Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:42

Üçtərəfli görüş gözlənir


Dəmiryol xətti müzakirə olunacaq.
Dəmiryol xətti müzakirə olunacaq.

Rusiyadakı diplomatik mənbənin “RBK”ya deməsinə görə, rəsmi Bakı Naxçıvana avtomobil yolunun çəkilməsini də istərdi. Bunun əvəzində Ermənistan Rusiyayla dəmiryol əlaqəsi əldə edə bilər

Rusiya, Ermənistan və Azərbaycan baş nazir müavinlərinin görüşü gözlənir. Dövlətdən maliyyələşən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev ilk olaraq Rusiya mediasının yaydığı informasiyanı AzadlıqRadiosuna təsdiqləyib, görüşün "bu günlərdə" keçiriləcəyini deyib.

Dəmiryol xətti “müzakirə olunacaq”

Rusiyanın “RBK” portalının yaydığı xəbərə görə, sabah – yanvarın 27-də üç ölkənin baş nazir müavinləri Moskvada görüşərək Cənubi Qafqazda nəqliyyat xətlərinin tikintisini müzakirə edəcəklər. Rusiyadan görüşə Aleksey Overçuk, Azərbaycandan Şahin Mustafayev, Ermənistandan Mqer Qriqoryan qatılacaq. Portal informasiyanı Rusiya və Ermənistan hökumətlərində iki mənbəyə istinadla yayıb.

Danışıqların belə bir formatı üzrə razılıq üç ölkə liderinin 11 yanvar görüşündə əldə olunub. Formatın əsas məqsədi regionda nəqliyyat əlaqələrinin açılmasından ötrü hansı xətlərin tikiləcəyini, yaxud bərpa olunacağını müəyyənləşdirməkdir.

“RBK” yazır ki, baş nazirlərin müavinləri bir neçə mümkün layihəni müzakirə edəcəklər, özəlliklə də Ermənistan ərazisindən keçərək Azərbaycanla Naxçıvanı, həmçinin Ermənistanla Rusiyanı birləşdirəcək dəmiryol xəttini.

Komissiya yaradılmalıdır

Fərid Şəfiyev isə AzadlıqRadiosuna deyir ki, hələ ki, dəmiryollarının siyahısı rəsmi elan olunmayıb, Ermənistan, Azərbaycan və Rusiya ilə müzakirələr gedir. Onun sözlərinə görə, yanvarın 31-ə qədər bu barədə komissiya yaradılmalıdır:

“Bu günlərdə baş nazirlərin müavinlərinin görüşü keçiriləcək. Komissiyanın konturları müəyyən olunacaq. Ondan sonra martın 1-ə qədər konkret hansı layihələrin həyata keçiriləcəyi barədə müəyyən razılıq əldə olunacaq”.

Rusiyadakı diplomatik mənbənin “RBK”ya deməsinə görə, rəsmi Bakı Naxçıvana avtomobil yolunun çəkilməsini də istərdi. Bunun əvəzində Ermənistan Rusiyayla dəmiryol əlaqəsi əldə edə bilər.

Yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli bəyanat imzalayıblar. Bəyanat regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur. Bu məqsədlə 3 ölkənin baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə üçtərəfli işçi qrupun yaradılmaldıdır.

Azərbaycan ötən il 44 günlük müharibə nəticəsində Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Ancaq qoşunların təmas xəttinə Rusiya sülhməramlıları yerləşdirilib.

XS
SM
MD
LG