Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:21

Putin deyir ki, ABŞ və NATO-nun məktubu ‘təhlil edilir’


Rusiyanın BMT-dəki səfiri Vasili Nebenziya deyib ki, Birləşmiş Ştatlar Təhlükəsizlik Şurasında müzakirə ilə “isteriyanı qızışdırır”.

Vladimir Putin bir daha vurğulayıb ki, Birləşmiş Ştatlar və NATO Moskvanın təhlükəsizlik narahtlıqlarına etinazsızlıq göstərir.

Fevralın 1-də Moskvada Macarıstanın baş naziri Viktor Orbanla görüşdən sonra keçirdiyi birgə mətbuta konfransında deyib ki, Kreml Birləşmiş Ştatlardan və NATO-dan alınmış yazılı cavabları təhlil edir, hərçənd Rusiyanın əsas tələblərinin qulaqardına vurulduğu artıq indidən məlumdur.

Bu, Rusiyanın Ukrayna yaxınlığında çox sayda qoşun cəmləşdirməsi ilə bağlı Moskva və Qərb arasında yaşanan qarşıdurmanın davam etdiyi son həftələrdə Putinin ilk açıq bəyənatları olub.

Rusiya NATO-nun şərqə doğru genişlənməyəcəyinə, Gürcüstan və Ukrayna da daxil heç bir keçmiş sovet respublikasının alyansa üzv qəbul edilməyəcəyinə və Qərbin keçmiş sovet məkanında hər hansı hərbi fəaliyyətlərini dayandıracağına dair yazılı qarantiya tələb edir.

Putin dediyini deyir

Birləşmiş Ştatlar Ukraynaya alyansa üzvlüyün qadağan olunmasına dair tələbi rədd etsə də, Moskvaya böhrandan diplomatiya yolu ilə çıxmağı təklif edib.

Putin bu barədə deyib:

"Biz NATO-nun genişlənməsinin qarşısının alınması üçün üç əsas tələbimizə - Rusiya sərhədləri yaxınlığında zərbə qurğularının yerləşdirilməsindən imtina edilməsi, alyansın Avropadakı hərbi infrastruktrunun 1997-ci ildəki vəziyyətə qaytarılması tələbimizə adekvat diqqət görmürük”.

Putin iddia edib ki, ABŞ və NATO-nun bu məsələyə yanaşması ədalətli deyil:

"Bizim narahatlığımızı görməzliyə vurarakən ABŞ və NATO ölkələrin öz təhlükəsizliklərinin təşkilində suveren olmasını əsas gətirirlər. Amma bu təhlükəsizlik paritetinin yalnız bir tərəfidir. Onun digər tərkib hissəsi bir ölkənin təhlükəsizliyinin başqa bir ölkənin təhlükəsizliyi hesabına təmin edilməməsidir”.

Lakin bu mətbuat konfransında çıxış edən Orban deyib ki, o bu məsələdə kompromis imkanının mövcudluğuna inanır:

"Mən bugün əmin oldum ki, mövqelərdəki mövcud fərqlər aradan qaldırıla, Rusiyanın təhlükəsizliyinə qarantiya verən və NATO üzvləri üçün məqbul sayılacaq saziiş imzalana bilər”.

Türkiyə dronları Ukraynada yeni sınaqla üzləşə bilər
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

Blinken Rusiyanı qoşunlarını Ukrayna ətrafından çəkməyə çağırıb

ABŞ dövlət katibi Entoni Blinken Rusiyanı “dərhal” de-eskalasiyaya və qoşunlarını Ukrayna sərhədlərinə yaxın ərazilərdən çıxarmağa çağırıb.

Fevralın 1-də Blinkenin Rusiyanın xarici işlər naziri Sergey Lavrovla söhbətindən sonra Dövlət Departamentinin açıqladığı bəyanatda deyilir ki, ABŞ-ın 1 nömrəli diplomatı Vaçinqtonun Ukraynanın suverenlyinə və ərazi bütövlüyünə sadiqliyini bir daha təsdiq edib.

Blinken bunu da qeyd edib ki, Ukraynaya bundan sonra da hər hansı müdaxilənin “çevik və ağır nəticələri” olacaq. O Rusiyanı diplomatik yol tutmağa dəvət edib.

Lavrov isə görüşdən sonra deyib ki, Vaşinqton Moskvanın təhlükəsizlik narahatlıqlarını müzakirə etməyə hazırdır.

