Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:42

Putin ABŞ və NATO-dan istədiyi cavabı almadığını deyir


Lavrovun sözlərinə görə, ABŞ-ın Moskvaya yeni sanksiyaları iki ölkənin münasibətlərinin kəsilməsinə səbəb olar

Rusiya prezidenti Vladimir Putin deyib ki, ABŞ və NATO Moskvaya cavablarında Rusiyanın əsas tələblərini “görməzliyə qoyublar”.

O bunu Fransa prezidenti Emmanuel Makronla söhbətində deyib.

İki prezidentin söhbətinin bu hissəsi Kremlin rəsmi saytında verilib.

Putin bildirib ki, Moskvaya cavabda Rusiyanın NATO-nun şərqə doğru genişlənməməsinə, Rusiya ilə sərhəddə zərbə silahlarının yerləşdirilməməsinə və hərbi potensialın və infrastrukturun 1997-ci ildəki həcmə endirilməsinə dair təklifləri nəzərə alınmayıb.

1997-ci ildə Polşa, Çexiya, Macarıstan, Bolqarıstan, Latviya, Litva, Estoniya, Rumıniya, Slovakiya, Sloveniya, Xorvatiya, Monteneqro və Şimali Makedoniya hələ NATO üzvü deyildirlər.

“Diqqətlə öyrənəcək”

Putin əlavə edib ki, Rusiya Moskvanın aldığı cavabı “diqqətlə öyrənəcək” və bundan sonra “özünün gələcək hərəkətlərini müəyyənləşdirəcək”.

Rusiya ABŞ və NATO-ya sözü gedən tələbləri hələ ötən il təqdim edib.

ABŞ və NATO bildirmişdilər ki, bu təkliflərin arasında icrası mümkün olmayanlar var. Bunlardan biri də, məsələn, NATO-ya yeni üzvlərin qəbul edilməməsi tələbidir.

Buna baxmayaraq tərəflər danışıqları davam etdirmək barədə razılığa gəlmişdilər.

Vaşinqton Moskvaya cavabının ictimaiyyət üçün açıqlanmamasını istəmişdi.

Lakin The New York Times qəzeti cavablarla tanış olduğunu iddia edir.

Qəzet yazır ki, cavab məktubunda ABŞ Rusiya ilə qarşılıqlı qaydada hərbi manevrlərin ixtisar olunması və raket və nüvə silahlarının məhudlaşdırılması sahəsində müzakirəyə hazır olduğunu bildirib.

Lavrov: Rusiya Ukrayna ilə müharibə istəmir

Birləşmiş Ştatlar bir daha Rusiyanı Ukrayna ilə sərhədlərdən qoşunlarını geri çəkməyə çağırıb.

ABŞ-ın Moskvadakı səfiri Con Sallivan yanvarın 28-də deyib ki, Vaşinqton indi Ukrayna böhranından çıxmaq üçün diplomatik yolla bağlı yazılı təkliflərinə cavabını gözləyir. O, Amerika və Rusiya diplomatlarının bundan sonra görüşəcəyinə ümidini bildirib.

Sallivan diplomatiyanın irəliyə yeganə yol olduğunu desə də, bunun yalnız Rusiya Ukrayna ilə sərhəddən qüvvələrini çəkəcəyi halda mümkün olduğunu söyləyib.

“Silahı masanın üstünə qoyaraq sülhlə gəlirsizsə, bu təhdid yaradır”, – Sallivan onlayn brifinqdə vurğulayıb.

Belarusun avtoritar lideri, Putinin yaxın müttəfiqi Alyaksandr Luakşenka isə Minskdə deyib ki, Rusiyaya hücum olarsa, Belarus müharibəyə gedəcək, müharibə olarsa, “yüzminlərlə” Rusiya əsgərinə ev sahibliyi edəcək.

Lukaşenka Belarusa birinci hücum olarsa, müharibə edəcəyini vurğulayıb. “İkincisi, Belarus, müttəfiqimiz Rusiyaya birbaşa hücum olacağı halda müharibəyə qatıla bilər”, – o deyib.

