Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:32

Necə olur ki, idxal azalmağına baxmayaraq gömrük planı dolur?


Rəssam Şerifin karikaturası, Munk, Haray
Rəssam Şerifin karikaturası, Munk, Haray

Devalvasiya gömrüyün üzünü güldürdü

İndi gömrük əməkdaşları planı, əvvəlki illərdə olduğu kimi, 1 faiz deyil, 30 faiz artıqlamasıyla yerinə yetirə bilirlər

Devalvasiya çoxlarının kefinə soğan doğrasa da, gömrüyü sevindirib. Qurum öz öhdəliklərini rahatlıqla icra edir. İndi gömrük əməkdaşları planı, əvvəlki illərdə olduğu kimi, 1 faiz deyil, 30 faiz artıqlamasıyla yerinə yetirə bilirlər.

Ən təəccüblüsü budur ki...

Daha əvvəlki kimi gömrük əməkdaşları ilə qanunsuz sövdəyə getmək olmur...

İyulda Dövlət Gömrük Komitəsi (DGK) idxal-ixrac əməliyyatlarına görə, 186,8 milyon manat toplayıb. Bu, iyunda yığılandan 42 milyon manat çoxdur. Manat ABŞ dollarına nəzərən ucuzlaşdıqca, gömrükçülər də büdcəyə daha çox pul köçürürlər. Ən təəccüblüsü də odur ki, bütün bunlar, ölkəyə idxalın azalması fonunda baş verir.

Buna da bax: Astara gömrüyünə prezident fərmanı hələ çatmayıb

Xarici ticarətlə məşğul olan şəxslər etiraf edirlər ki, daha əvvəlki kimi DGK əməkdaşları ilə qanunsuz sövdəyə getmək olmur. Malın hər ədədi rəsmiləşdirilir, gömrük rüsumları və vergiləri də axır sentinədək hesablanıb manat hesabı ilə ödənilir. Hər halda ilin əvvəlindən bəri sıravi idxalçılara bu sistem tətbiq edilməkdədir.

Hər hansı məlumat açıqlanmayıb

Dövlət başçısı İlham Əliyev gömrük orqanlarının öz fəaliyyətini şəffaflaşdığını bir neçə dəfə qeyd edib.

Buna da bax: Fiziki şəxslərə gömrükdə «yaşıl işıq»

DGK və baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi daha əvvəlki dövrdə sahibkarların incidilməsi, onlardan qanunsuz ödənişlər istənməsi, malları gömrükdən yayındırmağa həvəsləndirilmələriylə bağlı hər hansı cinayət işi başlatmayıb. Daha dəqiq deyilsə, bu barədə heç bir məlumat açıqlanmayıb.

Buna da bax: «Gömrükdə monopoliya ləğv olundu»

Ən çox əziyyət çəkənlər...

Devalvasiya çoxlarının kefinə soğan doğrasa da, gömrüyü sevindirib...

Gömrük orqanlarının mal idxalına nəzarəti sərtləşdirməsindən ən çox əziyyət çəkən sərhədyanı ərazilərdə yaşayan vətəndaşlardır. Bir çox istehlak malı qonşu ölkələrdə Azərbaycandakından ucuz olduğundan, onlar ayda, azı, bir dəfə sərhədi keçməli olurlar. Bu da gömrük-buraxılış məntəqələrində sıxlığın artırır, üstəlik başqa problemlər doğurur. Vətəndaşlar gətirilən mallara gömrük rüsumu alınmasından da şikayətlənirlər. Bu, bəzən qarşıdurma ilə də nəticələnir.

Buna da bax: Sahibkarlıq sahəsində yoxlamalar dayandırılır

Nazirlər Kabinetinin iyulda qəbul etdiyi və avqustun 8-dən qüvvədə olan yeni qaydalara görə, vətəndaşlar hər təqvim ayı ərzində cəmi bir dəfə rüsum ödəmədən xaricdən 30 kiloqramadək müxtəlif növ ərzaq məhsulları gətirə biləcəklər. Yəni, tərəzi 1 kiloqram artıq göstərəcəksə, buna görə gömrük rüsumu tələb olunacaq.

Bu ilin 7 ayında

Bu ilin 7 ayında DGK xətti ilə dövlət büdcəsinə 1 milyard 182,1 milyon manat gömrük rüsumu və vergi ödənilib. Bu, əvvəlki ildən 30,3 faiz çoxdur.

Eyni xətlə dövlət büdcəsinə ödəmələr də ötən ildəkindən (1 milyard 590 milyon manat) 13,8 faiz çox proqnozlaşdırılıb.

Buna da bax: Gömrükdə monopoliyanın götürülməsi İrana axını artırıb

XS
SM
MD
LG