Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:29

Latviyanın müdafiə naziri: "Avropa Rusiyanın mümkün nüvə zərbəsinə cavab verəcək"


Latviyanın müdafiə naziri Artis Pubriks
Latviyanın müdafiə naziri Artis Pubriks

Nazir hesab edir ki, gələcəkdə Avropa ölkələri arasında müttəfiqlik və əməkdaşlığı indi Kiyevə aydın mövqe və yardım müəyyən edəcək.

Latviya Rusiyaya ilə mübarizədə Ukraynaya hərbi-texniki yardım göstərməyən ölkələri pisləyir.

Bunu Azadlıq Radiosunun Nastoyaçie Vremya TV layihəsinə eksklüziv müsahibəsində Latviyanın müdafiə naziri Artis Pubriks deyib.

O hesab edir ki, gələcəkdə Avropa ölkələri arasında müttəfiqlik və əməkdaşlığı indi Kiyevə aydın mövqe və yardım müəyyən edəcək.

Pabriks, xüsusilə, Ukraynanın bu müharibədə qələbəsinə inanmayan ölkələri Avropa Birliyi və NATO ideallarına xəyanət etməkdə ittiham edib.O hesab edir ki, Ukrayna artıq bu müharibədə mənəvi və psixoloji cəhətdən qalib gəlib, qəti qələbə isə artıq texniki məsələdir.

Nazir Rusiya prezidenti Putinin nüvə silahından istifadə ehtimalına da toxunub, deyib ki, Rusiya Ukraynaya qarşı nüvə silahından istifadə etmək qərarına gəlsə belə, Qərb ona bu mübarizədə yardımları dayandırmayacaq. Pabriks qeyd edib ki, Avropa ölkələri Rusiyanın belə mümkün zərbəsinə cavab verəcək.

Artis Pubriks bu müsahibəni Təhlükəsizlik və Xarici Siyasət üzrə illik Riqa Konfransı çərçivəsində verib. Bu ilki konfransın əsas mövzusu Ukrayna məsələsi olub.

Konfransda regional və ümumavropa səviyyəsində strateji əməkdaşlıq, NATO-nun yeni strateji konsepsiyası, Rusiya və digər ölkələrdən gələn hibrid təhlükə, eləcə də iqtisadi sanksiyalar müzakirə olunur.

XS
SM
MD
LG