Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:26

Jurnalistləri Müdafiə Komitəsi Seymur Həziyevin döyülməsini pisləyib


Nina Ognianova
Nina Ognianova
ABŞ-da yerləşən Jurnalistləri Müdafiə Komitəsi «Azadlıq» qəzetinin müxbiri Seymur Həziyevin oğurlanaraq döyülməsini pisləyib.

Təşkilat martın 28-də yaydığı məlumatda Azərbaycan hakimiyyətini bu olayı incəliyinə qədər araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırıb.

Təşkilatın Avropa və Orta Asiya üzrə proqram koordinatoru Nina Ognianova deyir ki, S.Həziyevə olan hücum kobud hüquq pozuntusudur:

«Azərbaycan hakimiyyətini çağırırıq ki, bu olayı dərindən araşdırıb nəticəni ədalət mühakiməsinə versin».

O qeyd edib ki, «Azadlıq» qəzeti üzün müddətdir ki, müxalif xəttinə görə hədəfdə olub:

«Hakimiyyət jurnalistlərin qorxusuz işləməsi üçün lazımi şəraiti təmin etməlidir».

Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynov quruma bildirib ki, S. Həziyevə olan hücumun səbəbi onun hakimiyyəti, xüsusilə prezident İlham Əliyevi tənqid edən yazılarıdır.

Jurnalistləri Müdafiə Komitəsi bəyanatında bildirir ki, «Azadlıq» qəzetinin bir çox əməkdaşı ayrı-ayrı vaxtlarda psixoloji və fiziki hədə-qorxulara tuş gəlib, öz fəaliyyətlərinə görə həbs olunub.

S. Həziyev martın 25-də işdən çıxarkən yolda maskalı şəxslər tərəfindən oğurlanıb və döyülüb.
XS
SM
MD
LG