Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:31

Rusiyada II Dünya Müharibəsindən sonra ən çox ölüm qeydə alınıb


Rusiyada 2020-ci ilin dekabrından 2021-ci ilin noyabrınadək 2.4 milyon ölüm qeydə alınıb

Rusiyada 2020-ci ilin dekabrından 2021-ci ilin noyabrınadək 2.4 milyon ölüm qeydə alınıb.

Bu, II Dünya Müharibəsindən bəri ən yüksək ölüm rəqəmidir.

Son bir il ərzində Rusiyada əhalinin təbii azalması 990 min nəfər olub.

Vedomosti qəzeti yazır ki, bu rəqəmləri demoqraflar Aleksey RakşaBoris Sinelnikov da təsdiq edirlər.

Qəzetin yazdığına görə, bundan əvvəl antirekord 2003-cü ildə qeydə alınmışdı. O vaxt 2.37 milyon nəfər vəfat etmiş, 2000-ci ildə isə əhali 958 min 532 nəfər azalmışdı.

Bundan pis vəziyyət yalnız II Dünya Müharibəsi illərində qeydə alınıb.

1941-1945-ci illər arasında ölüm əmsalı hər 1000 nəfərə 30-50 arasında idi. Bu, indikindən iki-üç dəfə çox deməkdir.

2020-2021-ci illər ərzində Rusiyada pandemiyanın üç dalğası olub.

Vedomosti qəzetinin təxminlərinə görə bu müddətdə 2.41 milyon rusiyalı dünyadan köçüb.

Demoqraflar hesab edirlər ki, bütünlükdə 2021-c ilin ölüm göstəriciləri 2020-ci ilin göstəricilərindən xeyli pis olacaq.

Pandemiya, istilər, alkoqol və psixoz

Demoqraf Aleksey Rakşanın təxminlərinə görə 2021-ci ilin noyabr ayının sonlarınadək Rusiyada 2.55 milyon nəfər vəfat edib və bu il üzrə göstərici 2.45 milyondan, təbii azalma isə 1.05 milyon nəfərdən az olmayacaq.

Alimlər ölüm rəqəminin ifrat yüksəkliyini COVID-19 pandemiyası ilə əlaqələndirirlər.

Rosstat və Səhiyyə Nazirliyinin məlumatına görə 2020-ci ilin oktyabrından 2021-ci ilin sentyabrınadək koronavirusla bağlı ağırlaşmalardan 406 min nəfər vəfat edib.

Lakin Vedomosti yazır ki, COVID-19 izafi ölümün yeganə səbəbi deyil.

Demoqraflar mənfi faktorlar kimi Rusiyada anormal istiləri, narkotik və alkoqoldan itifadəni göstərirlər.

Bu da qeyd olunur ki, 2020-ci ildə narkotik maddələrdən 2750, alkoqollu içkilərdən isə 3000 nəfər vəfat edib.

Bildirilir ki, 2020-ci il ərzində narkotiklərdən ölüm 60, alkoqoldan isə 6 faiz artıb.

Alimlərin fikrincə, ölümlərin artmasında pandemiya ilə bağlı karantinlər zamanı ruhi-əsəb xəstəliklərinin çoxalması da rol oynayıb.

Rusiyada təkcə psixozdan 4720 nəfərin vəfat etdiyi bildirilir.

XS
SM
MD
LG