Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:31

Rusiyalılar kosmosa film çəkməyə yollanıblar


Yuliya Peresild, kosmonavt Anton Şkaplerov və Klim Şipenko təlim vaxtı
Yuliya Peresild, kosmonavt Anton Şkaplerov və Klim Şipenko təlim vaxtı

Filmin prodüserləri “Roskosmos” rəhbəri Dmitri Roqozin və Rusiyanın dövlətə məxsus “1-ci Kanal”ıdır

Rusiyanın tanınmış aktrisası və mükafat qazanmış rejissoru Beynəlxalq Kosmik Stansiyaya (BKS) kosmosda ilk filmi çəkməyə yollanıblar.

Yuliya PeresildKlim Şipenko iki rusiyalı kosmonavtla oktyabrın 5-də Qazaxıstandakı Baykonur kosmodromundan Soyuz MS-19 kosmik gəmisində yola düşüblər. Onların stansiyaya 3 saata çatacaqları gözlənir.

Heyət “Vızıv” (“Çağırış”) adlı filmin seqmentlərini çəkməyi planlaşdırır. Film ürək xəstəliyindən əziyyət çəkən kosmonavt üzərində əməliyyat aparmağa kosmik stansiyaya uçan qadın cərrah haqqındadır.

Sənədli filmlər də çəkiləcək

Filmin prodüserləri “Roskosmos” rəhbəri Dmitri Roqozin və Rusiyanın dövlətə məxsus “1-ci Kanal”ıdır. “1-ci Kanal” 12 günlük missiya barədə sənədli filmlər çəkəcək.

36 yaşlı Peresild “Kənar” və “Sevastopol uğrunda döyüş“ filmlərində çəkilib. O, Rusiyanın Xalq Artistidir.

37 yaşlı Şipenko isə 2017-ci ildə çəkdiyi “Salyut 7” filmi mükafat qazanıb. O, həm də aktyor və ssenaristdir.

Missiya barədə ötən il məlumat yayılıb. Bundan öncə isə NASA aktyor Tom Kruzla kosmik stansiyada film çəkəcəyini açıqlayıb. Həmin filmin nə zaman çəkiləcəyi bəlli deyil.

BKS Yerdən 350 km yüksəklikdədir.

Sovet dövrü texnologiyasından asılı Rusiyanın kosmik sənayesi korrupsiya qalmaqalları yaşayır, bir neçə buraxılış uğursuz olub.

XS
SM
MD
LG