Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:32

Əvəz Zeynallı barədə qərar dəyişmədi


Ev və ofisində axtarış aparılan vəkil Elçin Sadıqov: Mən heç bir şey etməmişəm, hamısı uydurmadır
Gözlə

No media source currently available

0:00 0:00:45 0:00

Ev və ofisində axtarış aparılan vəkil Elçin Sadıqov: Mən heç bir şey etməmişəm, hamısı uydurmadır

Bu gün, sentyabrın 13-də "Xural TV"nin rəhbəri Əvəz Zeynallının həbsindən verilmiş apellyasiya şikayəti və həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatət təmin olunmayıb.

Vəkil Aqil Layıc bildirib ki, Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə Ə.Zeynallı özünü təqsirli bilməyib və həbsini jurnalistika fəaliyyəti ilə əlaqələndirib: "Əvəz Zeynallı bildirdi ki, bu, 2011-ci ildə baş vermiş ssenarinin yeni versiyasıdır. O, hazırda ona edilən təqibi azad sözə, jurnalistik fəaliyyətinə müdaxilə kimi qiymətləndirir". (2011-ci ildə də jurnalist rüşvət iddiası ilə həbs edilib)

Vəkil qeyd edib ki, jurnalist Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanılır: "Şəraitindən çox razıdır. Həm qidanın, həm həkim müayinəsinin yüksək səviyyədə olduğunu bildirir. Ona hər hansı təzyiq yoxdur".

Dunya Miyatoviç Sadıqov və Zeynallının dərhal azad olunmasına çağırıb

“Ötən şənbə günü Bakıda insan haqları müdafiəçisi Elçin Sadıqovun və onun müdafiə etdiyi jurnalist Əvəz Zeynallının həbs olunması Azərbaycanda vətəndaş cəmiyyəti fəallarının və müstəqil media peşəkarlarının üzləşdiyi düşmən mühiti bir daha nümayiş etdirir”.

Bunu sentyabrın 13-də yaydığı bəyanatda Avropa Şurasının insan haqları komissarı Dunya Miyatoviç bildirir:

“Cənab Sadıqov tanınmış insan haqları müdafiəçisi və mənim ofisimin partnyoru kimi Azərbaycanda onlarca fəalı, müstəqil jurnalisti və müxalifət fiqurlarını çox illər ərzində cəsarətlə müdafiə edib. Təəssüf ki, o, Azərbaycandakı bir çox başqa fəallar kimi gördüyü qanuni insan haqları müdafiəsi işinə görə davamlı təhdid və qısnamalara hədəf olub. Cənab Zeynallı isə əvvəllər də özzünün tənqidi mövqeyinə görə təhdidlərə və hüquqi təqiblərə məruz qalmış müstəqil jurnalist kimi tanınır”

Xanım Miyatoviç vurğulayır ki, Sadıqov və Zeynallının elə saxlandıqları gün mühakimə edilməsi Avropa standartlarına uyğunluq mənasında ciddi suallar doğurur.

İnsan haqları komissarı bildirir ki, məhkəmə bağlı qapılar arxasında və elementar prosedur qarantiyaları olmadan keçirilib və bu səbəbdən mühakimənin və hökmün obyektivliyi şübhələr yaradır.

Bəyanatda deyilir ki, Sadıqovun həbsindən əvvəl onun evində axtarış aparılıb və məxfiliyi peşə imtiyazı qanunu ilə qorunmalı olan məxfi informasiyalar müsadirə edilib.

Xanım Miyatoviç vurğulayır ki, bu hərəkətlər Azərbaycanda insan haqları vəkilləri və müdafiəçiləri üzərinə dəhşətli təzyiqlərin təsirini daha da artıracaqdır:

“Mən Azərbaycan hakimiyyətini cənab Sadıqovun və cənab Zeynallının dərhal azad edilməsinə və onların hüquq və azadlıqlarına tam ehtiram göstərilməsinə çağırıram. Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələrinin və müstəqil jurnalistlərin təhdid və təqibinə dərhal son qoyulmalıdır. İnsan haqları müdafiəçilərinin və media peşəkarlarının öz işlərini təhlükəsiz və azad şəkildə aparmasını təmin etmək hakimiyyətin vəzifəsi olmalıdır”.

Dövlət Departamenti Zeynallı və Sadıqovun həbsini diqqətlə izləyir

"Biz Azərbaycanı öz vətəndaşlarının, o cümlədən Əvəz Zeynallının, Elçin Sadıqovun hüquqlarını, əsas azadlıqlarını Azərbaycanın öz Konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq qorumağa çağırırıq", - Dövlət Departamentinin rəsmisi "Turan"ın Vaşinqtondakı müxbirinə bildirib.

