Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 08:29

Rusiya Mərkəzi Asiyada ABŞ qoşunlarını görmək istəmir


Sergey Lavrov
Sergey Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Moskva Mərkəzi Asiya ölkələrində ABŞ qoşunlarını görmək istəmir, beləki bu, həmin regionu hücumlar üçün hədəfə çevirə bilər.

Lavrov avqustun 24-də Budapeştdə macarıstanlı həmkarı Peter Siyarto ilə danışıqlarından sonra müxbirlərə bildirib ki, Rusiya Mərkəzi Asiyanın keçmiş sovet respublikaları ilə “vahid təhlükəsizlik məkanına” daxildir.

O əlavə edib ki, Vaşinqtonun Əfqanıstan qaçqınlarını regionda məskunlaşdırmaq planları ərazinin stabilliyini poza bilər.

Onun sözlərinə görə, ABŞ qoşunlarının öz ərazisində yerləşdirilməsinə imkan verən hər hansı Mərkəzi Asiya ölkəsi “özünü dərhal hədəfə çevirərdi”.

Lavrov vurğulayıb ki, onun ölkəsi Çin, ABŞ və Pakistanla birlikdə Əfqanıstan böhranının çözümündə iştirak etməyə hazırdır.

Rusiya xarici işlər naziri əlavə edib ki, Əfqanıstandakı vəziyyət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (ODKB) və Şanxay Əməkdaşlıq Təşkilatının sentyabrın ortalarında Düşənbədə keçiriləcək iclaslarının əsas mövzusu olacaq.

Şanxay Əməkdaşlıq Təşkilatına Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Hindistan və Pakistan daxildir.

Əfqanıstan bu qrupa 2012-ci ildə müşahidəçi qismində qoşulub.

XS
SM
MD
LG