Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:25

Maaş tələb edən fəhlələr şirkətin binasında gecələyirlər (VİDEO)


"AzərİnşaatServis"dən pullarını ala bilməyən fəhlələr yürüş etdi
Gözlə

No media source currently available

0:00 0:04:00 0:00

AzərİnşaatServisdən pullarını ala bilməyən fəhlələrin yürüş etdi

.

Maaş tələb edən fəhlələr gecəni Azərİnşaatın binasında keçirirlər.
Maaş tələb edən fəhlələr gecəni Azərİnşaatın binasında keçirirlər.

FƏHLƏLƏR ŞİRKƏTDƏ GECƏLƏYİRLƏR

“Azərinşaat”ın qarşısına polis və təcili yardım maşınları gəlib. Aksiyaçılardan biri AzadlıqRadiosuna bildirib ki, maaş tələb edən fəhlələr gecəni “Azərinşaat”ın binasında keçirməyi planlaşdırırlar. Bəziləri aclıq aksiyasına da başlamaq istədiyini deyir.

***

Oktyabrın 29-da “Azərinşaat”ın yüzdən çox işçisi idarənin önündə aksiya keçiriblər. Fəhlələr AzadlıqRadiosuna belə bir addım atmasına səbəbini maaşlarının ala bilməmələrilə izah edirlər.

“Aylardı maaş vermirlər. Hamı bir-birinin üstünə atır. Bu deyir gedin ondan alın, o deyir mənloik deyil. İşlədiblər, ancaq pulumuizu vermirlər. Bizimlə müqavilə bağlayıblar, 8 saat işləməli olduğumuz halda 12-14 saat işləmişik. Bazar günü, istirahət günümüz olmayıb. İndi də pulumuzu vermirlər. Başqa heç bir tələbimiz yoxdur, yalnız haqqımızı, maaşımızı istəyirik”, - deyə fəhlələr AzadlıqRadiosunun əməkdaşına bildiriblər.

Buna da bax: 3 aydır əməkhaqqı ala bilməyən fəhlələr

Seymur Əsgərov AzadlıqRadiosuna “Azərinşaat”ın ona 2400 manat borclu olduğunu söyləyir: “4-5 aydır maaş vermirlər. Gəlirik idarəyə aldadırlar, deyirlər 4-cü gün verəcəyik, 4-cü gün gəlirik, deyirlər sabah gəlin. Belə-belə aldadırlar. Bizi işlədənlərin hamısı qaçıb gizlənib”.

Elməddin Ələkbərov AzadlıqRadiosuna dediyinə görə, şirkətin ona 2600 manat verəcəyi var: “Aylardı maaş ala bilmirik. Evə getməyə pulum yoxdur, orda-burda gecələyirəm. Telefonumu satıb yol pulu edirəm”.

Emin Əsədov AzadlıqRadiosuna iyun ayından maaş ala bilmədiyini deyir:

“Gedirik “Azəryol”a şikayətimizi dinləmirlər, deyirlər “Azərinşaat”a gedin. “Azərinaşaat”da “Azəryol”a getməyə məsləhət görürü. Ötür-ötür

edib bizi aldadırlar. Sivil qaydada Prezident Adminisitrasiyasına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gedib problemlərimizi deyəcəyik. Çünki başqa çıxış yolumuz qalmayıb. Hamının banklara borcu var. Hər gün zəng edib pulu tələb edirlrə. Hardan qaytaraq? maaşımızı versələr bu günə düşməzdik”.

Buna da bax:Maaş istəyən fəhlələrin aksiyası

Fəhlələr hazırda “Azərinşaat”ın binasından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yürüş edirlər.

Nazirliyin əməkdaşları bir neçə fəhləni qəbul edərək dinləyib. Onlara bildirilib ki, son zamanlar “Azərinşaat”la bağlı nazirliyi çoxlu sayda şikayətlər daxil olur.
“Bizə dedilər ki, nazir Səlim Müslümov noyabrın 2-də işdə olacaq, 3-də sizi qəbul edəcək”, - deyə fəhlələr AzadlıqRadiosuna bildiriblər.

Bu cavabdan razı qalmayan fəhlələr nazirliyin önündən Prezident Administrasiyasına yürüş ediblər. Ancaq yolda onların qarşısını polislər kəsib.

Polis əməkdaşları fəhlələrə yürüşü dayandırmağı əmr edib, əks halda həbs olunacaqlarını bildiriblər. Sonradan razılaşmaya əsasən bir neçə fəhlə Yasamal rayon polis idarəsinə gedərək rəsilə görüşüblər. Etiraz edən digər fəhlələri isə polislər çağırdığı avtobusa mindirərək yenidən “Azərinşaat”ın binası gediblər.

Burada isə onları Binəqədi rayon polis idarəsinin əməkdaşları qarşılayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları AzadlıqRadiosunun əməkdaşına problemin tezliklə həll olunacağını, fəhlələrin pulunu veriləcəyini deyib.

Buna da bax: Parlament seçkiləri ilə bağlı virtual səsvermə

Fəhlələr isə AzadlıqRadiosuna maaşlarını ala bilmədikləri təqdirdə yenə etirazlar edəcəklərini söyləyiblər:

“Biz sivil qayda da etiraz edirik. Tələbimiz yalnız maaşlarımızın verilməsidir. Başqa heç bir istəyimiz yoxdur. 5 aydır maaş ala bilmirik. Şirkətin hər fəhləyə 2 min manatdan çox borcu var”.

Fəhlələr aksiyalarını davamlı keçirməkdə, hətta gecəni “Azərinşaatservis”in binası qarşısında keçirəcəklərini bildirirlər.

Maaşlarını ala bilməyən fəhlələr müxtəlif vaxtlarda etiraz aksiyaları keçiriblər. Sonuncu aksiyları oktyabrın 13-də AzərYolServisin qarşısında idi. Həmin vaxt AzərYolSevrisin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli AzadlıqRadiosuna demişdi ki, onlar sadəcə sifarişçidir və bu sifarişlərə uyğun olaraq müəyyən layihələr həyata keçirir:

“Azərinşaatservis” də podratçı şirkət olaraq bizim müəyyən sifarişlərimizi yerinə yetirir. Biz isə bu sifarişlərə uyğun olaraq “Azərinşaatservis”ə vaxtında ödənişlər eləmişik və burda heç bir problem yoxdur.

Buna görə də “Azərinşaatservis”in işçilərinin maaaş ala bilməməsi bizimlə bağlı deyil. Amma buna baxmayaraq həmin şirkətin işçiləri bizim idarə tərəfindən qəbul olundu, onlara müəyyən kömək vəd edildi və biz tərəfdən bu barədə aidiyəti qurumlara məlumat veriləcək”.

XS
SM
MD
LG