Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:50

Cəlal Əliyevin jurnalistlərə qarşı vəkili məhkəmə zalında həbs olundu və... buraxıldı


Cəlal Əliyev
Cəlal Əliyev

Prezident İlham Əliyevin mərhum əmisi, keçmiş deputat Cəlal Əliyevin jurnalistlərə qarşı məhkəmə çəkişmələrində onun vəkili olmuş Sümbülə Əliyeva külli miqdarda yeyintidə suçlanır. Əliyeva həm də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü olub, 1 saylı Hüquq Məsləhətxanasına rəhbərlik edib.

Cinayət işinin materiallarında iddia olunur ki, vəkillərin sosial sığorta və vergi kimi kollegiyaya ödədikləri vəsaitlər, əslində, ünvanına çatmayıb. Əliyeva da həmin vəsaitlərin yeyintisində suçlanaraq cinayət məsuliyyətinə cəlb olunub. Ona qarşı CM-in 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bakının 'cənnət bağı'nda Cəlal Əliyev gülü
Gözlə

No media source currently available

0:00 0:02:19 0:00

İyunun 14-də həbs olunub

Əliyeva cinayət məsuliyyətinə cəlb olunsa da, istintaq dövründə həbs olunmayıb. Amma məhkəmənin elə ilk iclasında onun barəsindəki qətimkan tədbiri dəyişdirilib və keçmiş vəkil iyunun 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbs olunub.

İyunun 24-də Əliyevanın işi üzrə növbəti məhkəmə iclasında vəkili onun ev dustaqlığına buraxılması haqda vəsatət qaldırıb. Eldar Mikayılovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin edib və 10 günlük həbsdən sonra Əliyevanın həbsdən buraxılmasına qərar verib.

Əliyevanın işində Vəkillər Kollegiyası, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Vergi Xidməti zərərçəkmiş qismində tanınıb. Onun ittiham olunduğu CM-nin 179.3.2 maddəsində 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG