədən xarici təxliyələrin avqustun 31-dək bitirilməli olduğunu bəyan edib.

Dörd təyyarə rusiyalılardan başqa Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvlərinin və Ukraynanın vətəndaşlarını da çıxaracaq.

Britaniyalılar çıxarılıb

Britaniyanın Xarici işlər naziri Dominik Raab isə avqustun 25-də bildirib ki, ikili vətəndaşlığı olmayan Britaniya vətəndaşlarının hamısı Əfqanıstandan evakuasiya olunub.

“Əsas hissə, qayıtmaq istəyənlərin demək olar hamısı evlərinə gətirilib”, – Raab “Sky News”a deyib.

Onun sözlərinə görə, son 24 saat ərzində Kabildən Britaniyaya 2 min nəfər aparılıb. O, Londonun Hindistan və Pakistan kimi regional tərəfdaşlarla işlədiyini sözlərinə əlavə edib.

Raab deyir ki, Britaniya BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinə Talibanın idarəçiliyi altında Əfqanıstanla işləmək üçün “müəyyən parametrləri” razılaşdırmaq yönündə təzyiq göstərir.

Dünya Bankı

Dünya Bankı isə Əfqanıstana yardımı dayandırıb, ölkədəki vəziyyətdən, Talibanın hakimiyyətə keçməsinin özəlliklə qadınlara təsirindən “dərin narahatlıq” keçirdiyini deyib.

“Əfqanıstanda əməliyyatlarımıza vəsait ayrılmasına fasilə vermişik, vəziyyəti yaxından izləyir və dəyərləndiririk”, – bankın rəsmisi “AFP”yə deyib.

Bank beynəlxalq ictimaiyyətlə və tərəfdaşları ilə vəziyyət üzrə konsultasiyanı davam etdirəcək, rəsmi deyib. “Reuters”in yazmasına görə, bank fəaliyyətini davam etdirmək üçün yollar axtarır.

Dünya Bankının Əfqanıstanda 20-dən çox layihəsi var, 2002-ci ildən əsasən qrantlar şəklində 5.3 milyard dollar ayırıb.

Mediaya təzyiq artır

Taliban mediaya “xeyli sərt məhdudiyyətlər” tətbiq edir. Bu bəyanatla avqustun 24-də Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) çıxış edib. İslamçı qrup mətbuat azadlığına sayqı göstərəcəyinə vəd etsə də informasiyaya nəzarəti ələ almağa çalışır.

“Taliban jurnalistlərə qarşı təhdidləri, təzyiqləri, bəzən də zorakılığı gücləndirir”, onlar üçün qoyulan öhdəliklər siyahısı “gün-gündən uzanır”, – RSF bildirir.

Bəyanatda bir həftənin içində Kabildə və Cəlalabadda peşə fəaliyyətini yerinə yetirən azı 10 jurnalistin təhdid olunduğu, hücuma məruz qaldığı vurğulanır.

XS
SM
MD
LG