Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:22

Uşaqpulu: Müxalifət bu məsələdə problem var deyir, hakimiyyət inkar edir


‘Mən 9 yaşlı uşağı necə başa salım ki, yeməyə heç nə yoxdu' - İşsiz qalan ana
Gözlə

No media source currently available

0:00 0:02:10 0:00

‘Mən 9 yaşlı uşağı necə başa salım ki, yeməyə heç nə yoxdu' - İşsiz qalan ana

Son illərdə Azərbaycanda müxalifətin ən çox gündəmə gətirdiyi məsələlərdən biri uşaqpuluyla bağlıdır. Bu məsələ sosial problemləri önə çəkən aksiyalarda da ən çox səsləndirilən tələblərdən sayıla bilər. Hökumət rəsmiləri isə ölkədə uşaqpuluyla bağlı problemin olduğunu düşünmür. Bir müddət öncə YAP-ın - iqtidar partiyasının icra katibi, Baş Nazirinin müavini Əli Əhmədov mətbuata açıqlamasında Azərbaycanda uşaqpulu verilmədiyi iddiasını qəbul etmədiyini bildirmişdi. O bu fikrini Ünvanlı Dövlət Sosial Yardımının çoxuşaqlı ailələrə verilməsiylə əsaslandırırdı.

Hakim partiyanın digər bir deputatı Elman Nəsirov da ötən ay parlamentdəki çıxışında Azərbaycanda 600 min uşağa müxtəlif adlarla müavinət verildiyini vurğulayaraq, uşaqpulu mövzusunun hələ də gündəmdə qalmasından və radikal qrupların bundan yararlanmasından narazılığını dilə gətirmişdi.

Almaniyada 200 avro aylıq uşaqpulu, Azərbaycanda isə...
Gözlə

No media source currently available

0:00 0:05:47 0:00

Hər dörd nəfərdən biri bu məsələnin həllində maraqlıdır

"Uşaq hüquqları haqqında" Qanunda deyilir ki, bu qanunun müddəaları 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən hər bir şəxsə aiddir. Dövlət Statistika Komitəsinin məlumatlarındansa aydın olur ki, ölkədə bu qəbildən olan vətəndaşların sayı təxminən 2.7 milyon nəfərə yaxındır.

Əslində, uşaqpulu anlayışı Azərbaycan cəmiyyəti üçün yeni deyil. 2006-cı il yanvarın 1-dək Azərbaycanda belə ödənişlər gerçəkləşdirilib. O vaxtadək ölkədə adambaşına düşən orta aylıq gəlir 16 min 500 manatdan az olduğu hallarda uşaq doğulduğu aydan 16 yaşa çatanadək (təqaüd almayan məktəblilər 18 yaşınadək) ailəyə aylıq 9 min manat müavinət verilirdi. 2006-cı il yanvarın 1-dən sonra bu məbləğ, uyğun olaraq, 3.3 və 1.8 manat sayılsa da, həmin yardım dayandırıldı. Hazırda "Sosial müavinətlər haqqında" Qanunda, sadəcə, bəzi kateqoriyalardan olan uşaqlara müavinət nəzərdə tutulub.

Kimlərə müavinət verilir?

Dövlət Statistika Komitəsinin sosial müavinətlərlə bağlı hesabatından aydın olur ki, belə müavinət alan uşaqlar arasında say baxımından ən böyük kateqoriya "sağlamlıq imkanları məhdud 18 yaşadək" olanlardır. Bu kateqoriyaya daxil 63 min uşağa aylıq ortalama 150 manat məbləğində müavinət ödənilir.

Kərkicahanlı Suğra nənə: 'Quru çörək yığmaqla uşaq böyütmüşəm'
Gözlə

No media source currently available

0:00 0:03:23 0:00

Sosial müavinət ödənən ikinci ən böyük kateqoriya "ailə başçısını itirməyə görə" müavinət alanlardır. Bu müavinət vəfat etmiş şəxsin uşaqlarına 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, ancaq 23 yaşı aşmamaqla) verilir. Ötən ilin nəticələrinə görə, bu kateqoriyaya daxil olan 47 min uşağa aylıq ortalama 80 manat həcmində müavinət ödənilib.

Baş nazirin müavini Əli Əhmədov ünvanlı dövlət sosial yardımı ödəndiyi üçün uşaqpulu verilməməsi fikriylə razılaşmasa da, "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, belə yardım təyin olunan ailəyə, əlavə dəstək kimi, uşağın bir yaşı tamam olan ayın sonunadək aylıq müavinət təyin edilir. Bu kateqoriya çərçivəsində ötən il toplam 1 min 655 ailə hər ay ortalama 55 manat müavinət alıb.

Bu kateqoriyalara əlavə olaraq, qanunda müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların 16 yaşına (ümumtəhsil məktəblərində təhsil alanlarsa 18 yaşınadək) çatmamış uşaqlarına və Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, eləcə də Çernobıl qəzası nəticələrinin aradan qaldırılmasına qatılanların dispanser qeydiyyatında olan uşaqlarına aylıq cəmi 15 manat dəyərində müavinətin verilməsi nəzərdə tutulur.

Altı uşaq anası: 'Yoldaşım işsiz qalıb''
Gözlə

No media source currently available

0:00 0:03:08 0:00

Az qala, 3 milyon uşağın 130 mini müavinət alır?

Valideynlərini itirən və ya valideyn himayəsindən məhrum olan 18 yaşa çatmamış uşaqlara kommunal xidmətlər və nəqliyyat xərcləri üçün 12 manat, şəhidin 16 yaşına çatmamış uşaqlarına isə 21 manat müavinət ödənilir. Sosial müavinət alanlar siyahısına daxil olan daha bir kateqoriya müddətli həqiqi hərbi xidmət qulluqçularının 16 yaşına (ümumtəhsil məktəblərində təhsil alanlarsa 18 yaşına) çatmamış uşaqlarına ödənən aylıq müavinətdir. Belələrinə hər ay ortalama 100 manat verilir. Sadalanan bu kateqoriyalar üzrə 16 minə yaxın uşaq sosial müavinət alır.

Yaşayış minimumu 175 manatdırsa, niyə 13 min uşağa cəmi 15 manat verilir?

Müavinət alan uşaqlarla bağlı statistik göstəricilərdən aydın olur ki, ölkədəki 2.7 milyona yaxın uşağın cəmi 130 minə yaxını və ya 5 faizdən də az hissəsi hökumətin sosial müdafiə tədbirləri çərçivəsinə daxildir. Onu da nəzərə almaq lazımdır ki, ödənən 130 minə yaxın müavinətin 10 faizi üçün verilən məbləğ cəmi 15 manata, maksimum müavinət miqdarı isə 150 manata bərabərdir. Yaşayış minimumu haqqında qanuna görə, bu il ölkə ərazisində uşaqlar üçün yaşayış minimumunun həcmi 175 manatdırsa, həmin məbləğlərin açıq-aşkar yetərsizliyi göz önündədir.

XS
SM
MD
LG