O bildirib ki, Blinkenə Rusiyanın öz tələblərində israrlı olduğunu deyib.

Lavrov deyib ki, Qərb özünün təhlükəsizlik öhdəliklərindən çıxış etməlidir.

Onun sözlərinə görə Blinken Rusiya ilə müzakirələrin davam etdirlməli olduğu fikri ilə razılaşıb.

Rusiya ilə Ukrayna arasında gərginlik yaşandığı bir vaxtda Azərbaycan nə etməlidir?
Gözlə

No media source currently available

0:00 0:00:52 0:00

Conson hələ Putinlə danışa bilməyib

Rusiyanın yüksək çinli diplomatı fevralın 1-də Ukrayna böhranında de-eskalasiyaya dair ABŞ-ın təklifinə Moskvanın guya yazılı cavab verməsi haqda xəbərləri təkzib edib.

Rusiya Birləşmiş Ştatlar və NATO-dan Ukraynanın heç vaxt bloka qoşulmayacağı haqda zəmanət istəyib. Daha bir tələb alyansın Rusiya sərhədləri yaxınlığında silah sistemləri yerləşdirməsini dayandırması, qüvvələrini Şərqi Avropadan çıxarması haqdadır.

NATO və Vaşinqton bu tələbləri rədd edərək Moskvaya yazılı cavab təqdim ediblər. ABŞ administrasiyasının üç rəsmisi yanvarın 31-də deyiblər ki, Rusiya ABŞ-ın təkliflərinə yazılı cavab verib.

Rusiya Xarici işlər nazirinin müavini Aleksandr Qruşkonun fevralın 1-də RIA Novosti dövlət xəbər agentliyinə bildirdiyinə görə, bu xəbərlər “doğru deyil”.

RIA Rusiya XİN-in aparıcı diplomatına istinadla yazıb ki, Lavrov Blinken daxil Qərbdəki həmkarlarına “təhlükəsizliyin bölünməzliyi prinsipi” haqda mesaj göndərib, amma bu, Vaşinqtonun təkliflərini cavab deyil.

Britaniyanın Baş naziri Boris Consonun Rusiya Prezidenti Vladimir Putinlə telefon söhbəti isə hələ baş tutmayıb. Kreml söhbətin bu günə gözlənilmədiyini deyib.

İlkin olaraq yanvarın 31-nə planlaşdırılan söhbətin vaxtını Conson açıqlanmayan səbəblərdən dəyişmişdi.

“Bu günə danışıq nəzərdə tutulmayıb. Ancaq daha sonraya razılaşdırılacağını istisna etmirik”, – Kremlin sözçüsü Dmitri Peskov deyib.

Ukraynada mülki işçilərə də hərbi təlim keçirilir
Gözlə

No media source currently available

0:00 0:02:02 0:00

Rusiya ziyalıları Kremlə çağırış edir

Rusiyanın tanınmış hüquq müdafiəçiləri daxil olmaqla 2 mindən çox ziyalısı Kremli Ukraynaya qarşı “əxlaqsız, məsuliyyətsiz və kriminal” müharibəyə başlamamağa çağırıb.

Rusiya Ziyalıları Konqresinin “Sülh Tərəfdarlarının Rusiya Rəhbərliyində Müharibə Tərəfinə qarşı Bəyanatı” həftəsonu yayılıb.

“Rusiyanın Ukraynaya qarşı mümkün işğalı haqda narahatedici informasiya axını güclənir”, – bəyanatda deyilir.

“Rusiyaya Ukrayna və Qərblə müharibə lazım deyil. Heç kəs bizi təhdid etmir, heç kəs bizə hücum etmir. Belə bir müharibə ideyasını yaymaq siyasəti əxlaqsız, məsuliyyətsiz, kriminal addımdır, Rusiya xalqı adından həyata keçirilə bilməz. Belə bir müharibənin hüquqi, yaxud mənəvi məqsədləri ola bilməz... Rusiya vətəndaşları faktiki olaraq, Rusiya xarici siyasətinin yönəldiyi kriminal avantürizmin girovuna çevrilirlər”, – bəyanatda vurğulanır.

***

Fevralın 1-də ABŞ Dövlət katibi Entoni Blinken Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla telefonla Ukrayna böhranını müzakirə edəcək. Moskvanın sərhədə 100 mindən çox əsgər yığması Ukraynaya mümkün hücuma hazırlıqla bağlı narahatlıq yaradıb.

