Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:51

İranda prezident seçkisi azərbaycanlılara nə vəd edir?


İran azərbaycanlılarının etiraz aksiyalarından birində (Arxiv fotosu)
İran azərbaycanlılarının etiraz aksiyalarından birində (Arxiv fotosu)

İranda iyunun 18-də keçiriləcək prezident seçkilərinə 7 nəfərin namizədliyi təsdiqlənib.

İran Azərbaycanından olan və hazırda Türkiyədə yaşan jurnalist Taha Kermani deyir ki, namizədlərdən 5-i - indiki ədliyyə naziri Ebrahim Rəisi, İranın İslam İnqilabi Qvardiyasının keçmiş komandanı Möhsün Rezai, İran parlamentinin üzvü Amirhüseyn Qazızadə Haşemi, keçmiş diplomat Səid Cəlili və keçmiş millət vəkili Əlirza Zəkanini mühafizəkarlardır.

O qalan iki namizədi - İran Mərkəzi Bankının sədri Əbdülnasir Hemməti, keçmiş prezident Xatəminin dövründə vitse-prezident və idman naziri olmuş Möhsün Mehrəlizadəni isə ishalatçı namizədlər kimi tanıdır.

Dəyişiklik gözlənilmir

İran həm də milyonlarla etnik azərbaycanlının yaşadığı ölkədir. Bəs, bu namizədlər İran azərbaycanlılarına nə vəd edirlər?

Taha Kermani deyir ki, “yaxşı-doğru” bir dəyişiklik gözlənmir. O bildirir ki, namizədlərdən ancaq Möhsün Mehrəlizadə İranda yaşayan türkdillilərin səsini qazanmaq üçün onların problemlərini öz kampaniyasında səsləndirə bilər:

“İranda sosial iqtisadi durum o qədər gərgindir ki, insanlar hansısa vədə inanmırlar”.

Taha Kermani deyir ki, namizədlər arasında ən çox İbrahim Rəisinin şanslı sayılır. Jurnalist bildirir ki, onun İranin dini lideri Əli Xameneyi ilə sıx əlaqələri var. O 2017-ci il seçkisində indiki prezident Həsən Ruhani ilə mübarizə aparıb. Rəisi seçkilərdən sonra ədliyyə naziri təyini edilib.

Tehran rəsmiləri Bakı ilə Yerevan arasında: İranın istədiyi nədir?
Gözlə

No media source currently available

0:00 0:04:18 0:00

Prezidentlik institutu formaldır

1990-cı illərdə Azərbaycanın İrandakı səfirliyində çalışmış siyasi şərhçi Sədrəddin Sultan deyir ki, ümumiyyətlə, İranda prezidentlik institutu formaldır:

“Prezidentin təmsil olunduğu hökumət formal, görüntü yarandan bir şeydir. Düzdür, İranın dövlət protokoluna görə, prezident ölkənin ikinci adamıdır, ali dini lider isə birinci adamdır. Ölkənin təhlükəsizlik orqanları, güc strukturları - hamısı Xameneyinin arxasındadır. Ona görə də prezident hansısa qərar verməkdə, islahat aparmaqda zəifdir”.

Sədrəddin Sultan deyir ki, İranın daxili siyasəti kimi, xarici siyasətini də ali liderin ofisi müəyyənləşdirir.

Co Bayden İran hakimiyyətini rahat edib?

Taha Kermani deyir ki, ABŞ-ın yeni prezidenti Co Baydenin İrana qarşı sanksiyalar məsələsinə yenidən baxılması, nüvə razılaşmasına qayıdılacağı haqda vədləri yerli hakimiyyəti rahat salıb. İranın qorxusu yerli etirazların alovlanmasındandır:

“İranda iqtisadi böhran var. İnsanlar narazıldırlar. Biz keçən illərdə də şahidi olmuşuq ki, istənilən iqtisadi tələblərlə başlayan etirazlar sonradan siyasi tələbli, geniş, kütləvi aksiyalara çevrilir. Bu etirazlara nəzarət etmək çətindir. İndi İranın ən dəhşətli yuxusu bu cür etirazların yenidən alovlanmasıdır”.

İyunun 18-də keçiriləcək prezident seçkilərinə 590 nəfərdən 7-nin namizədliyi qeydə alınıb.

AzadlıqRadiosunun mərkəzi xəbər xidməti yazır ki, İranın Qəyyumlar Şurası əvvəlki seçkilərdə də mötədil siyasətçiləri seçkiyə buraxmayıb.

Nisbətən mötədil sayılan indiki prezident Həsən Ruhani iki dəfə ardıcıl prezident olduğundan namizədliyini verə bilməz. Onun mütəfiqlərinin isə namizədliyi təsdiqlənməyib.

XS
SM
MD
LG