Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 11:40

Ekspertlər Koçaryanın seçki şansları barədə nə deyirlər?


Robert Koçaryan daşnaklarla birləşir - Ermənistanda nə dəyişə bilər?
Gözlə

No media source currently available

0:00 0:14:48 0:00

Robert Koçaryan daşnaklarla birləşir - Ermənistanda nə dəyişə bilər?

Bu günlərdə Ermənistan parlamentinin buraxılacağı və iyunun 20-da yeni parlament seçkisinin keçiriləcəyi gözlənilir.

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan da seçkiyə qatılıb. O dünən, mayın 9-da Ermənistanda təxminən 9 min nəfərlik mitinq keçirib.

Bəs, bu seçkidə Koçaryanın şansı nə qədərdir?

Yerevandakı Regional Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Giraqosyan hesab edir ki, Koçaryan öz gücünü şişirdərək cəmiyyətə təqdim edir. Onun fikrincə, Koçaryanın Ermənistan cəmiyyətində nüfuzu olduqca aşağıdır:

“Eks-prezident Koçaryan heç vaxt azad və ədalətli seçkilərin qalibi olmayıb. Qarşıdan gələn seçkinin isə ədalətli keçiriləcəyi ehtimalları Koçaryanın qalib gəlmək şansını daha da azaldır. Ümumiyyətlə, insanlar, cəmiyyət siyasi arenadakı hər kəsdən beziblər. Amma Paşinyan və onun komandasını cəmiyyətin 30 faizə qədəri dəstəkləyir. Bu elə də çox deyil, amma müxalifəti dəstəkləyənlərdən daha çoxdur. Müxalifətin həqiqi dəstəkcisi demək olar ki, yoxdur”.

Koçaryanla daşnaqların birləşməsi nə vəd edir?
Gözlə

No media source currently available

0:00 0:04:51 0:00

“Ermənistan Azərbaycan cəmiyyəti deyil”

Riçard Giraqosyan deyir ki, 44 günlük Qarabağ müharibəsindən sonra Ermənistanın daxili siyasətində gərginlik var. O hesab edir ki, cəmiyyətdə Paşinyan hakimiyyəti ilə bağlı fikirlər haçalanıb. Amma o hətta belə bir durumda da Koçaryanın hakimiyyətə qayıdacağını real hesab etmir. Politoloq deyir ki, onun nüfuzu çox aşağıdır, korrupsiyada ittiham olunur, barəsində cinayət işi açılıb.

Ermənistandakı başqa bir siyasətçi Aleksandr İskandaryan deyir ki, cəmiyyətdə fərqli fikirlərin olması, fərqli siyasətçiləri dəstəkləməsi normal haldır. Onun fikrincə, bütün bunlar Koçaryanın şansının olmadığı anlamanı vermir:

“Onun parlamentə düşmək şansı haqda indi fikir bildirmək tezdir. Rəsmi olaraq, seçki kampaniyası hələ heç başlamayıb. Amma Koçaryanın şansını elə yüksək qiymətləndirmirəm, amma az da qiymətləndirmirəm. Ermənistan Azərbaycan cəmiyyəti deyil. Burada cəmiyyət fərqli siyasətçiləri dəstəkləyirlər. Hər şeyi seçkilər həll edəcək. Xüsusilə, müharibədən sonra Ermənistan cəmiyyəti iflic hala düşüb. Mən əminəm ki, Koçaryan səslərin böyük hissəsini qazanacaq. Amma qalib gələ biləcəkmi, bax mən bu haqda dəqiq bir söz deyə bilmərəm”.

Əslən Qarabağdan olan 67 yaşlı Robert Koçaryan…

Əslən Qarabağdan olan 67 yaşlı Robert Koçaryan 1998-ci ildən 2008-ci ilədək Ermənistana rəhbərlik edib. O, 1990-cı illərin əvvəllərində Qarabağda Azərbaycanla döyüşən erməni qüvvələrinə rəhbərlik edənlərdən biri olub.