Vaşinqton ötən həftə Rusiyanın təhlükəsizlik tələblərinə yazılı cavab verəndən sonra iki ölkənin baş diplomatları ilk dəfə birbaşa dialoq quracaqlar.

Rusiyanın Vaşinqtondakı səfirliyi danışıqlardan öncə bildirib ki, Moskva ABŞ-ın sanksiya təhdidi qarşısında geri çəkilməyəcək.

“Biz ABŞ-ın sanksiya təhdidinə qulaq asaraq geri çəkilməyəcəyik. Gərginliyi yaradan Moskva deyil, Vaşinqtondur”, – səfirlik Facebook sosial şəbəkəsində yazıb.

Rusiya sərhədindəki Ukrayna kəndindən reportaj
Gözlə

No media source currently available

0:00 0:02:13 0:00

Conson Ukraynaya gedir

Britaniyanın Baş naziri Boris Conson isə fevralın 1-də Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparacaq.

“Böyük Britaniya dost və demokratik tərəfdaş kimi Ukraynanın suverenliyini dağıtmağa çalışanlara qarşı onu müdafiə edəcək”, – Conson bəyanatında deyib.

Ukraynaya yola düşməzdən öncə Conson Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışmalıydı. O, bəyanatında Rusiyanı geri çəkilməyə, diplomatik həlldən ötrü dialoqa çağırıb.

BMT-də gərgin debat

Yanvarın 31-də BMT-nin Təhlükəsizlik Şurasının iclası gərgin atmosferdə keçib. ABŞ-ın səfiri Linda Tomas-Qrinfild deyib ki, Rusiyanın məqsədi fevralın ortasınacan Belarusda əsgər sayını artırmaqdır.

Səfir Rusiyanın qoşun yığmasını son onillər Avropada ən böyük qüvvə səfərbərliyi adlandırıb.

“Biz danışdıqca, Rusiya daha çox qüvvə göndərir”, – deyən Tomas-Qrinfild Rusiyanı bir neçə həftəyə Belarusda hərbi qüvvə sayını 30 minə çatdırmağı planlaşdırmaqda suçlayıb.

O həmçinin Rusiyanı “hücum üçün bəhanə quraşdırmaq” naminə Ukrayna və Qərb ölkələrini təcavüzkar kimi qələmə vermək cəhdində ittiham edib.

Rusiyanın cavabı

Rusiyanın BMT-dəki səfiri Vasili Nebenziya isə deyib ki, Birləşmiş Ştatlar Təhlükəsizlik Şurasında müzakirə ilə “isteriyanı qızışdırır”.

O, Moskvanın hərbi hücum planlaşdırmasına “sübut olmadığını” deyib. Səfirin sözlərinə görə, Rusiyanın sərhədə 100 mindən çox əsgər yığması haqda Qərbin dediklərini Rusiya heç vaxt təsdiqləməyib. O, Rusiyanın öz ərazisində mütəmadi qüvvə yerləşdirdiyini, Ukrayna böhranının isə daxili məsələ olduğunu qeyd edib.

Tomas-Qrinfild buna cavabında deyib ki, provokasiyalar Rusiya tərəfdən gəlir, “bizdən, yaxud şuranın digər üzvlərindən deyil”.

Baydendən “hazırıq” xəbərdarlığı

ABŞ Prezidenti Co Baydenin bəyanatına görə, Birləşmiş Ştatlar Təhlükəsizlik Şurasının iclasında “Rusiyanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə təhdidinin tam təbiətini” təqdim edib.

Ağ evdə danışan Bayden deyib ki, ABŞ böhranın həllindən ötrü diplomatiya ilə məşğuldur. O, Rusiyaya “nə baş verməsindən asılı olmayaraq, hazırıq” xəbərdarlığı edib.

Fransa Prezidenti Emmanuel Makron yanvarın 31-də Putinlə yenidən telefonla danışdığını bildirib. Onun sözlərinə görə, liderlər Normandiya formatı çərçivəsində danışıqlarda proqresi alqışlayıblar. Bu formata Ukrayna, Rusiya, Almaniya və Fransa liderləri daxildir, məqsəd Ukraynanın şərqində münaqişəni bitirməkdir.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edərək ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb. O vaxtdan münaqişədə 13 min 200-dən çox adam öldürülüb.

XS
SM
MD
LG