Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:47

Ursula von der Leyen: ‘Sanksiyalar qalacaq. Putin uduzacaq...’


Ursula von der Leyen
Ursula von der Leyen

Bunu sentyabrın 14-də Strasburqda Avropa Parlamentində çıxış edən Avropa Komissiyasının prezidenti Ursula von der Leyen deyib

Rusiya onun üzərinə Ukraynaya müdaxiləyə görə qoyulmuş Avropa İttifaqı sanksiyalarının yaxın gələcəkdə qaldırılacağına ümid etməməlidir.

Bunu sentyabrın 14-də Strasburqda Avropa Parlamentində çıxış edən Avropa Komissiyasının prezidenti Ursula von der Leyen deyib.

"Sanksiyalar qalacaq. Bu, Putinin seçdiyi ölüm və qırğın yolunun bədəlidir. Putin uduzacaq, Avropa qalib gələcək”.

O habelə vurğulayıb ki, Avropa müharibənin ilk günündən Ukraynanın tərəfində olub və ona dəstəyini gələcəkdə də davam etdirəcək.

Avrokomissiya rəhbəri bildirib ki, Aİ ölkələri artıq indiyədək Ukraynaya silah-sursat nəzərə alınmadan toplam 19 milyard avroluq yardım göstərib.

Von der Leyen habelə sentyabrın 14-də Kiyevə səfər edəcəyini deyib.

Rusiya təkcə Ukrayna ilə müharibə etmir

Avropa deputatlarına müraciətində Von der Leyen habelə Rusiyadan qaz idxalının azalması ilə bağlı yaranmış enerji böhranı şəraitində Aİ ölkələri sakinlərinin maliyyə yükünün yüngülləşdirilməsi üçün təbdibrlər paketini ehtiva edən qanun layihəsini təklif edib.

Avropada təbii qazın qiymətləri ötən illə müqayisədə hazırda 10 dəfə artıb.

Qanun layihəsinə görə qazdan elektrik enerjisi istehsal etməyən şirkətlər izafi gəlirlərini hər meqavat/saat üçün 180 avro hesabından dövlətin büdcəsinə ödəməlidirlər.

Von der Leyenin sözlərinə görə təklif edilən qanun layihəsi Avropa İttifaqına enerji böhranının neqativ təsirlərinin azaldılması üçün 140 milyard avrodan çox gəlir gətirəcək:

"Rusiya müharibəni təkcə Ukraynaya qarşı başlamayıb. Bu həm də bizim energetikamıza qarşı, iqtisadiyyatımıza qarşı, dəyərlərimiz və gələcəyimizə qarşı müharibədir. Bu qarşıdurmada Aİ-nin 27 üzv ölkəsindən dözüm və birlik tələb olunacaq”.

Qiymət problemi

Bundan əvvəl Avropa Komissiyası Rusiyadan alınan qazın qiymətinə məhdudiyyət qoyulmasının iki variantını təklif etmişdi.

Buna baxmayaraq Aİ ölkələri Rusiya qazına maksimum qiymət həddi qoyulması məsələsində razılığa gələ bilməyiblər.

Artıq ötən may ayında Rusiyadan idxal olunan qazın həcmi sutkada 250 milyon kubmetrə düşmüşdü. İyul ayında isə azalma tarixi rekord minimuma – 80 milyon kubmetrə düşüb.

Avqustun 31-də Rusiyanın Gazprom şirkəti Avropaya Şimal Axını 1 kəməri ilə qazın verilməsini dayandırıb.

Moskva bildirmişdi ki, texniki səbəblərə görə yaranmış bu fasilə üç gün davam edəcək. Lakin qazın verilməsi hələ də bərpa olunmayıb.

Kəmərin təmirə dayanmasına dair xəbərlərdən sonra Avropada qazın qiyməti hər 1000 kubmetr üçün 3 min dollara qalxıb.

Bu, öz növbəsində bir sıra Avropa ölkələrində etirazlara səbəb olub.

Buna baxmayaraq Aİ ölkələri Rusiya qazına maksimum

XS
SM
MD
LG