Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:43

Astarada bağlanan müəssisələrlə bağlı: 'Açılış etdilər, alqış dedilər...'


Prezident İlham Əliyev "Astaraçay" MMC-nin çay emalı fabrikində yaradılan şəraitlə tanış olur. 2015
Prezident İlham Əliyev "Astaraçay" MMC-nin çay emalı fabrikində yaradılan şəraitlə tanış olur. 2015

Astara rayonunda bağlanan və qismən fəaliyyətsiz qalan müəssisələr var. Bu rayonunun Ərçivan qəsəbəsinin ərazisində yerləşən "FAR-EL" MMC-nin son 10 ildə bir neçə obyekti bağlanıb. Bunlar un istehsal edən dəyirman, su qablaşdıran, çörək bişirən sexlər və yanacaqdoldurma məntəqəsidir.

"Cərimələr məni boğaza yığdı"

Cəmiyyətin sədri Rafiq Cəfərov həmin iş yerlərinin bağlanmasının səbəbini belə izah edir: "Cərimələr, başqa istəklər məni boğaza yığdı. Sanki narkotik satırdım. İndi ancaq əkin sahələrim var".

Rayonun Maşxan kəndində tomat zavodu var. Amma indi onun tam gücü ilə işləmədiyi söylənir. Müəssisənin rəhbərliyi ilə isə danışmaq cəhdləri nəticə vermir. "Kəndin onlarla sakini burada çalışırdı. Mən də burada işləyirdim. İş yaxşı gedirdi, maaş alırdıq. Amma nəsə maliyyə məsələləri üzündən problemlər oldu. Heyf, indi işsiz qalmışam. Kəndin cavanları Qaradağa daş vurmağa gedirlər. Haradadır iş!", - adının çəkilməsini istəməyən bir kənd sakini söyləyir.

Maşxan kəndində daha bir müəssisə - kərpic zavodu yerləşir. Rəsmi məlumatlara görə, bu zavodu işə salmaq üçün 2007-ci ildə Sahibkarlığın İnkişafına Kömək Milli Fondu 200 min manat kredit də ayırıb. Amma yerli sakinlərin iddiasına görə, bu müəssisə də indi tam gücü ilə işləmir. Bu müəssisənin rəhbərliyi ilə də danışmaq mümkün olmayıb.

Dörd çay fabrikindən biri...

Rayonun ərazisində dörd çay fabriki var. Onlardan da birinin fəaliyyətinin dayandığı bildirilir. Qalan çay fabriklərinin də tam gücü ilə işləmədikləri söylənir.

Yerli rəsmilər baş verənlərin səbəblərini sahibkarlardan soruşmağı məsləhət bilirlər. Sahibkarlar isə mətbuata danışmağa üstünlük vermirlər.

"Rayonda 542 müəssisə qeydə alınıb"

İctimai fəal Asən Həşimli də deyir ki, rayonun ərazisində "ölü" müəssisələr çoxdur: "Rayonda ildə uzaqbaşı min tona yaxın yaşıl çay yarpağı istehsal olunur. Bu fabriklərin hər birinin gücü isə ildə üç-dörd min tondur. Son illərdə rayonda bir neçə dəyirman tikdilər. Açılış etdilər, alqışlar dedilər. Onların eləsi var ki, açılışdan sonra işi dayandı. Ölü müəssislərdir. Məsələn, rəsmi məlumata görə rayonda 542 müəssisə qeydə alınıb. Bunun 92-si dövlətin, 450-si isə xüsusi mülkiyyətdir. Bu qədər müəssisə varsa, nə üçün işsizlik baş alıb gedir? Nə üçün iş axtarmaq üçün Bakı şəhərinə üz tuturlar?".

XS
SM
MD
LG