Baş Prokurorluq jurnalist və vəkilin həbsi ilə bağlı açıqlama yayıb

Baş Prokurorluq sentyabrın 11-də həbs edilən jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqovla bağlı məlumat yayıb.

İddiaya görə, "Xural Yayınları" MMC-nin baş direktoru Ə.Zeynallının vəkil E.Sadıqovun vasitəçiliyi ilə "Baku Steel Company" şirkətinin sabiq sədri, həbsdə olan Rasim Məmmədovun yaxınlarından 20 min manat almasına şübhələr yaranıb. İstintaqın versiyasına görə, bunun müqabilində R.Məmmədov haqqında təhqiredici məlumatlar yaymamaq, müsbət imic formalaşdırmaq üçün verilişlər hazırlamaq vəd olunub.

Baş Prokurorluğun İstintaq İdarəsində "külli miqdarda rüşvət alma" və "külli miqdarda rüşvət almaqda köməkçilik" maddələri ilə cinayət işi başlanıb.

Jurnalist Ə.Zeynallı və E.Sadqov bu ittihamları bundan əvvəl yalanlayıblar. Onlar ittihamları uydurma adlandırıblar.

Əvəz Zeynallı və Elçin Sadıqovovun hüquqlarını müdafiə komitəsi yaradıldı
Gözlə

No media source currently available

0:00 0:02:39 0:00

Zeynallı və Sadıqov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib

Sentyabrən 11-də Binəqədi rayon Məhkəməsində vəkil Elçin Sadıqov və "Xural TV" internet televiziyasının rəhbəri Əvəz Zeynallı haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib. Hər iki qərarı hakim Fərid Əmirəliyev çıxarıb. Lakin məhkəmə prosesləri ayrı-ayrılıqda keçirilib.

Hər ikisinin vəkilləri AzadlıqRasiosu-na bildirib ki, həbs qərarından apellyasiya şikayəti veriləcək.

***

"Xural TV"nin rəhbəri Əvəz Zeynallı artıq təqsirləndirilən şəxs statusundafır. Ona qarşı CM-in 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsilə ittiham irəli sürülüb.

Zeynallının vəkili Aqil Layıc AzadlıqRadiosu-na bildirib ki, müvəkkili özünü təqsirli bilmir və istintaq hərəkətlərində iştirakdan - ifadə verməkdən imtina edib.

Zeynallının istintaq dövründə həbsdə saxlanması üçün yaxın saatlarda Binəqədi rayon Məhkəməsində prokurorun təqdimatına baxılacaq.
Bu məsələ ilə əlaqədar istintaqa cəlb olunan vəkil Elçin Sadıqov da hazırda Baş Prokurorluğun İstintaq İdarəsindədir.

***

Bu gün, sentyabrın 10-da “Xural” saytının rəhbəri Əvəz Zeynallını Baş Prokurorluğun əməkdaşlarının saxladığı bildirilir.

Bu barədə fəal İlkin Rüstəmzadə özünün facebook səhifəsində məlumat verib.

Onun sözlərinə görə, Ə.Zeynallı onun yanında saxlanılıb:

"Kafedə bir yerdə idik. Gəlib apardılar. Təqdim etdikləri kağıza görə, Əvəz bəy Cinayət Məcəlləsinin 311-ci maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb".

Cinayət Məcəlləsinin 311-ci maddəsində söhbət rüşvət almadan (passiv rüşvətxorluq) gedir.

Cinayət Məcəlləsinin 311-ci maddəsində  söhbət rüşvət almadan (passiv rüşvətxorluq) gedir. 

Bir qədər sonra Əvəz Zeynallının saxlanmasını onun xanımı Məlahət Zeynallı da təsdiq edib.

O da deyib ki, yoldaşı cinayət məcəlləsinin 311-ci maddəsi ilə ittiham edilir və amma ittihamı qəbul etmir.

Məlahət Zeynallının vurğulamasına görə, hazırda redaksiyada axtarış aparılır.

Hələlik, hüquq mühafizə orqanlarından məlumatı dəqiqləşdirmək mümkün olmayıb.

Jurnalist Əvəz Zeynallı ətrafında son günlər baş verənlər

Bir neçə gün əvvəl “Xural” TV-nin rəhbəri, jurnalist Əvəz Zeynallının həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat pul alması barədə iddialar irəli sürüldü.

