Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:19

Yerevan: ‘Zəngəzur dəhlizi’ Ermənistan üçün problem ola bilər’


Şuşadan yeni reportaj - AzadliqRadiosu əməkdaşının gördükləri
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

Şuşadan yeni reportaj - AzadliqRadiosu əməkdaşının gördükləri

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, baş nazirin ofisindən onun sorğusuna göndərilmiş cavabda belə deyilir

Ermənistanın baş naziri Nikol Paşinyanın fikrincə, Azərbaycanın irəli sürdüyü “Zəngəzur dəhlizi” təklifi reallığa çevrilərsə, Ermənistanın ərazi bütövlüyü ilə bağlı problem yarada bilər.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, baş nazirin ofisindən onun sorğusuna göndərilmiş cavabda belə deyilir.

Paşinyan aprelin 13-də Milli Məclisdə çıxış edərkən demişdi:

“Mən də bu məsələdə özümü inandıra bilmədim, çünki başa düşdüm ki, Robert Koçaryan Ermənistanın həm də ərazi bütövlüyü problemi var deyəndə heç də bu məsələni şişirtməyib”.

Azatutyun baş nazirin məhz bu bəyanatını izah etməsi üçün onun ofisinə sorğu göndərmişdi. Cavabda deyilir:

“Baş nazir onu nəzərdə tutur ki, 1990-cı illərin əvvəllərində, Birinci Qarabağ Müharibəsində Ermənistan Respublikasının da ərazi itkiləri olub. Bundan başqa 2021-ci ildə Azərbaycan qüvvələrinin Zod-Xəznəvar sahəsinə müdaxiləsi zamanı da Ermənistan Respublikasının ərazi bütövlüyü pozulub”.

Başkənd-Artsvaşen

Azatutyunun “Zəngəzur dəhlizi” ideyası Ermənistanın ərazi bütövlüyü üçün təhlükə yarada bilərmi?” sualına Paşinyanın ofisi qısa cavab verib: “Bəli”.

Azatuyun habelə Paşinyanın ofisinə sovet dövründə Ermənistana aid olsa da, Azərbaycan ərazisində yerləşən eksklav barədə də sual verib: “Baş nazir ərazi bütövlüyü üçün problem deyəndə bunu da nəzərdə tutmuşdumu?”

Paşinyanın ofisi suala belə cavab verib:

“Bəli. Artsvaşen eksklavı (Gədəbəy rayonundakı Başkənd qəsəbəsi – red) da nəzərdə tutulur. Bundan başqa Ermənistanın Tavuş vilayətində onlarla kvadrat kilometr ərazi, habelə minlərlə hektar əkin sahələri Azərbaycanın nıəzarətində qalır”.

XS
SM
MD
LG