Ermənistanda ona qarşı cinayət işi üzrə məhkəmə prosesi gedirdi. O korrupsiyada, 2008-ci ildə Yerevanda başlamış etirazların yatırılması zamanı 8 etirazçı, iki polis əməkdaşının öldürülməsi ilə bağlı açılmış cinayət işi üzrə ittiham olunur.

Özü bu ittihamları rədd edir, bunu hazırki baş nazir Nikol Paşinyanın ona qarşı “siyasi intiqamı” adlandırır. Çünki həmin hadisələr zamanı tutulanlar arasında Ermənistanın indiki lideri Nikol Paşinyan da var idi.

Politoloq Riçard Giraqosian düşünür ki, seçkidə müxalifətin birləşməməsi onların şansını daha da azaldır.

Beləki Robert Koçaryan seçkiyə “Daşnaksutyun” partiyası və “Dirçələn Ermənistan” hərəkatı ilə vahid blokda gedəcək.

Koçaryan niyə daşnaklarla birləşib?

Antimüharibə fəalı Georgi Vanyan bildirir ki, Robert Koçaryanın Daşnaksutyunla birləşməsində təəccüblü heç nə görmür. Vanyan hesab edir ki, Koçaryan Rusiyanın Cənubi Qafqazda möhkəmlənməsi istiqamətində işləyəcəyinə işarələr edir:

“Koçaryan baş nazir kimi Ermənistanı inamlı bir şəkildə daşnak idealları istiqamətində aparardı. Bu isə nökərlərin, qoçuların, küt və özündən razı millətçilərin xidmət etdiyi oliqarxların hakimiyyəti deməkdir”.

Koçaryanın seçki şansları məsələsinə toxunarkən Vanyan bildirir ki, əslində Ermənistan cəmiyyəti indi heç kimi dəstəkləmir:

“Cəmiyyət həmişə olduğu kimi pislə ən pis arasında seçim edəcək. Seçicilərin Nikol Paşinyana çoxlu sualları var. O bir sıra səbəblərə görə vətəndaşların etibarını itirib. Amma bütün keçmiş hakimiyyət nümayəndələrinə inamsızlıq bundan da çoxdur. Adamlar Nikol Paşinyana sadəcə olaraq ona görə səs verəcəklər ki, keçmiş iqtidardakılara nə qədər nifrət etdiklərini göstərsinlər”.

“Qələbəsinə Koçaryanın heç özü də inanmır”

Vanyanın fikrincə, qələbəsinə heç Koçaryanın özü də inanmır:

“Unutmaq olmaz ki, Ermənistan məhdud suverenliyə malik ölkədir. İstər keçmiş olsun, istərsə də indiki, belə demək mümkündürsə liderlər suiyasətdə qalıb-qalmamaq, seçkiyə gedib-getməmək məsələsini özləri həll etmirlər. Xüsusilə də indi, onlar bicliyi, kələyi yalnız daxili səhnədə edə bilərlər”.

Sülh fəalının fikrincə Ermənistanda indi heç normal seçki şəraiti, seçki prosesi də yoxdur:

“Adamlar yorulublar, usanıblar. Mən bu seçkinin nəticəsini heç təhlil etmək, proqnoz vermək də istəmirəm. Bir çoxları kimi bunların mənim üçün də fərqi yoxdur. Baş nazir vəzifəsinə namizədlərin arasında xalqın etimadını yaradacaq bir nəfər də yoxdur”.

Georgi Vanyan
Georgi Vanyan

Daha bir əslən qarabağlı, keçmiş prezident Serj Sarkisyan isə seçkiyə keçmiş milli təhlükəsizlik naziri Artur Vanetsyanın “Vətən” partiyası ilə vahid blokda qatılacağını bildirib.

Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyası isə seçkiyə müstəqil şəkildə qatılır.

Keçən il sentyabrın 27-də başlayıb 44 gün sürən Azərbaycanla müharibədən sonra Ermənistanda baş Nazir Nikol Paşinyana qarşı kütləvi etirazlar başlayıb.

Buna görə hökumət növbədənkənar seçki elan edib. Seçkilərin iyunun 20-də keçirilməsi planlaşdırılır.

XS
SM
MD
LG