Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 12:34

Azərbaycan filmi beynəlxalq festivalın mükafatına namizəddir


İlqar Nəcəfin “Nar bağı” filmi
İlqar Nəcəfin “Nar bağı” filmi

İlqar Nəcəfin “Nar bağı” filmi 11-ci “Asia Pacific Screen Awards” mükafatına namizədlərin siyahısında yer alıb.

“Asiya Oskarı” adlanan bu nüfuzlu mükafat hər il Avstraliyanın Brisben şəhərində təqdim olunur. “Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkətinin birgə istehsalı olan “Nar bağı” filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb.

Buna da bax: ​Asif Rüstəmov: '"Azərbaycanfilm"dəki monopoliya konkret bir adamın adıyla bağlıdır'

Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.

Baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırırlar. Filmin dünya premyerası Çexiyanın “Karlovı Varı” Beynəlxalq Film Festivalının “Qərbin Şərqi” müsabiqə proqramı çərçivəsində keçirilib.

Film Qazaxıstanın 13-cü Avrasiya Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramına da dəvət alıb.

Buna da bax: İtaliyada ilk dəfə Azərbaycan film festivalı keçiriləcək

İyulun 22-dən 28-dək Astanada keçiriləcək festivalda İlqar Nəcəf iştirak edəcək.

XS
SM
MD
LG