Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:31

Ruslar İranda dron təlimi keçirlər - ABŞ mediası


"Şahed-191" dronu
"Şahed-191" dronu

Son həftələrdə rusiyalıların İranda bu ölkədə istehsal olunmuş PUA-ların idarə olunması üçün təlim keçdikləri xəbər verilir.

ABŞ-ın CNN telekanalı Amerika rəsmisinə istinadən bildirir ki, Birləşmiş Ştatlarda bu hadisə ilə bağlı kəşfiyyat məlumatı var.

CNN-nin müsahibi deyib:

"Son bir neçə həftədə Rusiya rəsmiləri İranın Rusiyaya pilotsuz uçan aparatları verməsini ehtiva edən razılaşma əsasında İranda təlim alıblar”.

Həmin rəsmi bildirib ki, bu məlumat Moskvanın İrandan döyüş dronları almaq niyyətinin olmasına dair xəbərləri bir daha təsdiq edir.

CNN iyul ayında Rusiya nümayəndə heyətinin İranın Şahed-191 və Şahed-192 dronları ilə tanış olmaq üçün bu ölkəyə səfər etdiyini xəbər vermişdi.

Bu dronların yüksək dəqiqliyə malik olduğu qeyd edilir.

ABŞ Ukraynaya daha güclü dronlar verəcəkmi?

O vaxt ABŞ milli təhlükəslzik müşaviri Ceyk Sallivan demişdi ki, əldə olan kəşfiyyat məlumatlarına görə İran Ukrayna müharibəsində isrifadə olunması məqsədilə Rusiyaya yüzlərlə dron satılmasına hazırlaşır.

Dronlar Ukraynada davam edən müharibədə mühüm rol oynayır. Ukrayna ölkəyə müdaxilə etmiş Rusiya qoşunlarına qarşı Türkiyənin Bayraktar TB2 dronlarından uğurla istifadə edir.

Rusiya isə hələlik öz istehsalı olan Orlan kəşfiyyat dronları ilə kifayətlənməli olub.

ABŞ Ukraynaya qüdrətli Gray Eagle dronlarının verilməsindən indilik çəkinir.

Vaşinqton narahatdır ki, bu, müharibənin eskalasiyasını daha da artıra bilər.

CNN bildfirir ki, Rusiya hələlik İrandan dron alınmasına dair xəbərləri şərh etmir.

XS
SM
MD
LG