Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:42

Ən böyük koronavirus itkisini Britaniya verə bilər


ABŞ alimləri Britaniyaya dair koronavirus proqnozlarına düzəliş ediblər.

Onların fikrincə Birləşmiş Krallıq COVID-19 infeksiyasının ən sərt vurduğu ölkə ola bilər.

Vaşinqton Universitetinin Səhiyyə Hesablama və Qiymətləndirməsi İnstitutu (The Institute of Health Metrics and Evaluation - IHME) ötən həftə dərc etdiyi hesabatda Birləşmiş Krallıqda COVID-19 virusundan avqustun əvvəllərinədək 66 min nəfərin öləcəyini bildirirdi.

Lakin ötən həftə aparılmış təftişdən sonra bu rəqəm 37 minə endirilmişdi.

Britaniya ekspertləri belə təftişi tənqid ediblər və bildiriblər ki, elə 37 min də avqustun 4-dək Avropada ən pis göstərici olacaq.

Koronavirusun ikinci, üçüncü dalğası ola bilər

Britaniyanın koronavirusdan ən böyük itkini verə biləcəyini lord Jeremy Farrar də bildirib.

İnfeksion xəstəliklər üzrə ekspert Farrar həm də hökumətin elmi müşavirlərindən biridir.

Ötən cümə günü, aprelin 10-da Britaniyada koronavirusdan 980 ölüm qeydə alınmışdı.

Sky News saytı yazır ki, bir gündə belə yüksək göstərici nə İtaliya, nə də İspaniyada yaşanmayıb.

Farrar deyib ki, Britaniya koronavirusa yoluxmaların azalacağı nöqtəyə yaxınlaşsa da, onun itkiləri İtaliya və İspaniyadakından daha çox ola bilər.

Alim bildirib ki, belə bir vəziyyətdə əsl və tam çıxış yolu vaksinlərin hazırlanması olacaq. Onun fikrincə bu olmadan COVID-19 virusunun ikinci və üçüncü dalğalarını gözləmək lazım gələcək.

Lakin Sky News telekanalının təhlilçiləri İtaliya, İspaniya və Fransadakı koronavirus ölümlərini araşdırdıqdan sonra bu qənaətə gəliblər ki, indilik Britaniya hər 100 min nəfərə düşən ölüm saylarına görə sözü gedən ölkələrdən daha az itki verir.

Aprelin 13-ə olan məlumata Britaniyada koronavirusdan ölənlərin sayı 11,329-a çatıb.

Aprelin 13-də 24 saat ərzində COVID-19 virusundan daha 717 nəfər vəfat edib.

XS
SM
MD
LG