Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:26

Meyniman kəndinin sakinləri də etiraz edir


Sabirabad sakinləri də ötən il Prezident Administrasiyasına yürüş etmişdilər, 31 avqust 2010
Sabirabad sakinləri də ötən il Prezident Administrasiyasına yürüş etmişdilər, 31 avqust 2010
Ötən il su basmış Hacıqabul rayonu Meyniman kəndinin 30-a yaxın sakini Prezident Administrasiyasının qarşısına toplaşıb. Onlar kompensasiya ödənilməsini tələb edirlər.

Kənd sakinləri bundan əvvəl də bir dəfə Prezident Administrasiyasında olublar. Onlar kəndə qayıdandan sonra rayon rəhbərliyi tərəfindən təzyiqə məruz qaldıqlarını bildirirlər.

Şikayətçilər AzadlıqRadiosunun müxbirinə deyiblər ki, bu dəfə kənddən gizlin gəliblər:

«Bilsəydilər, mane olardılar».

Meyniman kəndi də ötən il Kür daşqınlarının təsirinə məruz qalıb.

Sakinlər kompensasiyaların verilməməsindən və ya az verilməsindən, bəzi evlərin tikintisinin dayandırılmasından, ziyan dəyən evlərin bərpa olunmamasından şikayət edirlər.
XS
SM
MD
LG