Rusiya Belarusun əsas siyasi və maliyyə dəstəkçisidir.

Lukaşenka Belarus vətəndaşlarını başqa bir ölkəyə qarşı müharibəyə göndərməyəcəyini sözlərinə əlavə edib.

***

Xarici işlər naziri Sergey Lavrov Rusiyanın Ukrayna ilə müharibə etməyəcəyini deyir. Amma o, ölkəsinin “gözardı olunan” maraqlarını müdafiə edəcəyini bildirib.

Qərb kəşfiyyatı Rusiyanın Ukrayna ilə sərhədə 100 min əsgər yığdığını deyir. Moskva Ukrayna böhranının azaldılması əvəzində Qərbdən təhlükəsizlik qarantiyaları tələb edir.

Yanvarın 26-da Birləşmiş Ştatlar və NATO Ukraynanı Qərb alyansından birdəfəlik uzaqlaşdırmaqla bağlı Moskvanın tələbini rədd edib. Onların bildirməsinə görə, Şərqi Avropada əsgər və hərbi texnikanın yerləşdirilməsi məsələsi müzakirə olunmur.

Ukraynada mülki işçilərə də hərbi təlim keçirilir
Gözlə

No media source currently available

0:00 0:02:02 0:00

Ancaq Vaşinqton Ukrayna böhranının həlli üçün “ciddi diplomatik yol” qaldığını bildirib, eyni zamanda, Rusiyanı Ukraynanı işğal edəcəyi halda görünməmiş iqtisadi sanksiyalarla hədələyib.

Qərb ölkələri Rusiyanı sərhəd regionları və Belarusdan qoşunları geri çəkməyə çağırıb. Moskva isə öz ərazisində istədiyi yerə əsgər yerləşdirəcəyini deyib.

Putinin özünə qarşı da sanksiyalar qoyula bilər
Gözlə

No media source currently available

0:00 0:02:02 0:00

Mümkün sanksiyalar

ABŞ rəsmiləri mümkün sanksiyalar sırasında Rusiyanı SWIFT qlobal bank transferləri sistemindən çıxarmağı, Rusiyaya yüksək texnologiya məhsulları ixracına geniş qadağa qoymağı istisna etmirlər.

“Əgər Rusiya Federasiyasından asılıdrsa, müharibə olmayacaq”, – Lavrov Rusiya radiostansiyalarına müsahibəsində deyib.

“Biz müharibə istəmirik, amma maraqlarımızın tapdanmasına, gözardı olunmasına da imkan verməyəcəyik”, – Lavrov deyib.

Lavrov bir neçə həftə ABŞ-ın Dövlət katibi Entoni Blinkenlə görüşərək böhranla bağlı yeni danışıqlar aparacağını, Amerikanın təkliflərinə necə cavab veriləcəyinə isə Rusiya Prezidenti Vladimir Putinin qərar verəcəyini deyib.

Onun sözlərinə görə, ABŞ-ın Moskvaya qarşı yeni sanksiyaları iki ölkənin münasibətlərinin kəsilməsinə səbəb olar.

Makron Putinlə danışacaq

Bu ay Qərblə Moskva Avropa şəhərlərində bir neçə görüş keçirsələr də, irəliləyiş əldə olunmayıb.

Fransa Prezidenti Emmanuel Makron yanvarın 28-də Putinlə telefon danışığında Rusiyanın niyyətinə aydınlıq gətirməyə çalışacaq.

Makron Putinin Ukrayna məsələsində “konsultasiya, yaxud konfrontasiya” istədiyini öyrənməyə çalışacaq, Xarici işlər naziri Jan-İv Lö Drayan deyib.


ABŞ Prezidenti Co Bayden isə yanvarın 27-də ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığında ABŞ və müttəfiqlərinin Rusiyanın Ukraynaya mümkün hücumuna “qətiyyətli reaksiya” verəcəyini bir daha vurğulayıb.

Moskva 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edərək ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb. O vaxtdan münaqişədə 13 min 200-dən çox adam öldürülüb.

XS
SM
MD
LG