Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:32

Qadınlar əsgər yaxınlarını müharibədən qaytarmağa çalışırlar


Buryatiyada dəfn olunmuş əsgər
Buryatiyada dəfn olunmuş əsgər

Tıvalı qadınlar əsgərləri üçün ərzaq, digər lazımi əşyalar almaq üçün pul da yığırlar. Vasili deyir ki, yerli sakinlərin Ukraynadakı əsgərlərə radioötürücülər və dronlar göndərmək üçün pul yığması haqda da eşidib

Rusiyanın yoxsul Buryatiya və Tıva (Tuva) vilayətlərində qadınlar əsgərlərinin evə qayıtması üçün məmurlara, orduya təzyiqi artırırlar.

“Qardaşım təlimlərə göndərilmişdi. Onu başqa bir ölkədə müharibəyə getmək üçün çağırmayıblar. Əslində, bu aldatmadır. Yalnız işğal başlayanda onlara deyiblər ki, sərhədi keçəcəklər”, – Sibirin cənubunda yerləşən Buryatiyadan bir qadın AzadlıqRadiosunun “Siberia.Realities” portalına deyib.

“Qorxudublar”

Müharibəyə qarşı fəaliyyətinə görə təqib qorxusundan adının çəkilməsini istəməyən bu qadın sevdiklərinin evə qayıtmasını tələb edən analardan, bacılardan, əsgər sevgililərindən biridir.

“(Rusiya fevralın sonunda Ukraynanı işğala başlamasından öncə) o mənə Belarusdan zəng elədi. Əllərini burmalarından şikayətlənirdi, onun imtina etməyə qorxduğunu deyə bilərəm. Görünür, onu təkcə tribunalla deyil, fiziki zədəylə də qorxudublar”, – həmin qadın sözlərinə davam edir.

Bu qadınlar Vyber birbaşa mesajlaşma tətbiqində qapalı qruplarda informasiya paylaşır, Ukraynada xidmət edən qohumlarının döyüşlərdən qanuni necə imtina etməsinin hüquqi yollarını axtarırlar.

Sibirin cənubundakı Tıvadan bir əsgər anası Ailana (ad dəyişdirilib) da oğlunun oxşar durumla üzləşdiyini deyir. Yanvarda onun bölümü təlimlər üçün Belarusa aparılıb, fevralın 24-də Ukraynaya göndərilib, onlara Kiyevi iki günə tutmaq əmri verilib.

14 əsgər

O, anasıyla bir də martın ortasında danışa bilib, o zaman bölüm yenidən qruplaşmaq üçün Ukraynadan çıxarılıb. Oğul anasına danışıb ki, onların bölümünü aldadıblar, əsgərlərin çoxu geri qaytarılmaqdan yayınmağın yolunu axtarır. Ailana vəkillərlə məsləhətləşdiyi bir vaxtda oğlunu yenidən Ukraynaya göndəriblər.

Ailana həftələrlə oğlundan xəbər tuta bilməyib. Onun iyunda tapdığı bir vəkil ona kontraktla xidmət keçən əsgərin rəsmən döyüşdən imtina edə biləcəyini başa salıb.

“Oğlum daha döyüşmək istəməməsi haqda ərizə verəndə onu qorxutmağa başlayıblar. Ona deyiblər ki, tribunala çıxarılacaq, səkkiz il həbsə göndəriləcək. Mənə zəng edib soruşdu ki, neyləsin? Vəkillərlə danışdım, ona dedim ki, bu yalnız hədə-qorxudur”, – ana danışır.

Sonradan onun oğlu və daha 13 əsgər bu addımı atır, onları bölüm qarşısında biabır edir, “satqın” deyirlər. Ancaq hamısı alçalmaya, təhdidlərə dözür və hərbi xidmətdən buraxılır. Onlar Tıvaya qayıdırlar.

150 əsgər evə qayıdıb

“Azad Buryatiya” adlı insan haqları qrupunun iyulun 11-də yaydığı məlumata görə, vilayətdən 150-dək əsgər Ukraynaya təkrar göndərilməkdən imtina edib, iyulun 9-da evə qayıdıblar. Əsgərlərin buraxılmazdan öncə qapalı hərbi bazada saxlandığı, kriminal mühakimə ilə təhdid olunduqları deyilir. “Azad Buryatiya”nın başçısı Aleksandra Qarmajapova Facebook postunda əsgərləri təbrik edib, onların “özlərinin və başqalarının həyatını xilas etdiklərini” qeyd edib.

İyunun sonunda onlarla buryat əsgərin həyat yoldaşları və anaları vilayət qubernatoru Aleksey Tsidenova video müraciətlərində onu yaxınlarını Ukraynadan qaytarmağa çağırırdı.

“Onlar fevralın 24-dən xüsusi əməliyyatda iştirak edirlər. Mənəvi və fiziki baxımdan taqətdən düşüblər”, – qadınlar videoda deyirdilər.

İntihara cəhd edən müharibə iştirakçısı: '80 manatla necə dolanım?'
Gözlə

No media source currently available

0:00 0:05:11 0:00

Əsgərlər üçün pul da yığırlar...

Tıvadan özünü Vasili kimi təqdim edən fəal deyir ki, vilayətdən azı 20 əsgərin döyüşdən imtina etdiyini bilir, ancaq onlara evə qayıtmağa icazə verilməyib. O və həyat yoldaşı əsgərlərin hərbi kontraktlardan qurtulmasına kömək edən Vyber və Instagram qruplarında fəal iştirak edirlər.

“Bu yaxınlarda qadınlar bu qruplarda müzakirə edirdilər ki, kişiləri xüsusi əməliyyatda iştirakdan necə imtina edə bilər. Görünür, onlar müharibədəki nəhəng itkilərdən xəbər tuturlar… Əvvəllər isə yalnız kiməsə telefon zənginin nə vaxt olacağından danışırdılar”, – Vasili radioya deyib.

Tıvalı qadınlar əsgərləri üçün ərzaq, digər lazımi əşyalar almaq üçün pul da yığırlar. Vasili deyir ki, yerli sakinlərin Ukraynadakı əsgərlərə radioötürücülər və dronlar göndərmək üçün pul yığması haqda da eşidib.

İşğalın ilk günlərindən Rusiyanın Tıva və Buryatiya, eləcə də Şimali Qafqazdakı Şimali Osetiya və Dağıstan regionlarından daha çox itki verildiyi bildirilir. Rəsmi itki sayı açıqlanmasa da, AzadlıqRadiosu Buryatiyadan 159 hərbi itki olduğunu hesablayıb. Tıvadan 100-dən çox itki rəsmən təsdiqlənib

Bu regionlarda gənclər hərbi kontrakta yoxsulluqdan çıxış yolu kimi baxırlar. Tıvada orta aylıq gəlir 10 min- 15 min rubldur ($170-260).

XS
SM
MD
LG