Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:22

Dünya yapon məhsullarından imtina edir


Ərzaq Yaponiya ixracatının 1 faizini təşkil edir
Ərzaq Yaponiya ixracatının 1 faizini təşkil edir
ABŞ Yaponiyanın radiasiyaya məruz qalan ərazisindən ərzaq idxalını məhdudlaşdıran ilk ölkə oldu. Bu ərzaqlar süd məhsulları, tərəvəz və meyvədir.

Dünya Bankının məlumatına əsasən, ərzaq Yaponiya ixracatının 1 faizini təşkil edir.
ABŞ-dan başqa da bir neçə ölkə ya yapon ərzaqlarını yoxlayır, ya da idxalını dayandırır.

Tailand Yaponiyanın radiasiya ilə çirklənən ərazisindən gətirilən bütün məhsulları testdən keçirəcək. Bunu Tailandın Ərzaq və Dərman Administrasiyasının rəhbəri Pipat Yingsaree martın 23-də bildirib. O deyib ki, hökumət ət, süd və dəniz məhsulları, dəniz yosunları olan ixracatı ya ləğv edəcək, ya da ən azı idxal həcmini azaldacaq.

Sinqapur zədələnmiş Atom Elektrik Stansiyası yaxınlığındakı ərazidən gətirilən məhsul idxalını təxirə salıb. Bu barədə rəsmi dövlət agentliyi məlumat verir.

Sinqapurun Kənd Təsərrüfatı Məhsulları və Baytarlıq Təşkilatı deyir ki, idxal qadağası Yaponiyanın dörd vilayəti - Fukusima, İbaraki, Toçiqi and Qunmadan gətirilən ət, süd, yağ, tərəvəz və dəniz məhsullarını əhatə edir.

Avstraliya hökuməti də radiasiya ilə çirklənmiş ərazilərdən idxalı məhdudlaşdırmağa hazırlaşır.

Kanada Yaponiyanın dörd vilayətindən ərzaq idxalına nəzarəti gücləndirəcək ki, bu ərzaqlarda radiasiya var, ya yox.

«Süd, meyvə və tərəvəzin təhlükəsizliyinə zəmanət verən sənədləri də ərzaq ölkəyə daxil olmamışdan tələb edəcəyik», - Kanada Ərzaq Nəzarəti Agentliyi bildirib.

Tayvan Yaponiya sularından qayıtmış qayıqlardakı bütün tutulmuş balıqları yoxlayacaq
Almaniya da Yaponiya ərzağını yoxlamağa başlayıb ki, onun təhlükəsizliyinə əmin olsun. Almaniya Kənd Təsərrüfatı və İstehlakçıların Müdafiəsi Nazirliyi bildirib ki, HƏLƏLİK ŞÜBHƏLİ MƏHSUL AŞKAR OLUNMAYIB.

O cümlədən Fransa da bütün yapon ərzaqlarını testdən keçirir.

Britaniya deyir ki, radioaktiv maddələrin tapılması ehtimalı ilə Yaponiya idxalını yoxlayır, amma hələ ki, bir şey tapılmayıb.

Niderland isə yapon məhsullarını elə aeroportdaca yoxladır.

Çin də bu ərzaqda radiasiya izi axtarır.

Honq-Konq isə turp və ispanaqda çirklənmənin limiti 10 dəfə ötməsindən sonra Yaponiya idxalına qadağa qoyub.

Malayziya Yaponiyadan gələn bütün malları yoxlayır. Səhiyyə Nazirliyi deyir ki, monitorinq hər gün aparılır və hələ ki, qadağa planı yoxdur.

Cənubi Koreya və Filippin də qadağa qoymayıb, amma artıq məhsulların yoxlanmasına başlayıb.

Tayvan Balıqçılıq Agentliyi yerli balıqçılara məsləhət görüb ki, Fukusima yaxınlığındakı yapon sularında balıq tutmasınlar.

Agentlik Yaponiya sularından qayıtmış qayıqlardakı bütün tutulmuş balıqları yoxlayacaq və hər hansında radiasiya aşkar olunarsa, onu məhv edəcək.

/«Reuters»in materialları əsasında hazırladı: Səadət Akifqızı/
XS
SM
MD
LG