Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:28

Rusiya sanksiyalar altında özünü necə hiss edir – Qərb mediası


Moskva, mart, 2022-ci il
Moskva, mart, 2022-ci il

Alıcılar ucuz neftdən alıb ehtiyatlarını tuturlar. Hindistan mayda Rusiyadan günə 700 min barreldən çox neft alıb

Fevralın sonunda Ukraynaya hücum edən Rusiya Qərbin ağır sanksiyaları ilə üzləşib. Bəs, bu sanksiyalar Rusiya iqtisadiyyatına necə təsir göstərir?

“Financial Times” qəzeti yazır ki, Qərbin Kremli təcridetmə siyasəti küçələrdə gözəgörünən dəyişikliyə səbəb olmayıb, ancaq gərilmə əlamətləri görünməkdədir.

Fevralda Moskvada yeni iş axtarmağa başlayan 46 yaşlı Nataliya Klyuyeva deyir ki, 20 illik yüksək səviyyəli satış təcrübəsi müharibənin transformasiyaya uğratdığı korporativ dünyada əhəmiyyətini itirməyə başlayıb.

“Tələb yoxdur. Səmimi desəm, qorxuram. İki uşağım, ödənməmiş kreditlərim, yarımçıq tikinti işim var… Amma səfeh kimi evdə oturub borş bişirirəm”, – o deyib.

Sanksiyalardan dolayı xeyli sayda xarici korporasiya Rusiyadan gedib. Ancaq qəzet yazır ki, işçilərin böyük hissəsinin dövlət işində çalışdığını, son vaxtlar pensiya və maaşların artdığını nəzərə alanda rusiyalıların həyatında böyük dəyişiklik baş verməyib. İşsizlik 4 faiz civarında qalır, pandemiya dövründəki artım yaşanmayıb. Apreldə 17.8 faizə yüksələn inflyasiya isə səngiməkdədir.

Paytaxt Moskvada yaşayan iqtisadçı, akademik Tatyana Mixaylova ərzağın bahalandığını, amma ümumilikdə çox şeyin dəyişmədiyini təsdiqləyir.

Əlamətlər

Ancaq “Financial Times” sanksiyaların təsirinin tədricən hiss olunduğunu qeyd edir. Birincisi iş yerlərinin azalmasıdır. Müharibədən öncəylə müqayisədə apreldə reklam olunan iş yerlərinin sayı 28 faiz azalıb.

İqtisadçılar iş yerlərinin getdikcə azalacağını proqnozlaşdırırlar. Martın əvvəlində ödənişsiz məzuniyyətə buraxılanların sayı 44 min idisə, mayın ortasında 138 minə qalxıb. Yarımştat çalışanların sayında da artım var.

Daha bir dəyişiklik Rusiyada ticarət mərkəzlərində xarici brend mağazaların bağlanması və icarə yerlərinin artmasıdır. İndi Moskvada mağazaların 15-20 faizinin bağlandığı bildirilir. İlin sonunadək Moskvada ofis yerlərinin 20 faizini boşalacaq.

Rusiyada idxal olunan ehtiyat hissələrin qıtlığının getdikcə hiss olunduğu bildirilir. Qərb təchizatçıları Rusiya ilə əməkdaşlığı dayandırıblar.

İdxal mallarının azalması istehlakçılara təsir göstərir. 2021-ci ildə Rusiya bazarında idxal olunan pivənin payı 40 faiz, yaxud 370 milyon litr idi, indi isə mağaza rəfləri boşalır.

Eyni vəziyyət smartfon bazarında da yaranıb, Samsung və Apple Rusiya ilə əlaqələri kəsib. GS Group analitika şirkəti birinci rübdə köhnə stilli telefon idxalının 43 faiz artdığını bildirir.

Bəs neft embarqosu?

Mayın 30-da Avropa İttifaqı Rusiyadan idxal olunan neftə qismən embarqo qoyub, kəmərlə daşınan neft isə, hələlik, sanksiyadan azaddır. “The New York Times” qəzeti bu embarqonun Rusiyanın neft sənayesinə zərbə vuracağını, indiliksə, hər şeyin yaxşı getdiyini yazır.

Təhlilçilərin fikrincə, hazırda Rusiyanın neft hasilatının vəziyyəti yaxşıdır, çünki avropalı alıcılar və digərləri Brent neftinin barelini endirimlə 30 dollardan almaq fürsətini qaçırmırlar.

Neft daşımalarını izləyən Kpler şirkətinin hesablamasına görə, mayda Rusiyanın neft hasilatı aprelə nisbətən günə 200 min barrelədək artıb. Bu, fevraldakı səviyyədən günə 800 min barel azdır.

Türkiyənin tikinti şirkətləri Rusiyada gördükləri işin pulunu ala bilmirlər
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00

Kpler-in proqnozuna görə, Aİ-nin embarqosu qüvvəyə minəndən sonra Rusiyanın neft hasilatı günə daha bir milyon barel, yaxud 10 faizədək azala bilər. Aİ-nin embarqosu dənizlə daşınan neftə aiddir. Rusiyadan neftin bu yolla ixracı fevraldan martadək günə 440 min barrelədək azalsa da, günə 1.2 milyon barrel səviyyəsində qalır. Məsələn, İtaliya günə 400 min barrelədək neft alır.

Kpler-in hesablamasına görə, mayda Rusiyadan kəmərlə Macarıstan, Slovakiya, Polşa və Almaniya kimi ölkələrə günə 600 min barrelədək neft göndərilib. Macarıstanın MOL neft şirkəti bu ayın əvvəlində deyirdi ki, Rusiyanın Ural neftinə endirim onun emaldan gəlirlərini xeyli artırıb. Elə Macarıstan Rusiya neftinə sanksiyalara qarşı çıxaraq Rusiyadan kəmərlə daşınan neftdən asılı olduğunu vurğulayıb.

Qəzet yazır ki, alıcılar ucuz neftdən alıb ehtiyatlarını tuturlar. Hindistan mayda Rusiyadan günə 700 min barreldən çox neft alıb.

XS
SM
MD
LG