Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:21

Azadlıq Radiosunun prezidenti saytın bloklanmasını pislədi


ilustrasiya
ilustrasiya

Azərbaycandakı iri internet provayderlərindən biri, ölkə üçün əsas müstəqil informasiya mənbəyi olan Azadlıq Radiosu Azərbaycan xidmətinin saytına girişi bağlayır.

Azad Avropa Azadlıq Radiosu korparasiyasının yaydığı bəyanatda belə deyilir: "Belə görünür ki, saytın “Delta Telecom” provayder şirkəti tərəfindən bağlanmasına martın 27-dən başlanıb. "Freedom House" təşkilatının məlumatına görə, “Delta Telecom” Azərbaycan hökumətindən lisenziya almış və beynəlxalq internet trafikinə qoşulan 2 provayderdən biridir".

Bəyanat deyilir ki, AzadlıqRadiosu ilə yanaşı müstəqil kütləvi informasiya vasitələri olan “Meydan TV" və “Azadlıq qəzeti” də eyni problemlə üzləşib.

Azad Avropa və Azadlıq Radiosu korparasiyasının prezidenti Thomas Kent bu addımı pisləyir, bunu Azərbaycan hökumətinin hakimiyyətdən açıq-aşkar sui-istifadə edərək AzadlıqRadiosunun Azərbaycanda yerli auditoriyaya müstəqil informasiya çatdırmasına mane olmaq cəhdi kimi qiymətləndirir.

Bəyanatda qeyd edilir ki, Azərbaycan, 2016-cı il üçün "Freedom House" təşkilatının söz azadlığı ilə bağlı hesabatında azad olmayan ölkələr sırasındadır, bu ölkədə jurnalistlər daima saxlanılır və dövlət məmurları tərəfindən təqib olunurlar.

Bəyanatın sonunda deyilir ki, AzadlıqRadiosunun Azərbaycan xidməti Praqadakı iqamətgahından özünün veb-saytında məlumatlar yaymaqda davam edir və hökumətinin nəzarətində olan mətbuata vacib alternativ olaraq qalır.

Azərbaycan hökumət rəsmiləri AzadlıqRadiosuna müsahibələrində sözügedən saytlara ölkə daxilində hansısa maneə yaradılmadığını bildiriblər.

XS
SM
MD
LG