Bu barədə iddialar Azərbaycanda bəzi yerli saytlarda yer aldı.

Orada Ə.Zeynallının R.Məmmədovun yaxınlarından onu tənqid etməyi dayandıracağı əvəzində pul aldığı bildirilirdi. Lakin iddialarda Ə.Zeynallının üzərinə düşdüyü öhdəliyi pozduğu üçün R.Məmmədovun ailəsinin pulu geri tələb etdiyi qeyd olunurdu.

Həmin saytlarda Əvəz Zeynallının səs yazisi da yayılmışdı. O səs yazısında jurnalist Rasim Məmmədovla bağlı sırf informasiya verdiyini qeyd edirdi.Həmin səs yazısında o nəyisə “iadə” edə biləcəyini desə də, sohbətin konkret nəyin qaytarılmasından getdiyi açıqlanmırdı.

Rasim Məmmədovun vəkili Elçin Sadıqov isə yerli saytlara açıqlamasında məsələ ilə bağlı bunları demişdi:

“Mən də bu xəbəri oxuyandan sonra Rasim Məmmədovun ailəsi ilə əlaqə saxladım. Ancaq onlar bu iddianı birmənalı olaraq təkzib etdi. Orada “iadə” ifadəsində heç bir puldan söhbət getmir. Ailə bu xəbərə görə ciddi narahat olub. Orada Rasim Məmmədovun günahsızlığını özündə əks etdirən konkret sənədlərdən söhbət gedir. Əvəz bəy həmin sənədləri qaytarmasını nəzərdə tutub”.

Öz növbəsində Əvəz Zeynallı da Rasim Məmmədovun ailəsindən rüşvət alıb qaytarması ilə bağlı iddiaları yalanlamışdı.

"Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovu 2021-ci ilin fevralın 1-də Dövlət Təhlükəsizliyi Xidməti həbs edib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ölkədə metallurgiya sənayesinin inkişafına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqda ittiham olunub. R.Məmmədov da ona qarşı ittihamları qəbul etmir.

Əvəz Zeynallı 2011-ci ildə də rüşvət iddiası ilə üzləşib, 9 il həbs cəzası alıb. Amma o həmin vaxt da ittihamı əsassız və qurama sayıb. O, 2014-cü il dekabrın 29-da Prezidentin əfv sərəncamı ilə azadılığa çıxıb.

Vəkilin evində axtarış aparılıb

Elçin Sadıqovun evində axtarış aparılıb- həyat yoldaşı, vəkil Zibeydə Sadıqova danışır
Gözlə

No media source currently available

0:00 0:02:03 0:00

Vəkil Elçin Sadıqovun evində axtarış aparılıb. Bu barədə onun həyat yoldaşı, vəkil Zibeydə Sadıqova məlumat verib.

Onun sözlərinə görə, evdən bəzi sənədləri götürüblər. Zibeydə Sadıqova vurğulayıb ki, götürülən sənədlərdən bəzisi heç Elçin Sadıqova aid olmayıb, vəkil kimi onun çıxdığı başqa bir işlə bağlı olub. Vəkil ona aid sənədlərin götürülməsini qanunsuz sayıb.

Bütün bu deyilənlərə, hələlik, hüquq mühafizə orqanlarından münasibət almaq mümkün olmayıb. Amma Baş Prokurorluğun Mətbuat Xidmətindən “Turan” Agentliyinə ümumilikdə bildirilib ki, cinayət işi başlanılıb, hazırda istintaq hərəkətləri həyata keçirilir.

Vəkil Elçin Sadıqov prokurorluğa aparılıb

Sentyabrın 10-da vəkil Elçin Sadiqovun da ofisində axtarış başa çatıb.
O ofisindən bəzi sənədlərin götürüldüyünü vurğulayıb.

Elçin Sadqov habelə deyib ki, o heç nə etməyib, hamısı uydurmadır. Vəkil Baş Prokurorluğa aparılıb.

Hələlik, bu olanlara Baş Prokurorluqdan münasibət almaq mümkün olmayıb.

İctimai fəal Nərmin Şahmarzadə AzadlıqRadiosuna deyib ki, onların digər tanımadıqları hal şahidləri ilə birgə axtarış prosesində iştirak etmək istəyiblər. Onun sözlərinə görə, əvvəlcə buna razılıq verilsə də, amma sonra içəri buraxmayıblar.

Bütün bu deyilənlərə, hələlik, Baş Prokurorluqdan münasibət öyrənmək mümkün olmayıb.

XS
SM
MD
LG