Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:23

Zelenski Putinə: 'Otur danışaq, amma 30-metrlik masada yox...'


Kollaj Ukrayna prezidenti Volodimir Zelenski (solda) və Vladimir Putin
Kollaj Ukrayna prezidenti Volodimir Zelenski (solda) və Vladimir Putin

Ukrayna prezidenti administrasiyası başçısının köməkçisi Mixail Podolyak deyib ki, bu danışıqlarda Ukrayna tərəfi istədiyi nəticəni əldə etməyib

Ukrayna prezidenti Volodimir Zelenski martın 3-də keçirdiyi mətbuat konfransında Qərb ölkələrini Ukraynaya hərbi yardımı artırmağa çağırıb.

O bildirib ki, əks halda Rusiya Avropanın qalan yerlərinə də hücum edəcək.

"Əgər Ukrayna, Allah eləməmiş, tab gətirə bilməsə, növbədə Latviya, Litva, Estoniya olacaq, inanın mənə”.

Zelenski bir daha Vladimir Putini birbaşa danışqılara çağırıb və bildirib ki, bu müharibəni dayandırmağın yeganə yoludur:

"Amma Makronla, Şoltsla və başqaları ilə olduğu kimi 30 metrlik masada yox. Mən ki qonşuyam! Mənə 30 metrlik məsafə lazım deyil. Mən heç kimi dişləmirəm. Adi, normal adamam. Otur və mənimlə söhbət elə. Sən nədən qorxursan? Biz heç kimi hədələmirik. Biz terrorçu deyilik”.

Zelenski: 'Dünya birliyi gecikdi'
Gözlə

No media source currently available

0:00 0:00:46 0:00

Putin dediyini deyir

Rusiya prezidenti isə martın 3-də Təhlükəsizlik Şurasının üzvləri ilə videoformatda müşavirə keçirib.

O deyib ki, “Ukrayna nasistləri” dinc adamların arxasında gizlənirlər. Putin deyib ki, yalnız “faşistlər belə vuruşurdular”.

Putin “ruslarla ukraynların eyni millət olduğuna” dair iddiasını təkrar edib.

O bunu da iddia edib ki, “xüsusi əməliyyat” plan üzrə davam edir və bütün qoyulmuş vəzifələr yerinə yetiriləcək.

Putin həlak olan əsgərlərin ailələrinə 7.4 milyon rubl (67 min dollar) müavinət vəd edib.

Danışıqların üçüncü raundu da olacaq...Makrondan mühüm bəyanat

Belarusun Brest vilayətində Rusiya və Ukrayna nümayəndələri arasında danışıqların ikinci dövrəsi başa çatıb.

Xəbər verilir ki, tərəflər “ən yaxın müddətdə” dinc sakinlərin evakuasiyası üçün humanitar dəhlizlərin təşkili barədə razılığa gəliblər.

Bu məlumatı Ukrayna prezidenti administrasiyası başçısının köməkçisi Mixail Podolyak verib.

O bunu da vurğulayıb ki, bu danışıqlarda Ukrayna tərəfi istədiyi nəticəni əldə etməyib.

Tərərəflər habelə danışıqların üçüncü raundu barədə razılığa gəliblər.

Rusiya və Ukrayna nümayəndələri dəhliz təşkilinə razılaşdı, amma...
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00

Beloveja meşəliyi ərazisində keçirilən bu danışıqlardan əvvəl Kiyev bildirirdi ki, onun üçün prioritet atəşin dərhal dayandırılması, sülh və humanitar dəhlizlərin açılmasıdır.

Dinc əhalinin təxliyəsinin zərurəti barədə bu yaxınlarda Rusiya prezidentinin köməkçisi, danışıqlarda Rusiya nümayəndə heyətinin başçısı Vladimir Medinski də bildirmişdi.

Lakin belə görünür ki, hazırkı mərhələdə atəşi dayandırmaq Rusiyanın prioriteti deyil.

Makron düşünür ki, Putin Ukraynanın hamısını istəyir

Martın 3-də Vladimir Putin Fransa prezidenti Emmanuel Makronla telefon söhbətində deyib ki, Moskva Beloveja meşəsində keçirilən danışıqların nəticəsindən asılı olmayaraq, bütün hallarda “xüsusi əməliyyatı” davam etdirəcək.

Putin Makrona demişdi:

"Danışıqları uzatmaq yolu ilə vaxt qazanmaq cəhdləri ona gətirib çıxaracaq ki, bizim Kiyevdən əlavə tələblərimiz yaranacaq”.

Makron bu söhbətdən sonra düşündüyünü bildirib ki, “Putin bütün Ukraynanı qəsb etmək fikrindədir və dünyanın onun şərtlərini yerinə yetirməsini gözləyir”.

Makronun ofisindən verilən məlumatda deyilir:

"Respublika prezidentinin ehtimalı budur ki, ən pisi hələ irəlidədir. Putinin sözləri ona heç bir ümid verməyib”.

Putin öhdəlik götürmür

Fransa lideri Putini mülki əhali arasında qırğına yol verilməməsinə və humanitar yardımlara giriş verilməsinə çağırıb.

Makronun müşaviri bildirib ki, Putin buna müsbət cavab versə də, üzərinə heç bir öhdəlik götürməyib.

Lakin eyni zamanda Rusiya başçısının mətbuat xidməti bildirib ki, Putin Makronu xaricilərin Ukraynadan evakuasiyasının təhlükəsizliyinin təminatında iştiraka çağırıb.

Rusiya tərəfindən bu danışıqlarda Medinskidən başqa, müdafiə və xarici işlər nazirlərinin müavinləri Aleksandr Fomin və Andrey Rudenko, Dövlət Dumasının beynəlxalq məsələr komitəsinin başçısı Leonid Slutski və Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov iştirak ediblər.

Ukrayna tərəfini müdafiə naziri Aleksey Reznikov, prezident administarsiyası başçısının müşaviri Mixail Podolyak, hakim “Xalqın xidmətçisi” fraksiyasının başçısı David Araxamiya, Donbas tənzimləməsi kontakt qrupunun başçı müavini Andrey Kostin, xarici işlər nazirinin müavini Nikolay Tomitski və deputat Rustem Umerov təmsil edirdilər.

XS
SM
MD
LG