Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:47

Aİ Ermənistana mülki missiyanı təsdiq edib [Bakının cavabı]


Aİ müşahidəçiləri Ermənistan-Azərbaycan sərhədində.
Aİ müşahidəçiləri Ermənistan-Azərbaycan sərhədində.

Bakının Aİ-nin qərarına cavabı

"Avropa İttifaqı missiyasının Ermənistanda yerləşməsinin müvafiq qaydada Azərbaycanın legitim maraqlarını nəzərə alması, habelə Aİ tərəfindən bu missiyanın fəaliyyətinin qarşılıqlı inam və etimadı sarsıtmayacaq şəkildə həyata keçirilməsi təmin edilməlidir". Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti bildirir.

Açıqlamada xatırlanır ki, Aİ-nin Ermənistan ərazisində monitorinq fəaliyyəti ötən il oktyabrın 6-da Azərbaycan, Ermənistan, Fransa liderləri və Aİ Şurasının sədri arasında Praqa görüşündə əldə olunmuş razılaşmadan irəli gələrək mülki monitorinq missiyasının yerləşməsi ilə başlayıb: "Azərbaycan normallaşma prosesinə kömək göstərəcəyinə inanaraq bu fəaliyyətin həyata keçirilməsinə razılıq verib".

Bildirilir ki, o vaxt "İki aylıq missiyanın dəqiq müəyyən edilmiş parametrlərinin və məqsədlərinin yüksək səviyyədə razılaşdırılmasına baxmayaraq, bəzi Aİ üzv dövlətlərinin qərəzli yanaşma sərgiləməsindən sonra monitorinq missiyasının fəaliyyətinin Praqada əldə olunmuş razılaşmalarla ciddi ziddiyyət təşkil etdiyi üzə çıxıb... Beləliklə, Aİ missiyasının normallaşma gündəliyinin irəli aparılmasına töhfə verəcəyi ilə bağlı ilkin gözləntilər sarsıldı".

Açıqlamanın sonunda vurğulanır ki, "Aİ missiyasının mövcudluğunun hazırkı dialoq mexanizmlərinə qarşı sui-istifadəsi təhlükəlidir və bundan çəkinilməlidir".

Ermənistan-Azərbaycan sərhədinə yerləşdiriləcək müşahidəçilərdən Gürcüstanda da var. Effektivdirmi?
Gözlə

No media source currently available

0:00 0:02:13 0:00

+++

Avropa İttifaqının Şurası yanvarın 23-də Ermənistan ərazisində mülki missiyanın yaradılmasını razılaşdırıb.

Aİ Şurasının internet saytında dərc olunmuş məlumatda bu barədə deyilir:

"Missiyadan məqsəd Ermənistanın sərhəd bölgələrində stabilliyin bərqərar edilməsinə töhfə vermək, yerli etimadı gücləndirmək və elə bir atmosfer yaratmaqdır ki, Aİ-nin Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması səylərinə dəstək olsun”.

Bəyanatda vurğulanır ki, bu missiyanın yaradılması həm də Avropa İttifaqının Cənubi Qafqazdakı fəaliyyətinin yeni erasından xəbər verir.

Avropa İttifaqı xarici siyasət idarəsinin rəhbəri Jozep Borrel (Josep Borrell) deyib ki, Aİ bu regionda gərginliyin azaldılması və davamlı sülhün bərqərar edilməsi məqsədilə hər iki tərəflə (Azərbaycan və Ermənsitan-red) birgə işləməkdə davam edəcək.

İkiillik mandat

Məlumatda deyilir ki, missiya Ermənistanın ricasına cavab olaraq rutin patrul keşiyi çəkəcək, vəziyyət barədə məruzələr hazırlayacaq.

Missiya bundan başqa həm də Avropa Şurasının prezidenti Şarl Mişelin (Charles Michell) rəhbəlik etdiyi proses çərçivəsində vasitəçilik səylərinə töhfə verəcək.

Bu da bildirilir ki, missiyaya ikillik mandan verilir və onun qərargahı Ermənistanda yerləşəcək.

Aİ-nin məlumatında deyilir ki, Avropa İttifaqı Xarici Fəaliyyət Xidmətinin mülki proqramlar departamentinin başçısı Stefano Tomat missiyanın mülki əməliyyatlarının komandanı təyin edilib.

Missiyanın Ermənistandakı başçısının adı yaxın gələcəkdə açıqlanacaq.

XS
SM
MD
LG