Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:43

Xocalı faciəsinə görə 31 nəfər axtarışdadır


Respublika Hərbi prokuroru Xanlar Vəliyev
Respublika Hərbi prokuroru Xanlar Vəliyev

Xocalı faciəsilə bağlı istintaq davam edir. Bu vaxta qədər qırğının törədilməsinə rəhbərlik edən və iştirakçı olan 31 nəfər barədə təqsirləndirilən şəxs qismində qərar qəbul edilib. Bu haqda məlumat verən Respublika Hərbi prokuroru Xanlar Vəliyev deyib ki, hadisəylə bağlı daha bir neçə şəxsə də ittiham elan olunacaq: «Qərar icra üçün «İnterpol»a göndərilib. Bundan başqa, son vaxtlar aparılmış istintaq nəticəsində biz yaxın vaxtlarda bir neçə şəxsin də ittiham olunmaları barədə qərar qəbul edəcəyik».


Haqlarında axtarış elan olunanların kimliyinə gəldikdəsə, Xanlar Vəliyev deyib ki, onlar hadisə vaxtı Dağlıq Qarabağda yaşamış Azərbaycan vətəndaşları, Ermənistan və müxtəlif ölkələrin vətəndaşları olan şəxslər, Dağlıq Qarabağda xidmət etmiş hərbçilərdir.


Hərbi prokuror Xocalı hadisələrində ittiham olunanlar arasında Ermənistanın keçmiş və indiki prezidentlərinin adlarının olmadığını bildirib.


1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhəri MDB-nin 366-cı motoatıcı polkunun hərbçiləri və erməni silahlı birləşmələri tərəfindən işğal olunub. Hadisə vaxtı 600-dən çox adam qətlə yetirilib. Onların arasında uşaqlar, qadınlar və qocalar da olub.


XS
SM
MD
LG