Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:24

Xankəndidə hərəyə 200 qram çörək


Xankəndi arxiv foto
Xankəndi arxiv foto

"Ona dedilər ki, növbə ona çatanadək çörək qalmaz"

Xankəndidə çörək 3 gündür ki, talonla satılır. Hərəyə gündəlik 200 qram çörək verilir- təxminən yarım çörək. Bu barədə AzadlıqRadiosunun erməni xidməti məlumat verir.

Bildirilir ki, çörək sexlərinin önündə uzun növbələri tənzimləmək və hamıya çörək çatması üçün sentyabrın 5-dən çörək talonla verilir.

AzadlıqRadiosu erməni xidmətinin söhbətləşdiyi sakinlərdən biri deyir:

"Yarım çörək sadəcə ələsalmaqdır."

Başqa bir sakin deyir: “Evdə 8 nəfərdən 4 -ü kişidir. Bu 4 kişinin hərəsinə yarım çörək çatmaz."

Digər sakin Viktoriya Petrosyan əlindəki 3 çörəyi göstərib deyir ki, o, çörəkləri uzun gözləmədən sonra gecə 3-ün yarısı götürə bilib.

“Çörək sexinin qabağında bir nəfər vardı, uzaqdan gəlmişdi ki, çörək götürsün. Ona dedilər ki, növbə ona çatanadək çörək qalmaz”

Buğda tapılmır

Erməni xidməti yazır ki, Qarabağdakı separatçı rejim çörək çatışmazlığı probleminin olduğunu deyib və kəndlilərdən buğda toplamasını istəyib. Ancaq kəndlilərin də buğdası yoxdur, məhsul toplaya bilməyiblər.

Bildirilir ki, Xankəndidə bütün uşaq bağçaları yemək çatışmazlığından bağlanıb.

Qarabağ separatçıları bölgədə ağır humanitar böhran yaşandığını bildirirlər.

Azərbaycan Ağdam yolu ilə Xankəndiyə 40 ton un göndərməyə çalışsa da, separatçılar bundan imtina edirlər.

Onlar Yerevandan göndərilən humanitar yardımın Laçın dəhlizi ilə çatdırılmasını tələb edirlər.

Azərbaycan isə onunla razılaşdırılmayan heç bir yükü bölgəyə buraxmayacağını deyir.

XS
SM
MD
LG