Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:24

Hökumət Putinin qızının layihəsinə milyonlar ayırıb


Katerina Tixonova
Katerina Tixonova

Rusiyanın baş naziri Mixail Mişustin Moskva Dövlət Universitetinin elmi-texniki mərkəzinin infrastrukturunun yaradılması məqsədilə 487 milyon rubl (6.5 milyon dollar) ayrılması barədə sərəncamı imzalayıb.

Xəbər verilir ki, hökumətin ehtiyat fondundan ayrılan bu vəsait sözü gedən mərkəzin inkişaf etdirilməsi üçün layihə sənədlərinin işlənməsinə xərclənəcək.

Bu layihənin ümumi dəyəri 149.9 milyard rubl (2 milyard dollar) olaraq hesablanıb.

Bu mərkəzin “Milli İntellektual İnkişaf” fonduna Rusiya prezidenti Vladimir Putinin qızı Katerina Tixonova rəhbərlik edir.

MDU-nun bazasında “texnoloji vadinin” yaradılması ideyasını ilk dəfə 2010-cu illərdə bu universitetin rektoru Viktor Sadovniçiy verib. O xanım Tixonovanın elmi rəhbəri idi.

2019-cu ildə hökumət sözü gedən mərkəzin yaradılması barədə qərar qəbul edib. Həmin ilin noyabrında onun tikintisinə başlanıb.

İnnovasiyalar mərkəzi

İnnovasiyalar mərkəzi fundamental və tətbiqi elmin, o cümlədən biotəbabətin, nanotexnologiyaların, robot texnikasının, geonomiyanın və “innovativ idmanın” inkişaf etdirilməsi ilə məşğul olmalıdır.

Bu mərkəzin tikintisi üçün federal və Moskva vilayətinin torpaqları ayrılıb. Sözü gedən sahələr 15-dək müxtəlif struktur tərəfindən icarəyə götürülüb.

Mərkəz dövlətin, Moskva və dövlət şirkətlərinin pulu ilə maliyyələşdiriləcək.

Tikinti üçün ayrılmış torpaq sahəsi MDU obyektlərinin ümumi ərazisini iki dəfə artıracaq.

RBK agentliyinin yazdığına görə bu ərazidə laboratoriyalar və tədris korpuslarından başqa azı 550 min kvadratmetr sahəsi olan kommersiya mənzilləri tikiləcək.

Putin qızını nə təsdiq, nə də təkzib edib

RBK-nın bu barədə apardığı təhqiqatda Katerina Tixonovanın adı ilk dəfədir ki, çəkilir, hərçənd onun Kremllə bağlılığından söz açılmır.

Bu təhqiqat dərc ediləndən bir gün sonra jurnalist Oleq Kaşin bildirib ki, Tixonova əslində Rusiya prezidentinin qızıdır.

Elə həmin gün Reuters agentliyi MDU-ya yaxın olan mənbənin məlumatına əsasən xəbər vermişdi ki, Katerina Tixonova Vladimir Putinin qızıdır.

Bundan sonra Tixnonovanın şəxsiyyəti və onun dövlət pulları ilə maliyyələşdirilən layihələri baradə çoxsaylı təhqiqatlar aparılıb.

Putin bu materialları əsaslı şəkildə şərh etməyib və bildirib ki, onun qızları elmlə məşğuldurlar.

O Tixonovanın onun qızı olduğunu nə təkzib, nə də təsdiq edib.

XS
SM
MD
LG