Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:22

İranda ‘antihicab məhbusu’ aclıq aksiyasına başlayıb


Səba Kord Əfşari
Səba Kord Əfşari

İranda qadın hüquqlarının müdafiəçisi, ölkənin sərt islami geyim qaydalarına etiraz etdiyinə görə məhbus edilmiş Səba Kord Əfşari bəzi xəbərlərə görə anasının həbsxanaya salınmasına etiraz olaraq aclıq aksiyasına başlayıb.

ABŞ-da mənzillənən İnsan Haqları Fəallarının Xəbər Agentliyi (HRANA) bildirib ki, 21 yaşlı xanım Əfşari mayın 8-dən bəri qida qəbulunu dayandırıb.

İran barədə xəbərləri yayan HRANA agentliyinin məlumatına görə Əfşari Tehranın Qarçək qadın həbsxanasında 7 il yarımlıq cəzasını çəkməkdədir.

Məlumatda bildirlir ki, məhbusda mədə qanaxması yaranıb və o həm də koronavirusa yoluxub.

Onun anası Rahilə Əhmədi isə Tehrandakı Evin həbsxanasındadır. Bəzi məlumatlara görə ona qızının taleyi barədə danışdığına görə ona 31 ay iş kəsilib.

Hicaba və “milli təhlükəsizliyə” qarşı

Səba Əfşari 2019-cu ildə internetdə məcburi hicaba qarşı videosunu yayandan sonra həbs olunub.

Fəala əvvəlcə 24 illik həbsxana cəzası verilmişdi. Ona qarşı ilkin ittihamların arasında “fahişəliyin təbliğatı” və “milli təhlükəsizlik əleyhinə çıxış” da vardı.

Lakin onun cəza müddəti sonradan azaldılıb.

Bəzi xəbərlərə görə Səba Əfşarinin anası ötən il həbs olunub. Bu da xəbər verilir ki, qadının həbsxanada səhhəti pisləşib.

İranda qadınların hicablanması 1979-cu il İslam İnqilabından sonra icbari edilib.

Bir çox qadınlar məcburi hicab qaydasını müxtəlif formalarda pozurlar. Bəzi qadınlar isə hicabı açıq şəkildə pisləyirlər.

2018-ci ildə İranda ictimai yerlərdə hicablarını açan qadınların hərəkatı başlanmışdı.

Qadınlar Tehranda və başqa şəhərlərdə hicabsız çəkdirkləri foto və videoları internetdə yayırdılar.

İran hakimiyyəti bu etirazla bağlı olan 29 qadını müxtəlif müddətlərə azadlıqdan məhrum edib.

XS
SM
MD
LG