Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 16:43

Bayden Putinlə görüşdə insan haqlarını qaldıracaq


Vladimir Putin və Co Bayden, 10 mart 2011,
Vladimir Putin və Co Bayden, 10 mart 2011,

ABŞ Prezidenti Co Bayden iyunun 16-da Cenevrədə Rusiya Prezidenti Vladimir Putinlə planlaşdırılan görüşündə insan hüquqları mövzusunu qaldıracaq.

Bu və digər məsələlər Avropaya səfəri öncəsi Baydenin Washington Post-da dərc olunan yazısında yer alıb. Bu andiçmədən sonra Baydenin ölkədən kənara ilk səfəridir.

Səfərdə əsas məqsəd ABŞ müttəfiqləri - G7 ölkələrinin liderləri, NATO və AB dövlət rəsmiləri ilə görüşüb müzakirələr aparmaqdır.

Baydenə görə, səfərin məqsədi "Amerikanın müttəfiqlərinə və tərəfdaşlarına sədaqətini nümayiş etdirmək, eyni zamanda demokratiyanın çətinliklərin öhdəsindən gəlmək və dövrümüzün təhdidlərinə qarşı mübarizə qabiliyyətlərini göstərməkdir".

Baydenə görə, ABŞ güclü dünya lideri olmalıdır. Adlarını çəkdikləri problemlər arasında COVID-19 pandemiyasına qarşı mübarizə, iqlim böhranı, Çin və Rusiya hakimiyyət orqanlarının "zərərli hərəkətləri" də var.

Prezidentə görə ABŞ dəyərlərini bölüşən ölkələrlə - dünya demokratiyası ilə ittifaqda daha güclü olacaq. Bayden NATO sammitində ABŞ-ın İttifaqın bütün ölkələrini qorumaq öhdəliklərini yerinə yetirməyə hazır olduğunu bir daha təsdiqləyəcəyinə söz verib.

"Cenevrədə Vladimir Putinlə görüş, dostlarım, tərəfdaşlarım və müttəfiqlərimlə yüksək səviyyəli müzakirələr apardıqdan sonra baş tutacaq" deyə Bayden yazıb.

Onun sözlərinə görə, ABŞ və müttəfiqləri Rusiyanın Ukraynaya təcavüzü də daxil olmaqla, Avropa təhlükəsizliyinə təhdidləri ilə üzləşməkdə vahiddir.

ABŞ Prezidenti vurğulayır ki, ABŞ Rusiya ilə bir münaqişə axtarmır, əksinə, onunla proqnozlaşdırıla bilən və sabit münasibətlər istəyir, eyni zamanda Moskvanı “zərərli hərəkətlərə” görə cavabdeh edəcək.

"Görüşəndə ABŞ, Avropa və bizə yaxın olan demokratik ölkələrin insan haqlarını və ləyaqətini qorumaq öhdəliyini yenidən vurğulayacağam".

Cenevrə görüşü ABŞ prezidentinin təşəbbüsü ilə təşkil edilib. Kreml bu təklifə uzun müddət cavab verməyib, lakin yenə də zirvənin keçirilməsinə razı olub.

ABŞ bu yaxınlarda Rusiyanın seçkilərə müdaxiləsi, Ukraynadakı hərəkətləri və müxalifət lideri Aleksey Navalnının zəhərlənməsi və təqibinə görə sanksiyaları genişləndirib.

Eyni zamanda Baydenin rəhbərlik etdiyi ABŞ və Rusiya, Strateji Hücum Silahlarının Məhdudlaşdırılması Müqaviləsinin müddətinin uzadılması barədə razılığa gəldilər. ABŞ Şimal Axını 2 qaz kəmərinin inşasına sahib olan və işləyən şirkətlərə qarşı sanksiya tətbiq etməkdən isə imtina edib.

XS
SM
MD
LG