Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:40

Bryza yazır ki, Putin Azərbaycana 7 yox, 5 yox, 2 rayonun qaytarılmasını təklif edib


Mathew Bryza
Mathew Bryza

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı keçmiş səfiri Matthew Bryza-nın Vestnik Kavkaza portalında dərc olunmuş məqaləsi elə belə də adlanır: “Dağlıq Qarabağ münaqişəsində sülh üçün iki gözlənilməz təklif”.

Məqalənin orjinalı avqustun 17-də Amerikanın qeyri-hökumət Atlantic Council analitik mərkləzinin saytında dərc olunub.

Bryza yazır ki, o Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə çözümündə artıq uzun müddətdir optimizm üçün əsas hiss etməyib.

Lakin onun sözlərinə görə, aprel döyüşlərinin tozanağı yatan kimi Rusiya prezidenti Vladimir Putindən sürpriz bir təklif səslənib.

Prezidentlər (soldan) Sarkisyan, Putin və Əliyev. 20 iyun 2016, Sankt Peterburq
Prezidentlər (soldan) Sarkisyan, Putin və Əliyev. 20 iyun 2016, Sankt Peterburq

Bu başdan qeyd edək ki, Bryzanın məqaləsindəki “ikinci sürpriz” xalq diplolamtiyası ilə bağlı olduğundan, onun özünün də dediyi kimi həyata keçməsi qəlizdir və münaqişənin çözümünə real təsiri yoxdur.

Burada söhbət Azərbaycan əsilli Rusiya biznesmeni Fərhad Əhmədovun hər iki xalqı sülhə çağırışından gedir.

Lakin birinci sürpriz, yəni Putinin sürprizi, həqiqətən də olubsa, doğrudan da gözlənilməzdir.

Bryza yazır ki, hər iki təklif Vaşinqton tərəfindən öyrənilməyə və hətta bəlkə qəbul olunmağa layiqdir.

Madriddən Moskvaya

Məqalədə deyilir ki, Putinin son təklifinin fonunda 2007-ci ildə ABŞ, Rusiya və Fransa həmsədrlərinin irəli sürdükləri saziş çərçivəsi durur. Madrid Sənədi kimi tanınan bu təkliflərdə aşağıdakılar yer alırdı:

- Ermənistan 1990-cı illərin müharibəsi zamanı zəbt etdiyi 7 rayonun hamısını qaytarır;

- Dağlıq Qarabağ “keçid hüquqi statusu” alır və “yekun hüquqi statusadək” regionun erməni əhalisinə rəhbərlik edir;

- “Yekun hüquqi status” hələ müəyyən edilməmiş tarixdə Dağlıq Qarabağ əhalisinin səsverməsi ilə müəyyən edilir;

- Ermənistan və Dağlıq Qarabağ arasında tranzit dəhlizi bərqərar edilir;

- Beynəlxal sülhyradıcı qüvvələr Dağlıq Qarabağ əhalisinin və təmas xətti boyunca kəndlərin təhlükəsizliyini təmin edir;

- Bakı Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan arasında olan bütün tranzit məhdudiyyətlərini qaldırır.

“Prinsiplərin prinsipcə qəbuluna nikbinlik”

Bryza yazır ki, uzun illərin zəhmətinin məhsulu olan bu çərçivəni tərəflər qəbul etməsə də, 2009-cu ildə İlham Əliyev və Serj Sarkisyan “prinsiplərin nə vaxtsa prinsipcə qəbul ediləcəyinə nikbinlik ifadə etmişdilər”.

Daha sonra Bryza yazır ki, 2009-cu ilin sonlarında Sarkisyan yalnız 5 rayonun qaytarılmasının müzakirəsinə hazır olduğunu bildirmişdi.

Keçmiş ABŞ səfirinin sözlərinə görə məhz 7 rayon əvəzinə 5 rayon söhbətinin ortaya çıxması indiyədək danışqılar prosesini dalana dirəyib.

Bryza yazır ki, iyunun 20-də Putin Ermənistan və Azərbaycan prezidentləri ilə söhbətində məhz bu dalandan çıxılması üçün təklif verib.

İkicə rayon…

Məqalədə deyilir ki, Putin görünür, addım-addım prinsipi ilə Ermənistanın cəmi iki rayonu qaytarmasını təklif edib. Bunun müqabilində Azərbaycan Ermənistanla bütün normal tranzit və iqtisadi əlaqələrini bərpa etməlidir. Madrid prinsiplərinə görə qalan 5 rayonun qaytarılması məsələsi isə sonrakı danışıqların mövzusu olacaq.

“Həm Sarkisyan, həm də Əliyev, həttə bunu rəsmən qəbul etməsələr də, Putinin təklifini alqışlayıblar” – yazır Bryza.

Bryza yazır ki, Putinə münaqişənin alovlanması yox, közərməsi lazımdır
Bryza yazır ki, Putinə münaqişənin alovlanması yox, közərməsi lazımdır

Onun fikrincə, bu təklifin rəsmən qəbul edilməsi hər iki prezident üçün siyasi və təhlükəsizlik riskləri yarada bilərdi.

Bryza yazır ki, “Putinin 20 iyun təklifi onun Ukraynada müharibə qızışdıran kimi yox, Dağlıq Qarabağda sülh yaradan kimi görünmək arzusundan irəli gələ bilərdi”.

Keçmiş səfir bunu da əlavə edir ki, ola da bilsin, Putin ötən apreldə Ermənistan və Azərbaycanın tammiqyaslı müharibəyə bu qədər yaxın olmalarından narahatlanıb.

Bryza-nın fikrincə, tammiqyaslı müharibə “Avrasiya regionundakı münaqişələrin alovlanmasını yox, sadəcə közərməsini istəyən Putinin” planlarına uyğun gəlmir.

Bryza hesab edir ki, necə olursa olsun, Vaşinqton Putinin bu blefindən yapışmalı və onun Minsk Qrupunun sülh prosesini canlandırmasına nail olmalıdır.

XS
SM
MD
LG