Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:26

Zaporojye AES-in Rusiya qüvvələrinin əlinə keçdiyi bildirilir


Zaporojye AES-də yanğın
Zaporojye AES-də yanğın

Zaporojye AES şərqi Avropada ən bötyük nüvə stansiyasıdır

Ukraynanın nüvə agentliyi ölkənin cənub-şərqində yerləşən Zaporojye AES-də yanğından sonra sızma olmadığını bildirir.

Yerli rəsmilər isə Rusiya qüvvələrinin stansiyanı ələ keçirdiyini təsdiqləyib.

Bu insident BMT və beynəlxalq atom enerji orqanlarını təcili tədbirlər görməyə vadar edib. Britaniyanın Baş naziri Boris Consonun ofisi bildirib ki, o, vəziyyətin müzakirəsi üçün BMT-nin Təhlükəsizlik Şurasının təcili iclasının çağrılmasını istəyəcək.

Zaporojyenin meri Dmitro Orlov Rusiya qüvvələrinin nüvə stansiyasının bir neçə kilometrliyində yerləşən nəzarət məntəqəsinə atəş açdığını, ərazinin azı bir saat atəşə tutulduğunu bildirib. O hazırda şəhərdə su və elektrikin olmadığını söyləyib.

Zaporojyedəki Ukrayna administrasiyası və Kiyev Rusiya qüvvələrinin kompleksə girdiyini təsdiqləyib.

Cenevrə Konvensiyası protokolu nüvə obyektlərinə hərbi hücumları məhdudlaşdırır.

***

Zelenski Rusiyanı ‘nüvə terroru’nda ittiham edir

Ukraynanın fövqəladə xidmətləri artıq Zaporojye AES-ə girdiklərini, yanğının lokallaşdırıldığını deyirlər. Prezident Volodimir Zelenski isə martın 4-də Moskvanı “nüvə terroru”nda, Çernobil nüvə faciəsini “təkrarlama” istəməkdə suçlayıb.

Dövlət Fövqəladə Xidməti Facebook səhifəsində yazıb ki, Zaporojye AES-in təlim binasındakı yanğın söndürülüb. Yanğın beşmərtəbəli binanın üç, dörd və beşinci mərtəbələrində baş verib.

İndiyədək heç bir ölkə...

İtki olmadığı, əməliyyata 44 nəfərin və 11 maşının cəlb olunduğu bildirilir.

Rusiya qüvvələrinin Avropada ən böyük nüvə zavodunu atəşə tutması xəbərləri yayılanda Zelenski dünya liderlərini oyanmağa və Avropanı “nüvə faciəsindən ölməyə” qoymamağa çağırıb.

“İndiyədək dünyada Rusiyadan başqa heç bir ölkə nüvə enerjisi obyektlərinə atəş açmayıb. Bu, tariximizdə ilk dəfədir. Bəşəriyyət tarixində ilk dəfədir. Terrorçu dövlət indi nüvə terroruna əl atıb”, – Zelenski videomüraciətində deyib.

O, hərbçiləri nüvə obyektinə bilərəkdən atəş açmaqda suçlayıb.

15 reaktordan 6-sı

Ukraynanın cənub-şərqində yerləşən Zaporojye sənaye şəhəri ölkənin nüvə enerjisinin 40 faizini verir. Zelenski AES-də Ukraynanın 15 reaktorundan altısının yerləşdiyini deyib.

Yerli rəsmilər BMT-nin atom enerjisi agentliyini əmin ediblər ki, AES-də əsas avadanlığa ziyan dəyməyib, radiasiya səviyyəsi normaldır.

“Partlayış olsaydı, hər şeyin sonu olardı. Avropanın sonu olardı. Yalnız Avropanın qətiyyətli addımı Rusiya əsgərlərinin qarşısını kəsə bilər”, – Zelenski vurğulayıb.

Rusiya Prezidenti Vladimir Putin fevralın 24-dən Ukraynaya hücum əmri verib, böyük şəhərləri atəşə tutub. Hazırda bir neçə şəhərin mühasirəyə alındığı xəbər verilir.

Zelenski: 'Dünya birliyi gecikdi'
Gözlə

No media source currently available

0:00 0:00:46 0:00

***

Rusiya hərbi qüvvələrinin atəşə tutduğu Zaporojye Atom Elektrik Stansiyasında yanğın başlandığı xəbər verilir.

Bu barədə Reuters agentliyi xəbər verib. Sky News bildirir ki, stansiyada yanğın baş verdiyini Ukrayna Xarici İşlər Nazirliyi də təsdiqləyib.

Stansiyanın mətbuat xidmətinin nümayəndəsi Andrey Tuzun verdiyi məlumatda deyilir:

"Avropanın ən böyük AES-ində real nüvə təhlükəsi var. Mərmi birinci enerji blokuna dəyib. Xilasedicilər yanğının söndürülməsinə balşaya bilmirlər, çünki Rusiya hərbçiləri atəşi dayandırmırlar. Radioaktiv fonda hər hansı dəyişikliyə dair məlumat yoxdur”.

AES-də yanğın barədə Enerqodar şəhərinin meri Dmitri Orlov da məlumat verib:

"Dünya təhlükəsizliyi üçün hədə!!! Düşmən tərəfindən fasiləsiz atəş nəticəsində Avropanın ən böyük atom stansiyasında yanğın başlanıb”.

Zaporojye AES şərqi Avropada ən böyük nüvə stansiyasıdır.

XS
SM
MD
LG