Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:32

Ruhani seçkiyə daha çox namizədin buraxılmasını istəyir


Həsən Ruhani
Həsən Ruhani

“Seçkinin məğzi rəqabətdir. Bunu alsan, o, meyitə çevriləcək”, – deyən Ruhani əlavə edib ki, dünən ali dini liderə öz fikirlərini əks etdirən məktub göndərib, soruşub ki, “bu məsələdə bizə kömək edə bilərmi”

İranın vəzifədən getməkdə olan prezidenti Həsən Ruhani ölkənin ali dini liderini gələn ay keçiriləcək seçkiyə daha çox namizəd buraxmağa çağırıb. Bir gün öncə yalnız 7 siyasətçinin namizədliyi təsdiqlənib, Ruhaninin bir neçə müttəfiqinin namizədliyi rədd olunub.

Ruhani mayın 26-da hökumətin həftəlik iclasında deyib ki, o, Qəyyumlar Şurası ilə birlikdə iyun seçkisində böyük “rəqabət”in təmin olunmasından ötrü daha çox namizəd seçmişdi.

“Seçkinin məğzi rəqabətdir. Bunu alsan, o, meyitə çevriləcək”, – deyən Ruhani əlavə edib ki, dünən ali dini liderə öz fikirlərini əks etdirən məktub göndərib, soruşub ki, “bu məsələdə bizə kömək edə bilərmi”.

Seçkiyə 7 namizəd buraxılıb

Daxili İşlər Nazirliyinin mayın 25-də bildirməsinə görə, 18 iyun seçkisinə ədliyyənin nüfuzlu başçısı İbrahim Rəisi daxil olmaqla yeddi nəfər buraxılıb.

Siyahıya salınanlar 590 nəfər arasından seçilib.

Parlamentin keçmiş spikeri, Ruhaninin müttəfiqi sayılan Əli Laricani, indiki Vitse-prezident Eşaq Cahangiri, keçmiş prezident Mahmud Əhmədinejat seçkiyə buraxılmayıblar. Qəyyumlar Şurası buna səbəb göstərməyib.

Yeddi nəfər arasında ən çox tanınmış namizəd olan Rəisinin Ali dini lider Əli Xameneyi ilə sıx əlaqələri var, 2017-ci il seçkisində Ruhani ilə mübarizə aparıb.

Qəyyumlar Şurası əvvəlki seçkilərdə də mötədil siyasətçiləri seçkiyə buraxmayıb.

Nisbətən mötədil sayılan Ruhani hökuməti 2015-ci il nüvə sazişini dirçəltməkdən ötrü danışıqlara qatılır. O, iki dəfə ardıcıl prezident olduğundan namizədliyini verə bilməz.

XS
SM
MD
LG