Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:42

Keçmiş polis: "Ana-bacımı “Bandotdel”ə aparıb incidiblər"


Tural Məhərrəmov
Tural Məhərrəmov

►Daha bir siyasi mühacirdən qohum-əqrabası üz döndərir

“Noyabrın 11-də anami-bacımı “Bandotdel”ə aparıb incidiblər ki, mən bloqumu bağlayım”.

Bunu AzadlıqRadiosuna hazırda İsveçdə siyasi mühacir həyatı yaşayan keçmiş polis zabiti Tural Məhərrəmov deyir.

Onun sözlərinə görə, 2010-12-ci illərdə polisdə işləyən vaxt rəhbər şəxslərlə münasibətində problemlər yaranıb və bu da sonda onun mühacirətə getməsinə səbəb olub.

Tural Məhərrəmov deyir ki, mühacirətə gələndən sonra özünə “Ədalətsizliklə mübarizə” adlı bloq açıb və Daxili İşlər Nazirliyi əleyhinə məqalələr dərc etdirib və bu da polis rəhbərliyinin ona qarşı təzyiqlərini gücləndirib:

“2007-ci ildə BDU-nun hüquq fakültəsini fərqlənmə ilə bitirmişəm. Həmin vaxt attestasiya komissiyasının rəhbəri daxili işlər naziri Ramil Usubov idi. Məni polisdə işləməyə dəvət etdi”.

Buna da bax: S.Rüstəmxanlı: "Azərbaycan İrana nota verə bilərdi"

“Söyüşünü özünə qaytardım”

Tural Məhərrəmov deyir ki, Tovuz rayon polis idarəsində əməliyyat müvəkkili kimi işə başlayır, ancaq az keçmiş polis rəisi ilə arasında münaqişə yaranır:

“İclasda məni küçə söyüşü ilə söydü, mən də cavab qaytardım. Beləcə, arada narazılıq yarandı”.

Siyasi mühacir xatırlayır ki, bir müddət sonra onu Şəki polis idarəsinə dəyişiblər və post-patrul xidmətinin rəhbəri qoyublar. Ancaq burda da həmin vəziyyətlə - rəisin işçilərinə qarşı təhqiramiz kəlmələrlə rəftarının şahidi olub:

“Burda da rəis məni küçə söyüşü ilə təhqir etdi, mən də həmin söyüşü ona qaytaranda mənə yumruq atdı, mən də onu vurdum. Bu dava-dalaşın səsi nazirliyə getdi çatdı”.

Buna da bax: Bu kənddə məktəbə qaloşla gedirlər

“Nazir dedi ki, indi səni söysəm, sən də məni söyəcəksən?”

O özü hara gedib özü bilər, rahatca oturub orda. Biz Azərbaycanda yaşayırıq, onun yazılarından narahat oluruq. Getsin Ermənistandan, Gürcüstandan yazsın, təbiətdən yazsın. Nə var Azərbaycandan yazır?!

Keçmiş polis zabiti deyir ki, nazir Usubov onu qəbul edib və böyüklərə hörmətsizlik göstərməyin onun karyerasına son qoya biləcəyini deyib:

“Nazir mənə dedi ki, “indi səni söysəm, sən də qayıdıb məni söyəcəksən?””

Tural Məhərrəmov deyir ki, o, Şəki polis idarəsi rəhbərliyindən nazirliyə şikayət etsə də, töhmət alıb və vəzifəsi kiçildilərək Yevlax rayonuna sahə müvəkkili kimi göndərilib:

“Mən bu töhmətdən narazı qaldım və naziri məhkəməyə verdim.”

Dediyinə görə, bundan sonra onu incitməyə başlayırlar, o isə dayanmadan ədalət axtarmağa çalışıb, ölkə prezidentinə, milli təhlükəsizlik nazirinə onlarla məktub yazıb.

Tural Məhərrəmov deyir ki, onu nazirliyə çağırıb əvvəl bu şikayətlərdən çəkindirməyə çalışıblar:

“Dedilər ki, “məhkəmədən şikayətlərini geri götür, nazirdən də üzr istə ki, ondan şikayət etməkdə səhv etmisən, nazir də səni bağışlasın”.

Başa düşdüm ki, məni dinc buraxmayacaqlar, niyyətləri həbs etməkdir. Başqa yerlərdə qalmağa başladım, artıq barəmdə axtarış da vermişdilər. Gizli yolla ölkədən çıxdım və İsveçdə siyasi mühacir statusu aldım.

Dedim ki, mən polis orqanlarındakı ədalətsiz münasibətdən şikayət etmişəm, amma məni cəzalandırıblar. Dedilər ki, “ağlını başına yığ, polisdən çıxıb nə edəcəksən?” Dedim, “gedib xarici ölkələrin birindən siyasi mühacirlik alacam””.

Buna da bax: Baş nazirdən QHT-lərlə bağlı qərar

“İşdən çıxandan sonra məni tutmaq istəyirdilər”

Tural Məhərrəmov deyir ki, belə bir cavabdan sonra onu polis orqanlarından azad ediblər və bundan sonra təqib olunub:

“Evimizə polis gəldi, guya mən polis əməkdaşına qarşı xuliqanlıq etmişəm, maşınımı polisin üstünə sürmüşəm. Başa düşdüm ki, məni dinc buraxmayacaqlar, niyyətləri həbs etməkdir. Başqa yerlərdə qalmağa başladım, artıq barəmdə axtarış da vermişdilər. Gizli yolla ölkədən çıxdım və İsveçdə siyasi mühacir statusu aldım”.

“Heç bir təzyiq məni yolumdan döndərə bilməz”

Keçmiş polis zabiti mühacirətdə də fəallığından qalmadığını, “Ədalətsizliklə mübarizə” adlı bloqunda DİN rəhbərliyini tənqid edən məqalələr yazdığını deyir. Bu məqalələrdən sonra ailə üzvlərinin incidildiyini deyən Tural Məhərrəmovun sözlərinə görə, anası və bacısı bir neçə gün öncə Bakıya, DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə aparılıblar:

“Məni çox pis hədələdilər. Amma dedim ki, “geri çəkilməyəcəm”. İndi ailə üzvlərim məndən, mən də onlardan imtina etmişəm. Onlara təzyiq göstərməklə məni yolumdan çəkindirə bilməyəcəklər”.

“Oğlumdan imtina edirəm”

Tural Məhərrəmovun anası Səadət İbrahimova AzadlıqRadiosuna onları kiminsə incitmədiyini deyir:

“Biz özümüz ondan imtina edirik. Gedib oturub xaricdə, burda polisin əleyhinə yazır”.

“Əgər sizə hər hansı təzyiq yoxdursa, oğlunuzdan niyə imtina edirsiz” sualının cavabında Səadət İbrahimova deyir ki, onlar Turalın yazılarından narahatdırlar:

“O özü hara gedib özü bilər, rahatca oturub orda. Biz Azərbaycanda yaşayırıq, onun yazılarından narahat oluruq. Getsin Ermənistandan, Gürcüstandan yazsın, təbiətdən yazsın. Nə var Azərbaycandan yazır?!”

Məsələyə münasibətini öyrənmək üçün Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə ilə əlaqə yaratmaq cəhdimiz alınmadı. Nazirliyin də mövqeyini dərc etməyə hazırıq.

* AzadlıqRadiosunun Youtube kanalında izləyin:

XS
SM
MD
LG